Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Azərbaycan Çin münasibətləri yeni mərhələyə qədəm qoyur

Azərbaycan Çin münasibətləri yeni mərhələyə qədəm qoyur

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Biz “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb”.

Bunu Prezident İlham Əliyev Çinin “Sinxua” agentliyinə müsahibəsində deyib.“Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir”, - deyə Azərbaycan Prezidenti bildirib.

Məhz Azərbaycan Prezidenti cənab İlham Əliyev müsahibəsində yalnız ölkəmiz üçün deyil, region üçün mühüm əhəmiyyət daşıyan bir sıra məsələlərə toxunub:

“Hazırda Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur. Onun əhəmiyyəti sürətlə artır.

Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb.Bütün bu qeyd edilənlər əminlik yaradır ki, Azərbaycan və Çin arasında bütün sahələrdə olduğu kimi iqtisadi sahədə də əlaqələrin böyük inkişaf perspektivləri vardır”.

Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafına münasibət bildirən Milli Məclisin deputatı Tural Gəncəliyev "Cebheinfo.az"a deyib ki, Azərbaycanla Çin arasında münasibətlər son illərdə yüksələn xətt üzrə inkişaf edir. Onun sözlərinə görə, Azərbaycan və Çin arasında əlaqələr həmişə qarşılıqlı hörmətə və konstruktiv yanaşmaya əsaslanıb.

"Belə ki, Çin Ermənistan-Azərbaycan münaqişəsi dövründən bu günə qədər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələr sırasında olub. Bu da başadüşüləndir, çünki Çin özü də separatizm problemi ilə üzləşən ölkələrdəndir.

Azərbaycan da uzun illərdir "vahid Çin" prinsipini tanıyır və Tayvanın Çin ərazisinin tərkib hissəsi olduğunu qəbul edir. Bu qarşılıqlı prinsipial mövqe ölkələr arasında siyasi etimadı möhkəmləndirir.Siyasi və beynəlxalq platformalarda da Azərbaycanla Çin arasında əməkdaşlıq yüksək səviyyədədir. Tərəflər BMT və digər nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəkləyir, o cümlədən təhlükəsizlik məsələlərində ümumi anlayış və tərəfdaşlıq nümayiş etdirirlər".

O qeyd edib ki, iqtisadi baxımdan ciddi potensialı olan Çinin "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Orta Dəhliz, yəni Azərbaycan ərazisindən keçən mühüm nəqliyyat marşrutu Çin üçün Avropa bazarına çıxış baxımından həyati əhəmiyyət daşıyır:

"Əgər gələcəkdə Zəngəzur dəhlizi də açılarsa, bu dəhliz tam funksionallıq qazanaraq regionun əsas nəqliyyat arteriyalarından birinə çevriləcək. Çin də bu layihələrin reallaşmasında və davamlı işlək mexanizmə çevrilməsində maraqlıdır”.Bu əməkdaşlığın Azərbaycanın beynəlxalq balans siyasəti baxımından da əhəmiyyətini vurğulayan Tural Gəncəliyev Çin kimi güclü bir dövlətlə yaxın tərəfdaşlığın Ermənistanın Hindistan, Yunanıstan kimi ölkələrlə münasibətlərinə qarşı bir növ balans rolunu oynadığını deyib:
"Çin ilə Pakistan arasındakı sıx müttəfiqlik fonunda Azərbaycanın həm Çinlə, həm də Pakistanla strateji tərəfdaşlığı ölkəmizin regional və qlobal güc mərkəzləri ilə münasibətlərini gücləndirir.

Texnologiya və təhsil sahəsində də bu yaxınlaşma özünü göstərir. Çin süni intellekt və yeni texnologiyalar sahəsində dünya liderlərindən biri hesab olunur.Son illərdə yüzlərlə azərbaycanlı tələbə Çin universitetlərində təhsil almağa üstünlük verir. Bu da gələcəkdə iki ölkə arasında elm, təhsil və texnologiya sahəsində daha dərin inteqrasiyanın təməlini qoyur.
Prezident İlham Əliyevin Çin Xalq Respublikasına gözlənilən səfəri bu əlaqələri yeni bir mərhələyə, strateji tərəfdaşlıq və dostluq səviyyəsinə yüksəldə bilər.

Bugünkü qeyri-müəyyənliklərlə dolu qlobal geosiyasi mənzərədə Avroatlantik məkan zəiflədiyi halda, Çin getdikcə artan gücü ilə yeni dünya nizamında mühüm rol oynayır.Bu baxımdan, Çin-Azərbaycan münasibətləri təkcə iki ölkə üçün deyil, bütün region üçün strateji əhəmiyyət kəsb edir.

Səbinə Uğur 
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Aprel 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see603

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see358

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see270

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see263

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see254

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see249

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see247

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see240

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see237

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see231

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see217

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see217

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see208

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see208

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see207

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see203

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see200

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see199

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri