Politoloq: Azərbaycanın mövqeyi milli maraqlara əsaslanır və regionda söz sahibidir
Icma.az bildirir, Demokrat.az portalına istinadən.
"Bir müddət öncə bəzi dairələr Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiyaya səfərinin səhv addım olacağını iddia edirdilər. Lakin artıq aydın görünür ki, bu səfər əvvəlcədən düşünülmüş və rəsmi dövlət mövqeyinə əsaslanan addım idi. Prezident səfər zamanı mövqeyini açıq şəkildə ortaya qoydu, səbəbləri izah etdi və Azərbaycanın maraqlarını prioritet kimi təqdim etdi".
Bunu Demokrat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
O, bildirib ki, nəzərə almaq lazımdır ki, Rusiya tərəfi bəzi məsələlərlə bağlı müəyyən açıqlamalar versə də, kompensasiya ödənişləri və digər prosedurlar hələ də tam şəkildə icra olunmayıb:
"Bu isə açıq şəkildə ortadadır və böyük ehtimalla məhz bu prosesdən sonra Rusiya tərəfi müəyyən öhdəlikləri, istər-istəməz, yerinə yetirməli olacaq. Bununla belə, baş verənlərin Azərbaycana mənfi təsir göstərəcəyi real görünmür. Əksinə, Azərbaycanın mövqeyi aydındır və bu mövqe milli maraqlara əsaslanır. Prezidentin yanaşması Azərbaycan dövlətinin və xalqının maraqları ilə üst-üstə düşür".
Politoloq bildirib ki, dövlət və xalq eyni mövqeni paylaşdığı halda, ölkə daxilində hər hansı ciddi gərginliyin və ya dövlətə qarşı problem yaranmasının mümkün olmadığı qənaətindədir:
"Əlbəttə, müəyyən cəhdlər edilə, süni narazılıqlar və ya gərginliklər yaradılmağa çalışıla bilər. Bu, Rusiya siyasətində zaman-zaman müşahidə olunan bir yanaşmadır. Lakin bu cür cəhdlərin Azərbaycanla münasibətlərdə real gərginlik yaratması və ya hər hansı fayda verməsi inandırıcı deyil. Azərbaycanın prinsipial və qətiyyətli mövqeyi bir daha göstərir ki, ölkə regionda öz sözünü deyən dövlətdir və beynəlxalq səviyyədə məsələlərə ciddi və məsuliyyətli yanaşan aktor kimi qəbul olunur".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Azərbaycanın xarici siyasət strategiyası milli maraqlara əsaslanır
07 Oktyabr 2025 17:41
“Partiyamızın fəaliyyəti milli maraqlara əsaslanır”
16 Yanvar 2025 15:31
Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır.
20 Dekabr 2024 15:03
Azərbaycanın Ukrayna məsələsindəki mövqeyi beynəlxalq hüquqa əsaslanır
23 İyul 2025 18:24
Baxış sayı:81
Bu xəbər 22 Dekabr 2025 22:10 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları