Icma.az
close
up
RU
Azərbaycan öz YouTube nu yarada bilər?

Azərbaycan öz YouTube nu yarada bilər?

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"İkinci Qarabağ müharibəsi zamanı məlum oldu ki, xarici sosial şəbəklərə giriş məhdudlaşdırıldı. Vətəndaşlar qaydaları pozdu, “VPN”-dən istifadə edildi. İnformasiya təhlükəsizliyi baxımından bu zəruri addım idi. Lakin çatışmazlıq ondan irəli gəlir ki, öz rəqəmsal platformalarımız yoxdur".

Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov deyib.

O qeyd edib ki, 2007-2025-ci illərdə fəaliyyət göstərmiş Video.az videopaylaşım portalı Azərbaycanda xüsusi əhəmiyyətə malik idi. Portalda hesab açmaq, video yerləşdirməklə yanaşı ötən dövr üçün kifayət qədər müasir hesab edilən “video stream” imkanı yaradılmışdı:

"Resursun davamlı xərc yükünün müqabilində qazanc qənaətbəxş olmadı. Kənar maddi dəstək də göstərilmədiyi üçün dayandırıldı. Milli İnternet Resursları yaratmaq fikrimiz varsa, nəinki belə portallar həmçinin elektron ünvan sonluğu, eləcə də digər xarici sosial şəbəkələrə alternativlər və data baza yaradılmalıdır".

O qeyd edib ki, bu sahədə müvafiq dövlət qurumlarının öhdəsinə əsas vəzifə düşür:

“Özəl sektorun portal təsis etməsinə maddi dəstək vermək və sonrakı bazar münasibətlərini yaratmaq üçün davamlı iqtisadi mühiti təmin etmək”.

Mütəxəssis qeyd edib ki, təsis etmə və idarəçilik birmənalı şəkildə özəl sektorun ixtiyarında olmalıdır ki, vətəndaşlar sərbəst şəkildə paylaşım edə bilsinlər:

"Həmçinin dövlət təşkilatları yerli internet resurslarına öz qurumlarının təbliğatı üçün videoçarxlar təqdim edə bilər ki, bu da sosial layihə kimi uğurlu hesab olunar. Bunu xarici sosial şəbəkələrə alternativ olaraq formalaşdırmaq olar".

Ekspert qeyd edib ki, gələcəkdə Video.az kimi yerli şəbəkələrin yaranması hələ real görünmür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Mart 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see285

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see279

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see224

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see214

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see213

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see210

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see209

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see206

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see205

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see201

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see195

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see187

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see183

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see182

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see180

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see173

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see170

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see167

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see165

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri