Azərbaycan peykinin xidmətlərindən hansı ölkələr istifadə edir? Siyahı
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 40 ölkəsinə 5,6 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
Yeniavaz.com xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65%-ni təşkil edib.
Bu ilin aprel ayında isə “Azərkosmos” dünyanın 38 ölkəsinə 1,6 milyon dollar dəyərində xidmət ixrac edib.
Bu ilin yanvar-aprel ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1,5 milyon dollar ilə Birləşmiş Krallıq, 1,2 milyon dollar ilə Lüksemburq, 255 min dollar ilə Nigeriya, 238,6 min dollar ilə Misir və 238,5 min dollar ilə Türkiyə qərarlaşıb.
Murad Məmmədov

“Azərkosmos”un xidmətlərindən ən çox bu ölkələr istifadə edir Siyahı
01 Dekabr 2024 16:23
Türk Birliyinə hansı ölkələr qoşulacaq? Siyahı
07 Oktyabr 2025 13:58
Ən çox silah alan ölkələr: Azərbaycan neçəncidir? Siyahı
15 Aprel 2025 22:59
Ən çox hansı ölkələr avtomobil istehsal edir? Siyahı
24 Sentyabr 2025 15:38
Sülh sammitində hansı ölkələr iştirak edəcək? Siyahı
12 Oktyabr 2025 20:43

