Icma.az
close
up
RU
İsrailli politoloq: Azərbaycan Avrasiya məkanının Avropaya açılan pəncərəsinə çevrilib

İsrailli politoloq: Azərbaycan Avrasiya məkanının Avropaya açılan pəncərəsinə çevrilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 17 noyabr, Səbinə Əlizadə, AZƏRTAC

Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan “Rəqəmsal İpək Yolu” layihəsi Mərkəzi Asiya dövlətlərinə ənənəvi tranzit marşrutlarından xüsusilə də Rusiya və Çin üzərindən asılılığı azaldan, müstəqil və alternativ məlumat (data) ötürülməsi imkanı yaradır. Bu, təkcə texnoloji yenilik deyil, həm də bölgədə strateji qüvvələr balansını dəyişən fundamental geosiyasi amildir.

Bunu AZƏRTAC-a açıqlamasında israilli politoloq Yuri Boçarov bildirib.

Politoloqun sözlərinə görə, layihə yalnız rəqəmsal infrastrukturla məhdudlaşmır, o, həm də Xəzərin dibi ilə çəkilən elektrik kabeli vasitəsilə region ölkələrini Avropaya yönəlik yeni enerji memarlığına qoşur. “Bu təşəbbüs nəticəsində yaranan enerji-rəqəmsal inteqrasiya Mərkəzi Asiya üçün tarixi dönüş nöqtəsidir və prosesin mərkəzində məhz Azərbaycan dayanır”, - deyə ekspert qeyd edib.

Yuri Boçarov vurğulayıb ki, enerji və nəqliyyat dəhlizləri ilə paralel şəkildə yaranan “elektron dəhliz” artıq neft, qaz və yük axınları qədər strateji əhəmiyyət daşıyır. “Azərbaycanın unikal mövqeyi ondan ibarətdir ki, o, üç əsas axını - enerji, nəqliyyat və rəqəmsal trafiki birləşdirən yeganə region ölkəsidir və beləliklə, Avrasiyada yeni geoiqtisadi model yaradır”, - deyə politoloq əlavə edib.

Onun fikrincə, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan faktiki olaraq bütün Avrasiya məkanının Avropaya açılan “pəncərəsi”nə çevrilib. “Bu gün Bakıdan həm məhsullar, həm enerji resursları, həm elektrik enerjisi, həm də müstəqil rəqəmsal kanallar keçir. Azərbaycan bu yolla region ölkələrini vahid enerji-rəqəmsal sistemə bağlayır və nəticədə Avropa ilə Asiya arasında yeni strateji körpü rolunu oynayır”, - deyə Boçarov bildirib.

Politoloqun qənaətinə görə, Azərbaycanın beynəlxalq nüfuzu və siyasi çəkisi məhz bu çoxölçülü bağlılıqdan qaynaqlanır. “XXI əsrin dörd əsas arteriyası: enerji, elektrik, nəqliyyat və rəqəmsal infrastruktur yalnız bir nöqtədə kəsişir. Bu nöqtə Azərbaycandır. Bu səbəbdən Azərbaycanın həm regional, həm də qlobal təsir imkanları sürətlə genişlənir”, - deyə israilli politoloq qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see229

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri