Azərbaycan Polisi 2025 ci ildə də üzərinə düşən vəzifəni şərəflə yerinə yetirib Bəhruz Məhərrəmov
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
“Əminliklə deyə bilərik ki, cənab Prezidentin rəhbərliyi ilə başa vurduğumuz 2025-ci il həm iqtisadi, həm sosial, həm də siyasi sahədə Azərbaycan üçün tarixi dönüş nöqtələrindən biri oldu. İl ərzində ölkəmiz müstəqillik tarixinin ən önəmli mərhələlərindən birini yaşadı”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib.
Deputat bildirib ki, 6 iyun tarixində imzalanmış Vaşinqton razılaşması və onun əsasında sülh sazişinin əsas konturlarının müəyyənləşdirilməsi regionda uzunmüddətli sabitliyə doğru atılmış mühüm addım olub: “Bu razılaşma sülh istiqamətində atılmış ən ciddi və tarixi təşəbbüslərdən biridir”.
Bəhruz Məhərrəmov qeyd edib ki, ötən il ərzində dövlətin aparıcı institutlarının fəaliyyəti baxımından da mühüm nailiyyətlər əldə olunub: “Böyük Qayıdış və yenidənqurma prosesi daha geniş miqyasda davam etdirildi. Sentyabr ayından etibarən Qarabağ və Şərqi Zəngəzurda yenidən qurulan 20-yə yaxın yaşayış məntəqəsində həyat canlanmağa başladı. Bu ərazilər uzun fasilədən sonra dövlətçiliyimizin mühüm seqmentinə çevrildi”.
Deputat Orta Dəhlizin gücləndirilməsinin Azərbaycanın regional və beynəlxalq mövqelərini daha da möhkəmləndirdiyini vurğulayıb: “Uğurlu siyasi və iqtisadi addımlar nəticəsində ölkəmizin beynəlxalq reytinqləri, o cümlədən kredit və innovasiya göstəriciləri yüksəldi, investisiya mühiti daha da yaxşılaşdı”.
Çıxışında təhlükəsizlik məsələlərinə də toxunan Bəhruz Məhərrəmov ilin ikinci yarısında dövlət sabitliyinə yönələn təhdidlərin qarşısının qətiyyətlə alındığını bildirib: “Dövlət çevrilişinə yönəlmiş cəhdlərin ifşa olunması hüquq-mühafizə orqanlarının, məhkəmələrin və xüsusilə Azərbaycan Polisinin peşəkarlığının göstəricisidir”.
O vurğulayıb ki, Azərbaycan Polisi 2025-ci ildə də üzərinə düşən vəzifəni şərəflə yerinə yetirib: “Polis orqanları cənab Prezidentin siyasi iradəsinə uyğun olaraq ölkədə ictimai asayişin, təhlükəsizliyin və hüququn aliliyinin təmin edilməsində mühüm rol oynadı”.
Deputat çıxışının sonunda 2025-ci ilin ölkə üçün uğurlu başa çatdığını qeyd edərək qarşıdakı ilə bağlı nikbin mövqe nümayiş etdirib: “Şükürlər olsun ki, 2025-ci il Azərbaycan üçün xeyirli bir il oldu. Qarşıdan gələn 2026-cı ilin də daha böyük nailiyyətlərlə yadda qalması üçün hər birimiz öz sahəmizdə məsuliyyətlə çalışmalıyıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 30 Dekabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















