Icma.az
close
up
RU
Azərbaycan öz müdafiə sisteminin inkişafında Türkiyə modeli ilə sıx əməkdaşlıq edir Deputat

Azərbaycan öz müdafiə sisteminin inkişafında Türkiyə modeli ilə sıx əməkdaşlıq edir Deputat

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Cənab Prezidentin NATO nümayəndə heyətini qəbul etməsi və qəbul zamanı səsləndirdiyi fikirlər, təbii ki, ölkəmizin NATO ilə əlaqələrinə və uzun illər ərzində hərbi, həmçinin hərbi-sənaye sahəsində gördüyümüz işlərə bir daha nəzər salmağı zəruri edir".

Bunu Redaktor.az-a açıqlamasında deputat Vüqar İskəndərov Prezident İlham Əliyevin noyabrın 6-da NATO nümayəndə heyətini qəbul etməsi və əlaqələrin inkişaf etdirilməsi barədə açıqlamasını şərh edərkən bildirdi.

Onun sözlərinə görə, ölkəmiz 1994-cü ildən NATO ilə tərəfdaşlıq münasibətlərinə malikdir:

"Cənab Prezidentin vurğuladığı kimi, bu əməkdaşlığın əsas uğurları Azərbaycanın ABŞ-nin Əfqanıstandakı sülh əməliyyatlarında iştirakı ilə bağlıdır. Azərbaycan sülhməramlı qüvvələrinin həmin əməliyyatlarda fəal iştirakı və ən sonda Əfqanıstanı tərk edən sonuncu hərbi kontingentin məhz azərbaycanlı hərbçilər olması, ölkəmizin bu fəaliyyətə sadiqliyini və NATO ilə əməkdaşlığa verdiyi önəmi bir daha göstərir. Digər mühüm məqam NATO nümayəndə heyəti üzvlərinin ölkəmiz haqqında söylədikləri müsbət fikirlərdir. Onlar Azərbaycanın bütün sahələrdəki inkişafını, xüsusilə də Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər. Bu kontekstdə Azərbaycanın mövqeyinin, beynəlxalq arenada artan nüfuzunun qeyd olunması, əlbəttə ki, mühüm əhəmiyyət daşıyır.

Prezident çıxışı zamanı bildirdi ki, Azərbaycan Ordusu bu gün NATO standartlarına uyğun şəkildə inkişaf edir. Bu prosesdə əsasən Türkiyə modelinin tətbiqi üstünlük təşkil edir. Məlum olduğu kimi, Türkiyə NATO-nun ikinci ən böyük ordusuna sahibdir və dünyanın ən güclü ordularından biridir. Azərbaycan da öz müdafiə sisteminin və ordu quruculuğunun inkişafında Türkiyə modeli ilə sıx əməkdaşlıq edir. İl ərzində Azərbaycan Türkiyə və digər dost dövlətlərlə birlikdə çoxsaylı hərbi təlimlər keçirir".

Deputat əlavə etdi ki, prezident NATO nümayəndə heyəti ilə görüşündə ordunun inkişafı istiqamətində ayrılan vəsaitin və görülən işlər davamlı olacağını da qeyd edib.

"Ordumuzun maddi-texniki bazasının gücləndirilməsi və ümumilikdə ordu quruculuğu sahəsində görülən tədbirlər bundan sonra da sistemli şəkildə həyata keçiriləcək. Ümumilikdə, Azərbaycan-NATO əlaqələri zaman keçdikcə daha da inkişaf edəcək. Bu istiqamətdə ölkə rəhbərinin siyasi iradəsi mövcuddur. Görüş zamanı qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər də müzakirə olunub. Ümumi nəticə ondan ibarətdir ki, Azərbaycan-NATO əməkdaşlığı 1994-cü ildən bəri davamlı inkişaf yolundadır və əldə olunan nailiyyətlər bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyini göstərir", - deyə Vüqar İskəndərov vurğuladı.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Noyabr 2025 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see250

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see158

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see156

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see134

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see133

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see133

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see129

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see127

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see125

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see125

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri