Icma.az
close
up
RU
Deputat: “Azərbaycan Türkiyə birliyi sarsılmazdır”

Deputat: “Azərbaycan Türkiyə birliyi sarsılmazdır”

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycan və Türkiyə münasibətləri tarixi qardaşlıqdan müttəfiqliyə doğru inkişaf edərək regional və beynəlxalq müstəvidə güclü əməkdaşlıq mühiti yaradıb”.

Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, 44 günlük Vətən müharibəsindəki şanlı zəfərimizdən sonra 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi ilə ikitərəfli əlaqələrimiz müttəfiqlik səviyyəsinə yüksəlib:

“Azərbaycan xalqı tariximizin dönüş nöqtəsi olan 44 günlük Vətən müharibəsində qardaşlarımızın mənəvi dəstəyini hər zaman hiss edib, Türkiyə faktoru bizə qarşı baş verə biləcək xarici aqressiyaları neytrallaşdırıb. Eyni prinsipiallıq ilə Azərbaycan xalqı da Türkiyə də baş verən təbii fəlakətlər zamanı öz dəstəyini əsirgəməyib”.

Günay Ağamalı qeyd edib ki, hər iki ölkə ən çətin anlarda bir-birinə dəstək olaraq əsl qardaşlıq nümunəsi sərgiləyib:

“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə iqtisadi, siyasi, sosial, enerji, türizm və mədəni sahələrdə bir çox vacib təşəbbüslər həyata keçirib. Xüsusilə, hərbi kontekstdə reallaşdırılan birgə təlimlər və strateji müzakirələr hərbi sferada əlaqələrimizi gücləndirməkdir”.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinə işgüzar səfəri baş verən geosiyasi və geoiqtisadi proseslər fonunda olduqca əhəmiyyətli hadisədir:

“Liderlərin iştikarı ilə İğdır-Naxçıvan təbbi qaz boru kəmərinin açılışı enerji sahəsində əməkdaşlığımızın inkişafının göstəricisidir.

Dövlət başçısının da qeyd etdiyi kimi, rəsmi Bakı və Ankara arasında əlaqələrin dinamikası türk dünyasının birləşməsini stimullaşdırır və vahid türk ailəsi anlayışını canlandırır. Türk Dövlətləri Təşkilatı çərçivəsində xalqlarımız indi hər zaman olduğundan daha yaxındır. Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan Türkiyə deputat Günay Ağamalı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Mart 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri