Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Dublin Sammiti Azərbaycan üçün strateji əhəmiyyət daşıyır ŞƏRH

Dublin Sammiti Azərbaycan üçün strateji əhəmiyyət daşıyır ŞƏRH

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 18 noyabr, AZƏRTAC

Müasir beynəlxalq münasibətlər sisteminin strukturunda baş verən dəyişikliklər Azərbaycanın digər dövlətlərlə və regional təşkilatlarla qarşılıqlı əlaqələrində transformasiyaya səbəb olub. Formalaşmaqda olan multipolyar dünya düzənində Azərbaycanın digər dövlətlərlə və regional təşkilatlarla münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu baxımdan, “Avropa Siyasi Birliyi”nin noyabrın 12-də Dublində keçirilən Zirvə Toplantısı Azərbaycan üçün strateji əhəmiyyət daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Müşfiq Abdulla deyib.

“Prezident İlham Əliyev Dublində 10 yüksəksəviyyəli görüş keçirib. Bu görüşlərə Avropa Şurasının Prezidenti Antonio Koşta, eləcə də müxtəlif dövlət və hökumət başçıları ilə aparılan müzakirələr daxildir. Prezident İlham Əliyevin Dublin Sammiti çərçivəsində keçirdiyi görüşləri Azərbaycanın həm Avropa İttifaqı, həm də “Avropa Siyasi Birliyi”nə üzv ölkələrlə münasibətlərinin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm addım kimi qiymətləndirmək olar. Dublin Zirvə Toplantısı çərçivəsində Prezident İlham Əliyevin apardığı danışıqların məzmunu, ilk növbədə, Avropa məkanında Azərbaycana marağın artdığını təsdiqləyir”, – deyə M.Abdulla bildirib.

O qeyd edib ki, hazırda təhlükəsizliyin təmin olunması bir çox beynəlxalq və regional subyektlər üçün əsas prioritetlərdən biridir: “Bu baxımdan, Avropa geosiyasi məkanı ön sıralarda dayanır.

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətlərdən biridir. Hazırda Azərbaycanla Avropa arasında enerji sahəsində əməkdaşlığın genişlənməsi enerji təchizatı mənbələrinin şaxələndirilməsi ilə müşayiət olunur. Belə ki, Azərbaycan əvvəlcə Avropaya neft ixrac edirdisə, sonradan enerji əməkdaşlığına təbii qaz ixracı da əlavə olundu. Hazırda Azərbaycandan Avropaya yaşıl enerjinin nəqli istiqamətində hazırlıq işləri aparılır. Bu da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu artıran amillərdəndir”.

“Avropa Siyasi Birliyi”nin Dublində keçirilən Zirvə Toplantısında Prezident İlham Əliyevin apardığı müzakirələr zamanı qarşı tərəflərin Azərbaycandan təbii qaz tədarükünə xüsusi maraq göstərməsi də qeyd olunan amillə bağlıdır. Bu, eyni zamanda, Azərbaycanın etibarlı tərəfdaş olmasından irəli gəlir. Çünki Azərbaycan Avropa İttifaqının və onun tərəfdaş dövlətlərinin enerji təhlükəsizliyi strategiyasında özünü etibarlı tərəfdaş kimi təsdiqləyib”.

“2022-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması və onun icrası artıq öz bəhrəsini verməkdədir. Azərbaycan Avropanın 16 ölkəsinə təbii qaz ixrac edir ki, onların da 10-u Avropa İttifaqının üzvüdür. Avropa ölkələrində interkonnektorların inşası Azərbaycan qazının qitəyə daha az xərclə nəqlini və paylanmasını asanlaşdırır.

Eyni zamanda, Azərbaycanın Avropa ilə münasibətləri yalnız enerji sahəsi ilə məhdudlaşmır. Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsindən sonra regionda formalaşan yeni geosiyasi reallıqlar Avropa ilə əməkdaşlıq çərçivəsində daha mühüm meqalayihələrin meydana çıxmasına səbəb olub. Bu kontekstdə Avropadan Çinə və əks istiqamətdə uzanan Orta Dəhliz geostrateji əhəmiyyətə malik nəqliyyat marşrutu kimi ön plana çıxır. Avropa İttifaqının Mərkəzi Asiyada həyata keçirməyə çalışdığı “Global Gateway” layihəsinin reallaşdırılması da Azərbaycanla münasibətlərin səviyyəsindən xeyli dərəcədə asılıdır. Başqa sözlə, Azərbaycan coğrafi mövqeyinə görə Avropa ilə Mərkəzi Asiya arasında tranzit körpü funksiyasını yerinə yetirir”, - deyə o qeyd edib.

M.Abdulla deyib ki, Azərbaycan Prezidentinin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına üzv seçilməsi və qurumun fəaliyyətində iştirakı regionlararası logistika və ticarət əlaqələrinin inkişafına töhfə verə biləcək mühüm siyasi hadisədir: “Prezident İlham Əliyevin postmünaqişə dövründə siyasi sabitliyə əsaslanan regional iqtisadi inkişaf strategiyası Avropa İttifaqı və onun tərəfdaş ölkələri tərəfindən dəstəklənən əməkdaşlıq istiqamətlərindən biridir.

Qərbdə Azərbaycana marağın artmasının digər səbəbləri də var. Bu, ölkəmizin Avrasiya geosiyasi məkanında siyasi çəkisinin artması ilə bağlıdır. Hazırda Azərbaycan dünyanın əsas siyasi güc mərkəzləri olan ABŞ, Böyük Britaniya, Çin, Rusiya və Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında sazişlər imzalayıb. Bundan başqa, Azərbaycan Türkiyə kimi qüdrətli dövlətlə müttəfiqlik münasibətlərinə malikdir.

2028-ci ilin mayında “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Bu tədbir Avropa ölkələri ilə siyasi dialoqun inkişafı üçün yeni platforma yaradacaq. Azərbaycanın ev sahibliyi ilə formalaşacaq yeni əməkdaşlıq müstəvisi və əldə olunacaq razılaşmalar regionda sabitliyin və dayanıqlı inkişafın təmin olunması baxımından mühüm diplomatik mərhələ olacaq”.

Müxbir – Pərvanə Qafarova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2026 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see369

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see308

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see288

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see287

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see283

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see283

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see278

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see261

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see256

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see251

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see250

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see246

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see246

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see240

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see237

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see232

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see229

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see223

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see200

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri