Icma.az
close
up
RU
Azərbaycan Özbəkistan: Strateji müttəfiqlik zirvəsindən görünən üfüqlər

Azərbaycan Özbəkistan: Strateji müttəfiqlik zirvəsindən görünən üfüqlər

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İlin əvvəlindən qardaş ölkə ilə ticarətin həcmi 3 dəfə artıb

Azərbaycan və özbək xalqları arasında dostluq və qardaşlıq münasibətləri çoxəsrlik tarixə malikdir. Keçmiş sovet dövlətinin tərkibində müttəfiq respublikalar olan Azərbaycan və Özbəkistan tarixi müstəqilliklərinə qovuşduqdan sonra ikitərəfli əlaqələr dostluq, qardaşlıq və strateji müttəfiqlik müstəvisində inkişaf etməyə başlayıb. Xatırladaq ki, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında diplomatik münasibətlərin əsası 30 il əvvəl qoyulub.

Ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq Azərbaycan Prezidenti Heydər Əliyev və Özbəkistan lideri İslam Kərimovun qarşlıqlı səfərləri münasibətlərin inkişafına xüsusi təkan verib. Hazırda Azərbaycan keçmiş sovet müttəfiqi və indiki strateji tərəfdaşı olan dost və qardaş Özbəkistanla qarşılıqlı fəaliyyətdə, eləcə də bir sıra beynəlxalq platformalarda uğurla əməkdaşlıq edir. Məhz bunun nəticəsidir ki, son illər ölkələrimiz arasında münasibətlər özünün ən yüksək inkişaf səviyyəsinə gəlib çatıb.

Son illər isə Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qarşılıqlı səfərləri ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsinə yeni bir dinamizm gətirib. Həmin səfərlər çərçivəsində dövlət başçılarının dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşləri ölkələrimiz arasında ikitərəfli əlaqələrin, o cümlədən iqtisadi münasibətlərin inkişafı, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat və energetika sahələrində əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanlar yaradıb.

Eyni zamanda, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ikitərəfli əməkdaşlıq üzrə müştərək hökumətlərarası komissiyanın fəaliyyəti ölkələrimiz arasında ticari-iqtisadi əməkdaşlığın inkişafına böyük töhfə verir. Yeri gəlmişkən, cari ilin yanvar – may aylarında Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 214,8 milyon ABŞ dolları olub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2 ölkə arasındakı ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 145,8 milyon dollar və ya 3,1 dəfə yüksəlib. Belə ki, 2024-cü ilin ilk 5 ayında Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 69 milyon dollar olub.

Bəhs olunan dövrdə Azərbaycandan bu ölkəyə 19,7 milyon dollar dəyərində ixrac, 195,1 milyon dollar dəyərində idxal əməliyyatları həyata keçirilib. Özbəkistana ixrac illik müqayisədə 9 milyon dollar və ya 84,1faiz, bu ölkədən idxal isə 136,8 milyon dollar, yaxud da 3,3 dəfə çoxalıb.

2024-cü ilin yanvar – may ayları ərzində Azərbaycandan Özbəkistana 10,7 milyon dollar dəyərində məhsul ixrac edilib, 58,3 milyon dollar dəyərində isə idxal olunub. Həmçinin cari ilin ilk 5 ayında Özbəkistan Azərbaycanın qeyri – neft məhsullarının ixraca yönləndirildiyi əsas ölkələri siyahısına daxil olub. Yəni bu ölkəyə 5 ayda 19,3 milyon dollar dəyərində qeyri – neft məhsulları ixrac edilib.

Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyən Özbəkistan dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı mövqeyini qətiyyətlə müdafiə edib. Sevindirici haldır ki, bu gün qardaş Özbəkistan işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən quruculuq işlərində fəal iştirak edir. Bu baxımdan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda bu ölkənin vəsaiti hesabına inşa olunan məktəb qardaş özbək xalqının hədiyyəsi kimi dəyərləndirilə bilər.

Son vaxtlar Azərbaycanla Özbəkistan arasında dövlətlərarası münasibətlərin ən yüksək səviyyəyə çatdığını vurğulayan Prezident İlham Əliyev ötən müddətdə bir çox istiqamətlər üzrə ikitərəfli əməkdaşlıq üçün ciddi baza yaradıldığını bildirib. Dövlətimizin başçısı hökumətlərarası komissiyanın iclasının, xüsusən də iki ölkə rəhbəri arasında təmasların, Azərbaycanda, Özbəkistanda və digər yerlərdə keçirilən mütəmadi görüşlərin, həmçinin dövlət strukturları nümayəndələrinin sıx qarşılıqlı fəaliyyətinin əlaqələrin daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Prezident İlham Əliyev beynəlxalq platformalarda, eləcə də energetika, nəqliyyat sahələri üzrə və bütövlükdə iqtisadi qarşılıqlı fəaliyyətdə indiyədək görülmüş işləri yüksək dəyərləndirib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə son illər ərzində Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə ölkələrimiz arasında münasibətlərin həm qarşılıqlı fəaliyyətdə, həm də beynəlxalq müstəvidə yüksək səviyyəyə çatdırıldığını bildirib. Özbəkistanın dövlət başçısı Azərbaycanla strateji tərəfdaşlığın dərinləşdirilmiş vektorunun öz real bəhrələrini verdiyini vurğulayaraq bunun xalqlarımız tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan və Özbəkistan siyasi, iqtisadi, ticarət, sənaye, avtomobil istehsalı, metallurgiya, əczaçılıq, daşımalar və digər sahələrdə uğurla əməkdaşlıq edirlər.

Vüsalə CƏFƏROVA
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri

– Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin diplomatik münasibətlərin 30-cu ildönümündə Azərbaycana səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu səfər təkcə siyasi və diplomatik əhəmiyyət daşımır, eyni zamanda, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və institusional çərçivədə möhkəmləndirilməsi baxımından ciddi irəliləyişlərə zəmin yaradır.

Azərbaycan və Özbəkistan arasında uzunmüddətli Azad Ticarət Sazişi və MDB çərçivəsində çoxtərəfli azad ticarət rejimindəki fəal iştirak bu iki ölkənin güclü və ardıcıl artan iqtisadi münasibətlərinin əsasını təşkil edir. 2024-cü ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 252 milyon ABŞ dollarını ötərək əvvəlki illə müqayisədə 41 faiz artıb. Azərbaycan Özbəkistana 211,7 milyon dollar dəyərində məhsul ixrac edib (60,8 faiz artım), Özbəkistandan isə 40,3 milyon dollar dəyərində idxal həyata keçirib.

Son 5 ildə Özbəkistanın Azərbaycana ixracı əhəmiyyətli dərəcədə artaraq 2018-ci ildəki 32 milyon dollardan 2023-cü ildə 147 milyon dollara çatıb ki, bu da illik orta hesabla 35,6 faiz artım deməkdir. Eyni dövrdə Azərbaycanın Özbəkistana ixracı 9,7 milyon dollardan 100 milyon dollara yüksələrək illik orta hesabla 59,5 faiz artım nümayiş etdirib.

İqtisadi əməkdaşlığın dərinləşməsi təkcə ticarət artımı ilə məhdudlaşmır – bu prosesə Azərbaycan – Özbəkistan İnvestisiya Fondu kimi birgə investisiya mexanizmləri, avtomobil istehsalı, enerji və aqrosənaye klasterləri üzrə birgə layihələr də əlavə olunur. Bu istiqamətlər üzrə inkişaf iki ölkə arasında çoxşaxəli iqtisadi inteqrasiyanın möhkəmləndiyini göstərir.

2024-cü ildə 13 min 965 nəfər Azərbaycan vətəndaşı Özbəkistanda olub, 46 min 391 nəfər Özbəkistan vətəndaşı isə Azərbaycana gəlib ki, bu da xalqlararası əlaqələrin və ikitərəfli münasibətlərin güclənməsini əks etdirir. 2025-ci ilin birinci rübündə 3 min 95 azərbaycanlı Özbəkistana, 9 min 222 özbək isə Azərbaycana səfər edib. Bu göstəricilər qarşılıqlı mobilliyin və humanitar əlaqələrin müsbət trayektoriyasının qorunduğunu bildirir.

Ticarət dövriyyəsi ilə bağlı qarşıya qoyulan 1 milyard dollarlıq hədəf əlaqələrin davamlı inkişaf etdiyini göstərir. Bu məqsədlə imzalanan 2024 – 2025-ci illəri əhatə edən Praktiki Fəaliyyət Planı qarşılıqlı iqtisadi fəaliyyətin konkret sahələr üzrə genişləndirilməsinə yönəlib. Eyni zamanda, Ali Dövlətlərarası Şuranın təsisi və strateji tərəfdaşlıq üzrə yol xəritələri münasibətlərin siyasi-hüquqi çərçivəsini gücləndirərək onları davamlı və proqnozlaşdırılan edir.

Özbəkistanın Füzuli rayonunda məktəb tikintisinə verdiyi dəstək bu əməkdaşlığın yalnız iqtisadi deyil, həm də humanitar və simvolik məzmun daşıdığını göstərir, Qarabağın yenidən qurulmasında regional həmrəyliyi əks etdirir. Azərbaycan və Özbəkistanın TDT, MDB və BRICS+ kimi platformalarda artan koordinasiyası isə onların regional və qlobal miqyasda ortaq iqtisadi və siyasi gündəm formalaşdırmaq niyyətini təsdiqləyir.

Özbəkistan iqtisadiyyatı 2024-cü ildə güclü və çoxşaxəli artım tempini qoruyaraq ÜDM həcmini 115 milyard dollara çatdırıb və bu, əvvəlki illə müqayisədə 6,8 faiz artım deməkdir. Sərmayə fəaliyyətində də nəzərəçarpan canlanma müşahidə olunub: əsas kapitala yönələn investisiyalar 27,6 faiz artaraq 39 milyard dollara çatıb ki, bu da ölkədə infrastruktur və sənaye sahələrində güclü inkişaf impulsunun davam etdiyini göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyul 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see181

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see152

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see139

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri