Icma.az
close
up
RU
Azərbaycan polisi hər zaman üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib

Azərbaycan polisi hər zaman üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

İyulun 2-də 107 yaşını qeyd edəcək Azərbaycan polisi şərəfli və keşməkeşli yol keçib. Azərbaycan Xalq Cümhuriyyətinin dövründə dövlətin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynayan polis orqanları müstəqilliyin müdafiəsində ön sıralarda olub.

1920-ci il aprelin 27-də cümhuriyyətin süqutundan sonra da sovet ittifaqının tərkibində olan Azərbaycanda polis 70 il ərzində cinayətkarlığa qarşı qətiyyətli mübarizə aparıb, ictimai qaydanın və asayişin qorunmasında fəal iştirak edib. Ulu Öndər Heydər Əliyevin birinci dəfə ölkəmizə rəhbərlik etdiyi dövrdə - 1970-1980-ci illərdə Daxili İşlər Nazirliyi və ona bağlı orqanlar yüksək peşəkarlığı ilə fərqlənib.

Siyasi vəziyyətdən və faktorlardan asılı olmayaraq, Azərbaycan polisi hər zaman vətəndaşın, xalqın və dövlətin yanında olub, istənilən təhlükəyə qarşı sinəsini sipər edib. 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə ilk cavab verən də elə məhz milis qüvvələri və Daxili Qoşun hissələri oldu. İşğalçılarla döyüşlərdə 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri igidliyə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görüldü.

1994-cü ildə atəşkəs imzalanandan sonra bütün dövlət strukturlarında olduğu kimi, Daxili İşlər Nazirliyi sistemində də köklü islahatlar aparıldı, Daxili Qoşunların döyüş hazırlığı yüksəldildi, müasir silah və texnika ilə təminat, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox mühüm qərarlar qəbul olundu.

Ulu Öndərin 1998-ci ildə imzaladığı Fərmana əsasən, 2 iyul Azərbaycanda Polis günü kimi qeyd edildi.

Prezident cənab İlham Əliyevin hakimiyyəti dövründə Daxili İşlər Nazirliyinin bütün strukturlarının fəaliyyəti gücləndirildi, peşəkarlıq səviyyəsi artırıldı. Daxili Qoşunların peşəkar kadr özəyi formalaşdırıldı, Türkiyə Silahlı Qüvvələri, o cümlədən Jandarm Baş Komandanlığı ilə əməkdaşlıq gücləndirildi. 

Ən müasir infrastruktura və maddi-texniki bazaya malik olan Azərbaycan polisi ictimai asayişin, qanunların qorunması üzrə peşəkar kadr korpusuna malikdir. Vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərinin etibarlı müdafiəsində, cinayətkarlığa, transmilli mütəşəkkil kriminal ünsürlərə qarşı mübarizədə barışmaz mövqe tutan daxili işlər orqanları hər zaman vəzifə borcuna sadiq qalıb.

Vətən müharibəsində Daxili İşlər Nazirliyi strukturlarının oynadığı rol bunun bariz nümunəsidir. Çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənin yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv edərək qəhrəmanlıq salnaməsi yaradıb. Bu müharibədə Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla müxtəlif orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. 

İstər Birinci Qarabağ döyüşlərində, istərsə də 44 günlük Vətən müharibəsində daxili qoşunların hərbi qulluqçuları və polis əməkdaşları işğalçılara qarşı mətinliklə vuruşublar. 2023-cü il sentyabrın 19-da Xankəndi şəhəri ətrafında öz vəzifə borcunu yerinə yetirərkən polislərimizin ermənilərin basdırdıqları minaya düşərək həlak olması dövlətimizin səbr kasasını tükəndirdi. Həmin gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz yüksək peşəkarlıq göstərərək işğal altındakı bütün əraziləri erməni separatçılarından təmizlədi. Antiterror əməliyyatı zamanı DİN-in 20 əməkdaşı şəhidlik zirvəsinə yüksəlib.

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə yaradılan müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin DİN-ə həvalə edilməsi Azərbaycan polisinə olan etimaddan xəbər verir. Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Qarabağ və Şərqi Zəngəzurda polis gecə-gündüz xidmət həyata keçirir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərinə daxildir. Bu günə qədər 1000-dən çox Vətən müharibəsi iştirakçısı seçim turu mərhələlərindən uğurla keçərək polis orqanlarında xidmətə qəbul olunublar.

Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə DİN-in Kibercinayətkarlığa Qarşı Mübarizə İdarəsinin yaradılması bu sahədəki neqativ halların aradan qaldırılmasında çox böyük əhəmiyyətə malik hadisə oldu. Azərbaycan Polisi mütəşəkkil cinayətkar qruplaşmalara, narkotiklərin qanunsuz dövriyyəsinə, eləcə də dövlətin konstitusion quruluşuna çıxanlara qarşı mübarizəsi xarici ölkə polislərinə nümunə kimi göstərilir. İnsan alverinə qarşı mübarizə sahəsində apardığı qətiyyətli mübarizə istər ölkə vətəndaşları, istərsə də beynəlxalq təşkilatlar tərəfindən təqdir olunur. Hazırda informasiya texnologiyalarından, sosial şəbəkələrdən istifadə edilməklə törədilən cinayətlərin sayında artım müşahidə edildiyi üçün polisin belə hüquqazidd əməllərə yol verən şəxsləri məsuliyyətə cəlb etməsi günümüzün əsas tələblərindən biridir.  

Son dövrlər isə elektron xidmətlər, “E-Polis” mobil tətbiqi və digər informasiya resurslarının yaradılması ilə vətəndaş-polis münasibətlərində yeni mərhələnin başlanğıcı oldu. 

İndi DİN-in sosial şəbəkə seqmentində olan hesabları dövlət orqanları arasında ən aktiv və əlçatan sosial hesablar olaraq tanınır. Vətəndaşlar günün istənilən vaxtı şikayət və müraciətlərini həmin hesablar vasitəsilə ünvanlaya bilirlər. Eyni zamanda nazirliyin sosial şəbəkə hesablarında mütamadi olaraq yayımlanan maarifləndirici videoçarxlar da izləyicilər tərəfindən müsbət qarşılanır. Bu da cinayətkarlığa qarşı profilaktik tədbirlərdən biri kimi qiymətləndirilməlidir ki, onu da yalnız demokratik  ölkələrin peşəkar hüququ-mühafizə orqanları tətbiq edir. 

Sirr deyil ki, ictimai təhlükəsizliyə cavabdeh olan polisə məqsədli informasiya hücumları daxili və xarici qüvvələr tərəfindən məqsədli şəkildə həyata keçirilir. Hər hansı videogörüntüləri konteksdən çıxarıb təqdim etməklə sosial şəbəkələrdə manipulyasiyaya yol verən, emosional təsirlə vətəndaşları yanlış istiqamətlərə yönləndirən qruplar xaricdə anti-Azərbaycan şəbəkələri tərəfindən xüsusi təlim keçiblər.  

Bütün bunlar Azərbaycan polisinin qətiyyətini, əzmini sındıra, onu dövlətçilik yolundan, qanuni fəaliyyətindən döndərə bilməz. Azərbaycanda polis-vətəndaş bağları o qədər güclüdür ki, kənar təsirlər onu qırmaq, zəiflətmək gücündə deyil. Çünki şanlı polisimizin arxasında Azərbaycan xalqı, dövlətimiz durur.

Ramiz Alıyev

“İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı”nın sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 İyul 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

01 İyul 2025 21:57see209

Azərbaycan diasporunun lideri sərbəst buraxılıb (Yenilənib)

02 İyul 2025 16:19see169

Qazma platformasında FACİƏ: Ölənlər var

02 İyul 2025 04:51see167

Rus bölməsində təhsil ödənişli olmalıdır Tanınmış teleaparıcı

02 İyul 2025 02:34see153

“Daxili işlərimizə qarışmayın” Azərbaycan da nota verdi

01 İyul 2025 20:10see148

“Rusiya ikinci cəbhədə Cənubi Qafqazda savaşa risk etməz”

02 İyul 2025 10:18see131

Voronejin ən böyük bazarının azərbaycanlı ortağı Yusif Xəlilov saxlanılıb

01 İyul 2025 21:47see128

Universiadada 62 ölkədən cüdoçular çıxış edəcək

01 İyul 2025 17:41see127

Sentyabrda sürücülük vəsiqələri iki dəfə bahalaşacaq...

01 İyul 2025 22:26see124

47 yaşılı ulduz bikinili fotoları ilə heyran etdi Foto

01 İyul 2025 13:29see124

Beynəlxalq olimpiadada 5 medal

02 İyul 2025 10:35see121

Rusiya şovinizmi seçdi: “miqrant ovu” vəhşiliyinin səbəbi nədir?

01 İyul 2025 12:58see120

ABŞ İsraillə anlaşdı

02 İyul 2025 04:17see117

İndi belə çıxır ki,.. Lepsə yox, Lepsin puluna..?

02 İyul 2025 01:16see117

Qarabağ daha bir legionerlə yollarını ayıra bilər

02 İyul 2025 10:33see116

Xəbərdarlıq edildi: Hindistan problemlə üzləşəcək Rusiya S 400 lərinə görə

01 İyul 2025 14:11see115

Hüseyn Səfərovun meyitinin xarici müayinəsi zamanı çox sayda travma aşkarlanıb

01 İyul 2025 11:47see113

Livanda külli miqdarda narkotik həbin qaçaqmalçılığının qarşısı alınıb

02 İyul 2025 01:45see113

Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi

02 İyul 2025 10:31see113

Kitab lazımsız düşüncələrin axınını dayandırmağa və daha tez yuxuya getməyə kömək edir Video

02 İyul 2025 00:12see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri