Icma.az
close
up
RU
Azərbaycan Pakistan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur

Azərbaycan Pakistan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanla Pakistan İslam Respublikası arasındakı münasibətlər qardaşlıq və dostluq prinsiplərinə söykənməklə, strateji məzmun daşıyır. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin bu günlərdə ölkəmizə etdiyi rəsmi səfər bunu bir daha təsdiq etdi. Səfər zamanı keçirilən bütün görüşlər, tədbirlər, imzalanan sazişlər və əldə edilən dövlətlərarası razılaşmalar göstərdi ki, bir-birinin milli suverenliyini hər zaman dərindən dəstəkləyən bu iki ölkənin tərəfdaşlığı həqiqətən də sarsılmaz mənəvi dəyərlərə əsaslanır.

Yalnız müsəlman dünyasında və yerləşdiyi regionda deyil, beynəlxalq siyasi müstəvidə güclü mövqeləri və yüksək nüfuzu olan Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın ərazi bütövlüyünü ilk gündən birmənalı şəkildə müdafiə edən Pakistan Ermənistanın müstəqilliyini rəsmən tanımayıb və indiyə qədər də bu ölkə ilə siyasi-diplomatik əlaqələr qurmayıb. 2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi, 2017-ci ildə isə bu ölkənin Milli Assambleyasının Xarici İşlər Komitəsi Xocalı soyqırımını tanıyan və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələr qəbul edib.

Böyük məmnunluqla qeyd etməliyik ki, torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsi vaxtı Pakistanın respublikamızla həmrəylik nümayiş etdirməsi Azərbaycanda həmişə böyük rəğbətlə xatırlanır. Bu həmrəyliyin nümunəsi kimi 2020-ci ilin oktyabr ayında Pakistan Milli Assambleyası Ermənistanın hərbi təcavüzünü pisləyən qətnamə qəbul edib. Bununla yanaşı Pakistan Senatında Kabinet Katibliyi üzrə daimi komitə tərəfindən Azərbaycana qarşı Ermənistanın təcavüzünü pisləyən və ölkəmizə dəstək ifadə edən qətnamə də qəbul olunub. Pakistanın Azərbaycana siyasi-mənəvi dəstəyini və ölkəmizlə həmrəyliyini hər zaman yüksək qiymətləndirən Prezident İlham Əliyev bu barədə deyib:

"Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib. Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir. Bu isə qardaş ölkə mövqeyidir, buna görə mən minnətdaram".

Öz növbəsində Azərbaycan Kəşmir problemi ilə bağlı həmişə Pakistanın ədalətli mövqeyinə siyasi dəstək verib. Respublikamız bu mövqeyini istər ikitərəfli səviyyədə, istərsə də beynəlxalq təşkilatlarda daim nümayiş etdirib və etdirməkdədir.

İki ölkə arasında əlaqələrin inkişafında Heydər Əliyev Fondunun da xüsusi rolu var. Fondun Pakistanda həyata keçirdiyi humanitar layihələr iki qardaş dövləti və onların xalqlarını bir-birinə daha da yaxınlaşdırıb. 2015-ci ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva qardaş ölkənin “Hilal-e Pakistan” ordeni ilə təltif edilib.

Bütün bunlar iki dövlət arasındakı münasibətlərin yüksək səviyyəsini nümayiş etdirən olduqca mühüm siyasi detallardır. Elə buna görə də Azərbaycanla Pakistanın ali siyasi rəhbərləri arasındakı bütün görüşlər və təmaslar hər zaman olduqca yüksək və səmimi ovqatda, xoş atmosferdə keçir. Azərbaycan Prezidenti Pakistanda, Pakistanın Baş naziri isə Azərbaycanda ən əziz qonaq kimi qarşılanır. Baş nazir Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri də bu baxımdan əlamətdar oldu.

Məhəmməd Şahbaz Şərifin səfəri zamanı ikitərəfli gündəliyə daxil olan bir sıra mühüm məsələlər müzakirə edildi, müdafiə və müdafiə sənayesi, enerji, nəqliyyat sahələrində əməkdaşlıq imkanları və bu imkanların daha da inkişaf etdirilməsi nəzərdən keçirildi. Məlum olduğu kimi Azərbaycanla-Pakistan arasında müdafiə sənayesi sahəsində faydalı əməkdaşlıq xeyli müddətdir həyata keçirilir. Buna misal olaraq Pakistanın istehsalı olan döyüş təyyarəsinin Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilməsini göstərmək olar. Prezident İlham Əliyevlə Məhəmməd Şahbaz Şərifin görüşündə bu sahədə əməkdaşlıqla bağlı yeni razılışmalar əldə edildi və iki qardaş ölkə tezliklə müdafiə sənayesi məhsularının birgə istehsalını da həyata keçirəcək.

Pakistan Baş nazirinin səfəri zamanı toxunulan məsələlərdən biri iqtisadi əlaqələrin mövcud potensialı tam əks etdirməməsi ilə bağlı oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi ikitərəfli ticarətimiz siyasi səviyyədəki əməkdaşlığımıza uyğun gəlmir. Bu baxımdan səfər çərçivəsində Bakıda Azərbaycan-Pakistan biznes forumunun keçirilməsi iqtisadi sferadakı əməkdaşlığı genişləndirmək, bu istiqamətdə olan boşluqları aradan qaldırmaq məqsədlərinə xidmət etdi. Görünən də odur ki, hər iki tərəf bununla bağlı güclü siyasi iradə nümayiş etdirir. Təsadüfi deyil ki, Pakistanın Baş naziri ilə birlikdə ölkəmizə bu ölkənin iş adamları da gəlmişdilər.

 Azərbaycanın isə Pakistanla iqtisadi müstəvidə əlaqələri dərinləşdirmək üçün hədəfləri daha böyükdür. Belə ki, ölkəmiz Pakistanın iqtisadiyyatına 2 milyard ABŞ dolları həcmində sərmayə yatırmağı da planlaşdırır. Azərbaycanın sərmayələri ilə bağlı lahiyələr artıq müəyyən olunub və Prezident İlham Əliyevin bildirdiyi kimi Novruz bayramından sonra iki ölkə arasında bu sahədə razılaşmalar əldə olunacaq. Bu layihələr infrastruktur, energetika, mədən işi və digər sahələri əhatə edir. Pakistanda inkişaf etmiş sahələrdən biri də əczaçılıqdır. Azərbaycanın qardaş ölkəyə təklif etdiyi iqtisadi əməkdaşlıq sferalarından biri də əczaçılıq sahəsində birgə istehsal müəssisələrinin yaradılması olacaq.

Bütün bunlar Azərbaycanla Pakistanın iqtisadi-ticari münasibətlərinin inkişafında böyük sıçrayış olacaq. Bakıda imzalanan 12 sənəd də iki ölkə arasında əlaqələrin hüquqi bazasını gücləndirmirəklə bərabər, iqtisadi əməkdaşlığın inkişafına mühüm təkan verəcək, bu sferadakı göstəriciləri siyasi münasibətlərdə olduğu kimi yüksək səviyyəyə qaldıracaq. Başqa cür desək, bu sənədlər və Bakıda əldə olunan digər razılaşmalar gələcək əməkdaşlıq üçün yaxşı bünövrə yaradacaq və tezliklə iqtisadi-ticari dövriyyənin artımı baş verəcək.

Baş nazir Məhəmməd Şahbaz Şərifin ölkəmizə rəsmi səfəri Azərbaycan-Pakistan qardaşlığının və dostluğunun güclü və sarsılmaz olduğunu, möhkəm təməllərə söykəndiyini bir daha bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda bu səfər Azərbaycan-Pakistan münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək və biz beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcəyik.

Xanlar Fətiyev
Milli Məclisin deputatı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://missiya.az
archiveBu xəbər 28 Fevral 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri