Azərbaycan regionda sülhün əsas dayağıdır Bəhruz Məhərrəmov
Icma.az bildirir, Sia Az portalına istinadən.
Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar Azərbaycanın regionda təşəbbüskar və sülh gündəliyinin əsas müəlliflərindən biri kimi mövqeyini möhkəmləndirir. Ermənistanın yeni konstitusiya layihəsi ətrafında müzakirələr, eləcə də Azərbaycan-Ermənistan münasibətlərində birbaşa təmasların davam etməsi regionda yeni mərhələnin formalaşdığını göstərir.
SİA xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bugünkü plenar iclasda çıxışı zamanı deyib.
O bildirib ki, Prezident İlham Əliyevin prinsipial siyasi iradəsi nəticəsində hərbi-siyasi müstəvidə bərpa edilən ərazi bütövlüyü dayanıqlı sülh və regional inteqrasiya gündəliyi ilə möhkəmləndirilir. Deputatın sözlərinə görə, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən de-fakto sülh və etimad quruculuğu mexanizmləri öz effektivliyini göstərir.
Bəhruz Məhərrəmov qeyd edib ki, Fransa və Avropa Parlamentindən səsləndirilən bəzi bəyanatlar regionda sülh və etimad quruculuğu prosesinə mane olmağa çalışan dairələrin hələ də fəal olduğunu göstərir. Onun fikrincə, Ermənistanda revanşist qüvvələrin konstitusiya islahatlarına münasibəti və Azərbaycanda məhkəmə proseslərinin siyasiləşdirilməsi cəhdləri də bu kontekstdə qiymətləndirilməlidir.
Deputat vurğulayıb ki, 30 il ərzində bir milyon insanın fundamental hüquqlarının pozulmasına göz yuman beynəlxalq qurumların bu gün Azərbaycanda ayrı-ayrı məhkəmə proseslərinə xüsusi diqqət ayırması ikili yanaşma təsiri bağışlayır. O, dövlət cinayətlərində ittiham olunan şəxslərin məhkəmə proseslərinin siyasi müstəviyə daşınması cəhdlərinin Azərbaycanın beynəlxalq imicinə və regionda formalaşan əməkdaşlıq mühitinə qarşı yönəldiyini bildirib.
Bəhruz Məhərrəmov, həmçinin bəzi qurumların daxili yazışmalarının və qapalı bəyanatlarının xarici media şəbəkələrinə ötürülməsi ilə bağlı məsələlərin ciddi araşdırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, belə hallar yalnız qanunvericiliyin pozulması və ya vəzifə səlahiyyətlərindən sui-istifadə çərçivəsində deyil, milli təhlükəsizlik və dövlət idarəçiliyinin hüquqi-institusional bütövlüyü baxımından da qiymətləndirilməlidir.
Deputat əlavə edib ki, bu faktların arxasında dayanan səbəblər, mümkün maraqlar və əlaqələr araşdırılmalıdır. O, Azərbaycanın postmünaqişə dövründə formalaşan reallıqları təhlükə altına almamalı olduğunu, ölkəmizin Cənubi Qafqazın sabitliyi və tərəqqisinin əsas dayağı kimi çıxış etdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 27 Noyabr 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















