Icma.az
close
up
RU
Azərbaycan prezidenti təyyarə qəzasına görə Putinə təzyiqləri artırıb Politico

Azərbaycan prezidenti təyyarə qəzasına görə Putinə təzyiqləri artırıb Politico

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Bazar ertəsi Azərbaycan Prezidenti İlham Əliyev Milad günü 38 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasına görə bir daha Rusiya rəsmilərini günahlandırıb və onların cəzalandırılmasını istəyib.

Bakupost.az xəbər verir ki, bunu ABŞ-nin "Politico" nəşri bildirib.

“Əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu faciədə həlak olmasının günahı Rusiya Federasiyasının nümayəndələrinin üzərinə düşür”, - deyə nəşr Əliyevin bazar ertəsi təyyarə qəzasında həlak olan ekipajın ailə üzvləri ilə görüşündə səsləndirdiyi fikirlərdən sitat gətirib.

“Biz ədalət, günahkarların cəzalandırılmasını, tam şəffaflıq və insani davranış tələb edirik”, - deyə Azərbaycan lideri əlavə edib.

Məqalədə qeyd olunur ki, Əliyevin sərt tənqidi Rusiya-Ukrayna müharibəsində tərəf tutmayan Bakı ilə Moskva arasındakı dostluq münasibətlərində çatların olduğunu göstərir:


"Azərbaycan Moskvanın Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşlarından biridir. Avropa İttifaqı Rusiya qazından imtina etməyə çalışdığı üçün iki ölkə arasında ticarətin səviyyəsi, xüsusən də enerji sahəsində artıb.

Rusiya prezidenti Vladimir Putin Əliyevlə telefon danışığında qəzaya görə üzr istəyib. O deyib ki, qəza zamanı ərazidə hava hücumundan müdafiə vasitələri işləyirdi. Lakin Putin təyyarənin vurulmasınaa görə məsuliyyəti öz üzərinə götürməyib".

Məqalədə daha sonra bildirilir ki, üzrxahlıq Bakının Rusiyaya qarşı irəli sürdüyü üç tələbdən biridir:

"Digər iki tələb isə günahın etirafı və həm dövlətə, həm də zərərçəkənlərə təzminat ödənilməsidir.

Bazar ertəsi Əliyev yenidən Rusiya hökumət orqanlarını “insidenti ört-basdır etməyə və hadisənin necə baş verdiyinə dair absurd versiyaları müdafiə etməyə” çalışmaqda ittiham edib. Rusiyanın ilkin ehtimalına görə, qəzaya quş sürüsü səbəb olub.

Azərbaycan təyyarənin "qara qutu"larını təhlil üçün Braziliyaya göndərib və yanvarın 3-də orada ekspertlər məlumatları təhlil etməyə başlayıblar.

Mülki sərnişin təyyarəsi dekabrın 25-də Bakıdan Çeçenistan Respublikasının Qroznı şəhərinə uçurdu. Sərnişinlər partlayış səsi eşitdiklərini bildirdikdən sonra təyyarə planlaşdırılan marşrutdan yüzlərlə kilometr uzaqlaşaraq Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb, Hadisə nəticəsində 38 nəfər ölüb, 29 nəfər sağ qalıb".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 Yanvar 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri