Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Azərbaycan parlamentinə süni intellekt GƏLİR ÖZƏL

Azərbaycan parlamentinə süni intellekt GƏLİR ÖZƏL

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaxın vaxtlarda qanunvericilik aktlarından birinin süni intellektin oxuya biləcəyi dilə çevirilməsi ilə bağlı parlamentdə layihə həyata keçiriləcək.

Bunu Modern.az-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.

O qeyd edib ki, ötən sessiyalarda Milli Məclisdə süni intellektin qanunvericilik bazasında tənzimlənməsi məsələsi artıq qaldırılıb:

"Bu barədə mən də çıxış etmişdim. Mənim çıxışım süni intellektin yenilənməsi, həm də qanunlarımızın süni intellektin başa düşəcəyi dildə yazılması ilə bağlı olub. Çünki süni intellekt məlumatları oxuya bilməlidir. Bu gün Azərbaycanda qanunvericilik formatı süni intellektin onu oxumasına imkan yaratmır. Bununla bağlı xüsusi format var. Biz buna XML formatı deyirik.

Hazırda mənim bildiyimə görə Milli Məclisin daxilində bununla bağlı işlər gedir. Ola bilsin ki, yaxın vaxtlarda Milli Məclis qanunvericilik aktlarından birinin süni intellektin oxuya biləcəyi dilə çevirilməsi ilə bağlı layihə həyata keçirəcək. Kifayət qədər maraqlı istiqamətdir. Bu, yalnız qanunvericilik aktları ilə bağlı deyil. Ümumiyyətlə, bütün dövlət sənədləri, Nazirlər Kabinetinin qərarları süni intellektin başa düşəcəyi formata çeviriləndə zaman süni intellekt daha faydalı şəkildə ölkədə istifadə ediləcək".

Deputat vurğulayıb ki, süni intellektin tənzimlənməsi ilə bağlı müəyyən fikirlər mövcuddur:

"İlk dəfə dünyada Avropa Birliyi bununla bağlı qərar qəbul edib. Həmin qanunda maraqlı yanaşma var. Qərar süni intellektin özünün tənzimlənməsi ilə bağlı deyil, süni intellektin məhsullarının markalanması ilə bağlıdır. İnternetdə mahnılar, videolar, şəkillər, yazılar, məqalələr süni intellektlə hazırlanır. Avropa Birliyinin qərarında göstərilir ki, belə bir material olduğu zaman hökmən bunun süni intellekt tərəfindən hazırlandığı qeyd olunmalıdır. İnsanlar videonun, şəklin və ya şeirin süni intellekt tətəfindən yazıldığını bilməlidir. Oxşar təcrübə bizdə də tətbiq oluna bilər".

Tahir Mirkişili bildirib ki, Azərbaycanda da süni intellekt tərəfindən hazırlanan videolara, mahnılara, bəstələrə rast gəlinir.

"Hətta bunun bir mənfi tərəfi də var ki, kifayət qədər feyk məlumatlardan istifadə olunur. Süni intellektin imkanı kifayət qədərdir. Son zamanlar Tramp-Zelenski görüşünün süni intellekt tərəfindən sonda əlbəyaxa dava ilə nəticələnməsi ilə bağlı videolar yazılır. Bunların tənzimlənməsi qanunvericilik tərəfindən olmalıdır. Digər yandan tənzimlənmə nə qədər sərt olsa, inkişafın qarşısını alacaqsınız. Bu gün süni intellektin, ümumiyyətlə informasiya texnologiyaların tənzimlənməsi ilə bağlı iki yanaşma var: Qərb və Şərq. Qərb yanaşması deyir ki, biz bunları tənzimləyib, məhdudiyyətlər qoymalıyıq, Şərq yanaşması, yəni Çin yanaşması deyir ki, heç bir məhdudiyyət qoymamlıyıq. Nəticədə, süni intellekt Qərb üçün 500 milyarda başa gəldi. Çində isə buna xərclənən vəsait 6 milyard oldu. Çünki Şərqdə insanların fərdi məlumatlarının, hüquqlarının qorunmasına fikir verilmir, əvəzində texnologiya daha da inkişaf etməlidir. Qərbdə isə insanların fərdi hüquqlarını qorumaq lazımdır. Bu da avtomatik olaraq texnologiyanın inkişafının qarşısını alır.  Azərbaycan Qərblə Şərq arasında körpü rolu oynadığı üçün istənilən halda orta yolu seçməliyik. Mənim yanaşmam ondan ibarətdir ki, bizdə müəyyən tənzimləmələr olmalıdır. Amma çox sərt tənzimləmələrə də ehtiyac yoxdur".

Qeyd edək ki, müsahibənin tam versiyasını tezliklə təqdim edəcəyik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Mart 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see757

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see567

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see515

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see378

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see300

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see260

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see254

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see251

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see250

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see237

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see233

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see229

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see212

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see203

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see197

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see189

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see187

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri