Icma.az
close
up
RU
Azərbaycan Pakistan münasibətləri sınaqdan keçir RƏY

Azərbaycan Pakistan münasibətləri sınaqdan keçir RƏY

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Elşad Mirbəşiroğlu: “Pakistan-Hindistan münaqişəsi region üçün təhlükə mənbəyidir”


"Pakistan-Hindistan müharibəsi XX və XXI əsrlərin ən uzunömürlü münaqişəsidir. 1947-ci ildən, yəni iki dövlət öz müstəqilliyinə qovuşduqdan sonra münaqişə davam etməkdədir". Bu sözləri siyasi elmlər doktoru, professor, keçmiş millət vəkili Elşad Mirbəşiroğlu "Sherg.az"a açıqlamasında deyib. Professor vurğulayıb ki, uzun müddət davam edən silahlı qarşıdurma insan tələfatına, maddi itkilərə səbəb olub: 

"Kəşmir əyaləti üzərində baş verən münaqişə Pakistan və Hindistan arasında 3 irimiqyaslı müharibəyə səbəb olub. Bundan başqa lokal xarakterli hərbi qarşıdurmalar da baş verib. Aprelin 22-də tərəflər arasında növbəti lokal xarakterli qarşıdurma yaşandı. Nəticədə münasibətlər yenidən kəskinləşdi. Sözsüz ki, həm Pakistan, həm də Hindistan nüvə dövlətləri olduqları üçün onlar arasındakı savaşın təhlükəsizlik dərəcəsi çox yüksəkdir. Bütün hallarda Pakistan-Hindistan münaqişəsinin eskalasiyası nəinki iki dövlət arasında müharibəyə səbəb olar, eyni zamanda bütövlükdə region üçün böyük təhlükə yarada bilər. O səbəbdən münaqişənin tənzimlənməsi çox vacibdir. Vaxtı ilə bölgü aparılarkən Kəşmir əyalətinin üçdə iki hissəsi Hindistanın, digər hissə isə Pakistanın nəzarətdə qalıb. Amma bu bölgü tərəfləri qane etmir və münaqişə yenidən alovlanır. Problemin yekun həlli üçün razılaşma və dayanıqlı sülh zəruridir".


E.Mirbəşiroğlu bildirib ki, bu qarşıdurmanın bizim üçün həssas tərəfi var:

"Pakistan Azərbaycan üçün qardaş ölkədir. Hər zaman bizim haqlı mövqeyimizi birmənalı dəstəkləyib. Pakistan və Azərbaycan arasında xüsusi münasibətlər sistemi mövcuddur. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, digər platformalarda Azərbaycan və Pakistan olduqca səmərəli, bir-birinin qarşılıqlı maraqlarına cavab verən əməkdaşlıq etməkdədirlər. Ayrıca olaraq Pakistan Azərbaycanın ərazi bütövlüyü məsələsində hər zaman prinsipiallıq nümayiş etdirib. Xüsusi vurğulamaq lazımdır ki, qardaş Türkiyə ilə bərabər dost Pakistan da işğalçılıq siyasətinə görə Ermənistanla diplomatik əlaqələr qurmayıb. Bu gün də Pakistanla Ermənistan arasında əlaqələr yoxdur. Hindistan isə əksinə, Ermənistanı silahlandıran ölkələrdən biridir. Ermənistanın hərbi texnikasının, silah-sursatının təchizatında Fransa ilə yanaşı, Hindistan rol oynayır. Hətta birgə addımlar atırlar. Fransa lisenziyası ilə Hindistanda istehsal olunan təhlükəli hücum silahları Ermənistana ötürülür. Hindistan Cənubi Qafqazda İrəvanın əliylə öz maraqlarını təmin etməyə çalışır. O səbəbdən Azərbaycan bu münaqişədə öz prinsipial mövqeyini açıq nümayiş etdirə bilər. Qardaş Pakistan bizim yanımızda necə dayanıbsa, dost münasibətlərə sadiq olan Azərbaycan da Pakistana siyasi-mənəvi dəstəyini göstərəcək".  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 May 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri