Icma.az
close
up
RU
“Azərbaycan Prezidenti Moskvaya getməməlidir” Keçmiş nazir

“Azərbaycan Prezidenti Moskvaya getməməlidir” Keçmiş nazir

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Politoloq Tofiq Zülfüqarovun "Yeni Sabah"a msahibəsi:

- Azərbaycan və Rusiya münasibətlərində yenidən gərginlik hiss olunur. Bir neçə gün  əvvəl Milli Məclisin üzvü Azər Badamov Moskvadan deport edilib. Digər tərəfdən, Aktauda baş verən təyyarə qəzası ilə bağlı Rusiya İstintaq Komitəsinin apardığı araşdırmaya dair rəsmi Bakıya heç bir məlumat vermir. Hətta İlham Əliyevin Moskvada keçiriləcək paradda iştirakı sual altındadır. Baxmayaraq ki, həmin paradda Azərbaycan ordusunun bölməsi iştirak edəcək.

Hazırki situasiyada Bakı və Moskva arasında müşahidə olunan soyuqluğu necə dəyərləndirirsiniz?

- Rusiyanın siyasi gərginliyi təkcə Azərbaycanla deyil, Qazaxıstanla da var. Münasibətləri xeyli soyuyub. Səbəb isə qazax biznesmenlərə qarşı FSB-nin əməliyyatlar keçirməsi və bunu Böyük Britaniya kəşfiyyatının açıqlamasıdır.

Təəssüf ki, Putin rəhbərliyi istənilən hadisəni təbliğat kimi istifadə edir. 3 il bundan öncə başladığı müharibəyə bu kimi faktorlarla bəraət qazandırmaq üçün. Bu yanaşmada 2 məsələni diqqətdə saxlamalıyıq: birincisi, imkan verilməməlidir ki, Putin qələbə paradını öz imici üçün istifadə etsin. Doğrudur, bu, böyük bir hadisədir. Azərbaycan xalqının və dövlətinin nasizmə qarşı müharibədə rolu çox böyükdür; digər tərəfdən, təhlükəsizlik məsələsi aktualdır. Artıq belə bir acı təcrübəmiz var.

Təyyarə faciəsinin baş verməsi ondan xəbər verir ki, Rusiyada hakimiyyətin bəzi qolları bir-biri ilə düşmən münasibətdədirlər. Bunların hamısını və ilk növbədə, təhlükəsizlik məsələsini nəzərə alaraq, şəxsən bu fikirdəyəm ki, Azərbaycan Prezidenti Moskvaya getməməli, paradda iştirak etməməlidir. Bu, şəxsi rəyimdir. 

- Təyyarə qəzası zamanı “Facebook”da qeyd etmişdiniz ki, Kremldə qruplaşmalar arasında mübarizə gedir və istəməsə belə, Azərbaycanı da bu mübarizəyə qatırlar. İndi də həmin proses baş verir? Yoxsa yeni bir oyun özünü göstərməkdədir?

- Rusiya rəhbərliyində Azərbaycana yaxınlıq göstərən və əməkdaşlıq edən qruplaşmalar mövcuddur. Əksinə, Azərbaycana qarşı düşmən kəsilənlər var. Onların bir hissəsi ermənilərin təsiri altındadır. Biz bunu yaxşı başa düşməliyik. Digər tərəfdən, Priqojinin üsyanı bir daha göstərdi ki, Putinin rəhbərliyinə dəstək çox zəifləyib.

Yevgeni Priqojin Moskvaya yürüş edəndə qarşısına demək olar ki, heç kim çıxmadı. Bu baxımdan, problem göz qabağındadır. Rusların daxildə olan hansısa toqquşmasında iştirakımız ümumiyyətlə arzuolunan deyil. Ehtimal var ki, daxildə çaxnaşma salmaq üçün kimlərsə 2 gün sonra baş tutacaq paradı istifadə etsin. Dronları təkcə Ukrayna ərazisindən yox, elə Rusiyadan da havaya qaldırmaq olar.

İndiki mərhələdə Rusiya siyasi elitası çox dərin böhrandadır. Bəlkə də onlar bunu əyani göstərmir, amma görürük ki, müxtəlif qolların siyasi yanaşmaları kəskin fərqlənir.

Yadınızdadır, Ramzan Kadırov deyirdi ki, Çeçenistana hücumlar təkcə Ukraynadan yox, Rusiyadan da həyata keçirilir. Bütün bu hadisələrin fonunda Putinə qarşı üsyan qaldırmaq daha da əlverişli ola bilər.

Ümumən Azərbaycan olaraq, Rusiya dövləti ilə münasibətlərimiz var, bu və ya digər şəxslərlə yox.

- Aprelin 28-də NATO-nun komanda-qərargah təlimləri keçirilib. Təlimə 17 ölkə, o cümlədən Ermənistan və Azərbaycan da qatılıb. Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova buna görə Cənubi Qafqaz respublikalarını qınayıb və bu təlimi NATO-nun Cənubi Qafqaz respublikalarını öz təsir dairəsinə salmaq cəhdi kimi dəyərləndirib.

- Mən bu məsələyə digər bir tərəfdən yanaşmaq istəyərdim. Bəzən hətta ermənilər də onu etiraf edir ki, Qarabağ mövzusunun bağlanması Ermənistanın daha da müstəqil olmasına imkanlar yaradıb. Yəni İrəvanın Moskvadan asılılığı azalır.

Hazırkı müşahidələrə əsasən, Cənubi Qafqaz ölkələrinin Rusiyadan asılılığının azalması müxtəlif sahələrdə özünü göstərir. O cümlədən hərbi təlimlərdə. Bu proses qaçılmazdır.

Dəfələrlə müsahibələrimdə də demişəm ki, Qarabağdakı münaqişənin əsl məqsədi Rusiyanın konflikt vasitəsi ilə hər iki dövləti idarə etmək planıdır. İndi Qarabağ münaqişəsi gündəmdən çıxarkən, Azərbaycan və Ermənistan öz milli maraqlarına uyğun və daha müstəqil siyasət həyata keçirir. Zaxarovanın bəyənatı onu göstərir ki, tellərin qırılması artıq Rusiyanı ciddi narahat edir.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 May 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri