Icma.az
close
up
RU
Əbu Dabi danışıqları: Rusiyada kəşfiyyat “müharibəsi”, ABŞ öndə TƏHLİL

Əbu Dabi danışıqları: Rusiyada kəşfiyyat “müharibəsi”, ABŞ öndə TƏHLİL

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri yanvarın 24-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində üçtərəfli danışıqları başa vurdular. Ukrayna Prezidenti Volodimir Zelenski danışıqları konstruktiv adlandırıb.

ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə danışıqların növbəti raundunun fevralın 1-də Əbu-Dabidə keçirilməsi planlaşdırılır.

ABŞ hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski arasında görüş tezliklə baş tuta bilər.

Bu barədə “Axios” portalı ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndəsinə istinadən xəbər yayıb.

Siyasi məsələlər üzrə tədqiqatçı Aqşin Kərimov Bakıvaxtı.az-a bildirib ki, danışıqlar ABŞ-nin müharibəyə son qoymağa yönəlmiş vasitəçilik yeni bir mərhələ idi. Onun fikrincə, ABŞ hesab edir ki, bu danışıqlar mübahisəli məqam olan Şərqi Ukraynadakı ərazi nəzarəti ilə bağlı boşluqları azaltmağa imkan verə bilər. 

“Lakin Rusiya danışıqlar gedən zaman müharibədəki maksimalist məqsədlərinə sadiq qaldığını təkrarlamaq üçün raket hücumlarını intensivləşdirdi. Ukrayna isə masada həmişəkindən daha zəif mövqedədir və bu, təkcə Kiyevin hərbi arenadakı uğursuzluqları ilə əlaqəli deyil. Eyni zamanda Ukrayna daxildən korrupsiya əməliyyatları, elitada yaranan mübahisələr və Böyük Britaniyadakı səfir Valeri Zalujnının prezidentliyə hazırlaşması ilə bağlı proseslər Volodimir Zelenskinin mövqelərini əlverişsiz edir”,-deyə A.Kərimov bildirib.

Ekspert qeyd edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna aviazərbə kampaniyasını genişləndirməsi növbəti danışıqlara qədər Kiyevdən əlavə pay qoparmaq üçün hərbi-taktiki gedişdir.

O həmçinin bildirib ki, danışıqların Əbu-Dabi raundu Rusiyanın Ukraynadan çox ABŞ ilə razılıq rejiminin əlamətlərini aydınlaşdırır:

“Kremllə Ağ Ev Ukrayna üzərindən qurduqları strategiya ilə bir-birlərinin maraqlarını nəzərə almağa çox yaxınlaşırlar, hərçənd ki, bu, ən yaxşı halda rəqabətin yumşaldılması kimi xarakterizə oluna bilər. Biznes sövdələşmələri isə Rusiya və ABŞ-nin missiyalarının geosiyasi bölgünü indeksləşdirməsinə yardım edən açardır. Ona görə də, Rusiya ilə ABŞ-nin post-müharibə dövrü Ukraynasından hansı mənfəət qazanmasını araşdırmaq faydalı olardı”.

Bununla belə, Kərimov bildirib ki, Tramp Putinlə əl sıxmağa meyilli olsa da, Ağ Ev strategiyası indi böyük bir ölçüdə Moskvanın maraqlarını tədrici dərəcədə sıxışdırır. Rusiya isə bunun cavabını Ukraynadakı ərazi nailiyyətləri və intensiv raket hücumları ilə verməyə çalışır. Lakin indi Rusiyadan çox, ABŞ strategiyası öndə görünür ki, bu da Rusiya daxilində “böhran siqnalı” yaradır.

Müsahibimizin qənaətincə, bu, Ukraynadakı müharibənin Kreml elitasında yaratdığı reaksiyaları daxili rəqabət müstəvisinə daşıyır:

“Deyərdim ki, bu mənada ABŞ Rusiyanı yenə üstələyir. Ancaq Rusiyanın da Ukraynadakı müharibə fonunda başqa regionlarda ABŞ ilə anlaşması geosiyasi riskləri və təhlükəsizlik dilemmalarını artırır. Bu, Kreml üçün fürsətdir, indi Moskva bunu Əbu-Dabidə bağlı qaplar arxasında şans kimi qiymətləndirir”.

Aqşin Kərimov:  Rusiyanın mənalı kompromisə gedəcəyi üfüqdə görünmür

Siyasi tədqiqatçının fikrincə, unikal top isə ABŞ-nin meydanındadır, həm də ona görə ki, Vaşinqton Ukraynadakı və Rusiyadakı elitar daxili narazılıqlara fokuslanır:

“Bu amil ABŞ üçün həm Rusiya, həm də Ukraynada güclü kəşfiyyat əməliyyatları aparmaq imkanı verir. Yəqin buna görədir ki, Moskva Silahlı Qüvvələrin Baş Qərargahının Baş İdarəsinin (QRU adı ilə tanınır)  rəisi İqor Kostyukovu nümayəndə heyətinin başında Əbu-Dabiyə göndərdi. Bu, son illər QRU-nun əməliyyatlarda və daxili elitada iyerarxix tənəzzül yaşamasından sonra Kremlin bəzi dəyişikliklərinə işarə edir.

Bu, Vladimir Putinin QRU-nun fəaliyyətini gücləndirməyə üstünlük verdiyinin göstəricisidir.  Ehtimal ki, Federal Təhlükəsizlik Xidməti (FSB) bu gedişdən məmnun qalmayacaq. Ən azından ona görə ki, Putin Ukraynada tammiqyaslı müharibəyə başlamazdan öncə FSB-nin kəşfiyyat məlumatlarına etibar etmişdi. İndi isə QRU ön plana çıxır və bu o deməkdir ki, Putin Ukraynadakı müharibə ilə əlaqədar Rusiya kəşfiyyat elitasında şiddətlənən rəqabətdə etibarlı balans axtarır. Putinin QRU-nu məhdud indeksdən çıxararaq ona Əbu-Dabi danışıqlarında muxtariyyət verməsi başqa bir səbəblə də əlaqədardır. QRU son zamanlar öz uğursuzluqlarını Avropada həyata keçirdiyi əməliyyatlarla kompensasiya edə bilib. Putin bunun “mükafatını” İqor Kostyukova verir. Görünür ki, Putin QRU-nun Ukrayna müharibəsinin arxasındakı kodekslərə və strateji alətlərə təsir göstərmək qabiliyyətinə də inam bəsləyir. ABŞ ilə Rusiyanın yaxınlaşması fonunda, hər iki tərəfin Ukrayna Prezidenti Volodimir Zelenskinin legitimliyini şübhə altına alan oxşar informasiya əməliyyatları Vaşinqtonla Moskvanın yeni mərhələ üçün hazırlığını göstərir. Burada QRU-nun Putinə daha geniş hesabat verdiyi anlaşıla bilər”.

Həmsöhbətimizə görə, ancaq ümumilikdə ABŞ Rusiya daxilində baş verənlərdən xəbərdardır və onu həm ictimailəşdirir, həm də məxfi qrif altında saxlayan hesabatlara daxil edir. Rusiyanın kəşfiyyat icmaları arasındakı rəqabət dinamikası təhlükəsizlik boşluqlarını genişləndirir. Vaşinqton üçün həmin vakkuuma sızmaq fürsəti yaranır ki, Kreml bundan ehtiyatlanır. Başqa yandan Rusiyada kəşfiyyat subyektlərinin güclü siyasiləşməsi versiyasıdır ki, davam edən müharibə fonunda bu, Putin üçün daha təhlükəli situasiya yarada bilər.

A.Kərimova görə, Əbu-Dabi danışıqları bir hadisə kimi deyil, kompleks baxış bucağı tələb edən platformadır.

“Danışıqların nəticəsinə gəlincə, yekunda Rusiyanın mənalı kompromisə gedəcəyi üfüqdə görünmür. Rusiya və Ukrayna prezidentlərinin görüşü isə qaçılmazdır, təbii ki, tərəflərdən biri bəhanə gətirməsə”,-deyə oAqşin Kərimov fikrini yekunlaşdırıb.

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Yanvar 2026 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri