Icma.az
close
up
RU
Azərbaycan Pakistan münasibətləri: reallıqlar yeni mərhlənin carçısıdır

Azərbaycan Pakistan münasibətləri: reallıqlar yeni mərhlənin carçısıdır

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Fevralın 24-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına dövlət səfəri baş tutub.

Bu səfər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi və yeni əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Pakistan arasında münasibətlər tarixi, mədəni və siyasi köklərə əsaslanır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub və Qarabağ münaqişəsi dövründə hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Eyni zamanda, Azərbaycan da Pakistanın Kəşmir məsələsində mövqeyini daim müdafiə edir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Elman Nəsirov bildirib ki,  Şahbaz Şərifin səfəri çərçivəsində Prezident İlham Əliyevlə keçirilən görüşdə beynəlxalq və regional təhlükəsizlik məsələləri, siyasi əlaqələrin daha da inkişafı və qarşılıqlı dəstəyin davam etdirilməsi kimi mövzular müzakirə olunub:

"Son illərdə Azərbaycan və Pakistan arasında ticarət dövriyyəsi artır. Lakin potensial imkanlar nəzərə alınarsa, iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün böyük perspektivlər mövcuddur. Bu kontekstdə Şahbaz Şərifin səfəri çərçivəsində ticarət, investisiya və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib. Xüsusilə, Azərbaycan və Pakistanın iş adamları arasında əlaqələrin gücləndirilməsi və qarşılıqlı sərmayələrin artırılması əsas prioritetlərdən biri kimi qeyd olunub".

Elman Nəsirov: Azərbaycan Cənubi Qafqazın enerji mərkəzi kimi Pakistan üçün mühüm tərəfdaşdır

Deputatın sözlərinə görə,  Azərbaycan və Pakistan müdafiə sahəsində də yaxın tərəfdaşdırlar. Hər iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlıq inkişaf etməkdədir. Səfər zamanı hərbi-texniki əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilib. Pakistanın müdafiə sənayesindəki təcrübəsi Azərbaycanın hərbi potensialının artırılması üçün vacib rol oynaya bilər: 

"Azərbaycan Cənubi Qafqazın enerji mərkəzi kimi Pakistan üçün mühüm tərəfdaşdır. Səfər zamanı enerji və nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Xüsusilə, Azərbaycanın tranzit imkanlarından istifadə edərək Pakistanın Orta Asiya və Avropaya çıxışı məsələsi gündəmdə olub. Bu çərçivədə, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin Pakistan üçün strateji əhəmiyyət daşıdığı vurğulanıb. Bundan əlavə, iki ölkə arasında enerji əməkdaşlığı da diqqət mərkəzində olub. Azərbaycan Pakistanın enerji təhlükəsizliyini təmin etmək üçün təbii qaz, neft və neft-kimya məhsullarının ixracını artırmaq potensialına malikdir".

Son olaraq E.Nəsirov qeyd edib ki, bu əməkdaşlıq həm Azərbaycanın tranzit imkanlarının genişləndirilməsinə, həm də Pakistanın enerji tələbatının ödənilməsinə töhfə verə bilər. Səfər zamanı bu istiqamətdə konkret layihələrin reallaşdırılması üçün işçi qrupların yaradılması və qarşılıqlı investisiyaların təşviqi məsələləri də müzakirə olunub:

"Məhəmməd Şahbaz Şərifin Azərbaycana dövlət səfəri iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın yeni mərhələyə keçməsinə töhfə verəcək. Bu səfər bir daha göstərdi ki, Azərbaycan və Pakistan strateji tərəfdaş olaraq, qarşılıqlı maraqlara əsaslanan münasibətlərini daha da gücləndirmək niyyətindədir. Bütün bu amillər fonunda, Məhəmməd Şahbaz Şərifin dövlət səfəri Azərbaycan və Pakistan münasibətlərində yeni bir səhifə açaraq, iki ölkə arasında uzunmüddətli və hərtərəfli tərəfdaşlığın daha da güclənməsinə xidmət edəcək. Bu səfər regional və beynəlxalq müstəvidə iki qardaş ölkənin mövqelərinin daha da yaxınlaşmasına şərait yaradacaq və strateji əməkdaşlığın dərinləşməsinə təkan verəcək".

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Fevral 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri