Icma.az
close
up
RU
Azərbaycan Pakistan münasibətləri üçün strateji əhəmiyyət ŞƏRH

Azərbaycan Pakistan münasibətləri üçün strateji əhəmiyyət ŞƏRH

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan və Lahor arasında əməkdaşlıq, yeni perspektivlərə işarədir və Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Pakistan İslam Respublikasının Pəncab əyalətinin Lahor şəhəri arasında imzalanan “Mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” iki qardaş ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Bu memorandum iki şəhərin müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığını genişləndirmək və inkişaf etdirmək məqsədini daşıyır. Azərbaycan və Pakistan tarixən yaxın münasibətlərə malik olmuş, strateji tərəfdaşlıq və dostluq prinsiplərinə əsaslanan əlaqələr qurmuşdur. Bu əməkdaşlıq sənədi isə xüsusilə Naxçıvan və Lahor şəhərləri arasında mədəni, iqtisadi və elmi mübadilələri gücləndirmək üçün yeni imkanlar açır. Memorandumun əsas istiqamətlərindən biri mədəniyyət və turizm sahəsində əməkdaşlıqdır. Hər iki şəhər öz zəngin mədəni irsi və tarixi abidələri ilə tanınır. Lahor Pakistanın mədəni paytaxtı kimi məşhur olduğu kimi, Naxçıvan da Azərbaycanın tarixi və mədəniyyət beşiyidir. Sənəd çərçivəsində iki şəhər arasında qarşılıqlı mədəni tədbirlər, sərgilər və festivallar təşkil olunacaq. Bu, hər iki xalqın bir-birinin mədəniyyətini daha yaxından tanımasına şərait yaradacaq.

Təhsil və elm sahəsində əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələri və elmi-tədqiqat institutları arasında birgə layihələrin həyata keçirilməsi, tələbə və müəllim mübadilə proqramlarının təşkili nəzərdə tutulur. Bu, gənclərin müxtəlif sahələrdə bilik və bacarıqlarını artırmasına, akademik əlaqələrin inkişafına töhfə verəcək.

İqtisadi və şəhərsalma sahəsində tərəfdaşlıq da xüsusi əhəmiyyət kəsb edir. Naxçıvan və Lahor şəhərləri urbanizasiya və şəhər infrastrukturunun inkişafı istiqamətində təcrübə mübadiləsi aparacaq. Müasir şəhərsalma layihələri, ekoloji dayanıqlılıq və bərpa olunan enerji mənbələrindən istifadə kimi sahələrdə əməkdaşlıq bu şəhərlərin davamlı inkişafına xidmət edəcək. Eyni zamanda bu memorandum, təkcə Naxçıvan və Lahor üçün deyil, bütövlükdə Azərbaycan-Pakistan münasibətləri üçün strateji əhəmiyyət daşıyır. İki ölkə arasındakı qardaşlıq əlaqələrinin dərinləşməsi, iqtisadi və mədəni inteqrasiyanın güclənməsi regionda sabitlik və rifahın təmin olunmasına öz töhfəsini verəcək. Bu təşəbbüs Azərbaycan və Pakistanın dostluq münasibətlərinin daha da inkişaf etdiyini göstərir və gələcəkdə iki ölkənin daha geniş əməkdaşlıq imkanlarını araşdırmasına zəmin yaradır.

Şəbnəm Uğurlu

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının 54 saylı ƏPT-nin sədri,

Azərbaycan Respublikası Qabaqcıl Təhsil işçisi,

Laçın şəhər 2 nömrəli tam orta məktəbin direktor müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Mart 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri