AQEM platforması Azərbaycan üçün xüsusi strateji əhəmiyyət kəsb edir ŞƏRH
Icma.az bildirir, Sia Az portalına istinadən.
"Bu gün Azərbaycan xarici siyasətində geostrateji baxımdan keyfiyyətcə yeni və tarixi bir mərhələyə qədəm qoyur. Bakıda uğurla təşkil olunan və ölkəmizin sədrliyi çərçivəsində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Sammiti ölkəmizin qlobal diplomatiyada artan rolunu və mövqeyini bir daha nümayiş etdirdi". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
Onun sözlərinə görə, aparılan müzakirələr və qəbul edilən qərarlar göstərir ki, Azərbaycan həm regionda təhlükəsizlik və sabitlik qarantıdır, həm də Mərkəzi, Cənubi və Cənub-Şərqi Asiya regionlarını Avropa ilə birləşdirən əvəzsiz geoiqtisadi körpüdür: "Qazanılan tarixi qələbəmiz isə diplomatiyamızın coğrafiyasını daha da genişləndirməyə və Şərq istiqamətində, yəni Asiya qitəsinin ən dinamik inkişaf edən bazarlarına doğru cəsarətli addımlar atmağa zəmin yaradıb.
Bu çərçivədə AQEM platforması Azərbaycan üçün xüsusi strateji əhəmiyyət kəsb edir. Bir tərəfdən, bu platforma ölkəmizin beynəlxalq miqyasda nüfuzlu bir güc mərkəzi kimi mövqeyini möhkəmləndirir. Digər tərəfdən isə, Şimal və Cənub istiqamətlərində baş verən mürəkkəb geosiyasi proseslər fonunda Şərq-Qərb nəqliyyat marşrutlarının, xüsusilə Orta Dəhlizin əhəmiyyətini dəfələrlə artırır.
Məhz bu Sammit günlərində Cənub-Şərqi Asiyanın mühüm dövlətləri sayılan Kamboca və Laos rəhbərlərinin Bakıya həyata keçirdikləri tarixi səfərlər də təsadüfi xarakter daşımır. Qlobal dəniz yollarında və hava daşımalarında yaranan müasir risklər fonunda Cənub-Şərqi Asiya ölkələri Qərb bazarlarına çıxış üçün alternativ, təhlükəsiz marşrutlar axtarır və Azərbaycan-Mərkəzi Asiya-Türkiyə xətti bu ölkələr üçün ən etibarlı ticarət dəhlizinə çevrilir.
Bakıda baş verənlər sadəcə diplomatik görüşlər silsiləsi deyil, Azərbaycanın uzunmüddətli geoiqtisadi strategiyasının ardıcıl təzahürüdür. Böyük güclər və dinamik inkişaf edən Asiya bazarları ilə qurulan yeni təmaslar göstərir ki, ölkəmiz yalnız enerji resursları ilə deyil, həm də mühüm tranzit, maliyyə və rəqəmsal hab kimi Avrasiyanın gələcək xəritəsini formalaşdırır. Bakı Sammiti bir daha sübut etdi ki, Azərbaycan regional sərhədləri aşaraq Mərkəzi Asiya və Cənub-Şərqi Asiya arasında strateji sinerji yaradır, bu isə dövlətimizin iqtisadi müstəqilliyini, təhlükəsizliyini və beynəlxalq nüfuzunu daha da sarsılmaz edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 16 Oktyabr 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















