Əliyev Paşinyan görüşündə nələr müzakirə olunacaq? AÇIQLAMA
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
COP31 çərçivəsində keçirilən Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfər edən dövlət başçıları arasında Azərbaycan Prezideni İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan da var. Antalyada hər iki liderin iştirakı ilə Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması istiqamətində mümkün görüş gözlənilir.
Modern.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Prezident İlham Əliyevlə Baş naziri Nikol Paşinyan arasında Türkiyədə görüşün baş tutacağına əmindir:
"Əminəm ki, görüş baş tutacaq. Görüşün Türkiyə ərazisində keçirilməsi o demək deyil ki, Türkiyə aid mövzular da müzakirə olunacaq. İndiki mərhələdə ən vacib mövzulardan biri TRIPP və Türkiyə ilə Ermənistan sərhədlərinin açılmasıdır. Sözügedən məsələlər arasında bağlantı var. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, sözügedən məsələlər arasında lazımı şəkildə əlaqə yaradılmalıdır. Yəni Azərbaycan proseslər arasında sinxron vəziyyətin yaranmasını istəyir".
Sabiq nazir qeyd edib ki, seçkidən sonra Ermənistan prosesləri ləngitmək, uzatmaq taktikasına başlayıb:
"Türkiyədə liderlər arasında keçiriləcək görüşşdə əsas mövzulardan biri Ermənistanın hələ də həyata keçirmədiyi öhdəliklərin icrasının sürətləndirilməsi ilə bağlı olacaq. Eyni zamanda TRIPP layihəsinin işə düşməsi və Türkiyə ilə Ermənistan sərhədlərinin açılması arasında sinxronluq müzakirə olunacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 11 Noyabr 2026 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















