Icma.az
close
up
RU
Azərbaycan Prezidentinin Vaşinqton səfəri tarixi uğurlarla nəticələnib

Azərbaycan Prezidentinin Vaşinqton səfəri tarixi uğurlarla nəticələnib

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp qarşıladı.

Ağ Evdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə görüşü oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzaladılar.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini parafladılar və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzaladılar.

Sonra liderlər mətbuata bəyanatlarla çıxış etdilər. Prezident Donald Tramp mətbuata bəyanatında otuz ildən çox davam etmiş müharibənin hər iki dövlətə böyük ziyan vurduğunu xatırladaraq, istəyinin bölgədə sülhün və rifahın təmin edilməsi olduğunu vurğuladı. O, sülhün əldə edilməsi istiqamətində göstərdiyi qətiyyətə görə hər iki liderə təşəkkürünü bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında yeni tarixi səhifəyə imza atıldığını vurğulayaraq, Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığın başladığını bildirdi. Dövlətimizin başçısı dünyanın ən böyük ölkəsi ilə strateji tərəfdaşlığı böyük imkan və böyük məsuliyyət kimi dəyərləndirərək, Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkürünü ifadə edərək dedi: “Cənab Prezidentə təşəkkür edirəm ki, o Azərbaycana hələ 1992-ci ildə - Azərbaycanın müstəqilliyini bərpa etməsindən cəmi bir il sonra tətbiq olunan bu məhdudiyyəti 33 il sonra bu gün ləğv etdi. Bu gün bu, baş tutdu. Bu gün həqiqətən də Azərbaycan xalqının yaddaşına böyük şərəf və böyük təşəkkür kimi həkk olunacaq”.

Azərbaycan Prezidenti Cənubi Qafqazda sülhün bərqərar olunmasının əhəmiyyətini yüksək qiymətləndirərək dedi: “Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük imkandır”.

Dövlətimizin başçısı “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacağını bildirərək, sülh danışıqlarının uğurla nəticələnməsində Prezident Trampın və onun komandasının fəaliyyətini xüsusi vurğuladı: “Prezident Tramp və onun komandası olmasaydı, bizim yaxın dostumuz cənab Uitkoff və onun komandası olmasaydı, yəqin ki, bu gün Ermənistan və Azərbaycan yenə tükənməyən bir danışıqlar prosesində qalardı”.

Prezident İlham Əliyev Donald Trampın Nobel Sülh mükafatına layiq görülməsi üçün Nikol Paşinyan ilə birgə Nobel Sülh Komitəsinə müraciət etməyi təklif etdi və ABŞ Prezidentinin bu mükafata layiq olduğunu dedi.

Baş nazir Nikol Paşinyan isə mətbuata bəyanatında Ermənistan və Azərbaycanın ikitərəfli münasibətlər baxımından fundamental mərhələyə qədəm qoyduğunu qeyd edərək bildirib ki, bu mərhələ Prezident Trampın şəxsi iştirakı olmadan mümkün olmazdı.

Sülh sazişinin hazırlanması və imzalanmasının nəticə etibarilə iki ölkə arasında yeni mərhələnin açılması və ölkələrimiz arasında suverenliyin və ərazi bütövlüyünə hörmətlə yanaşılmasının başlanğıcı olduğunu qeyd edən Nikol Paşinyan bu tarixi günün ölkələrimiz və region üçün uğurlu olduğunu, bütün dünyanın bundan qazanacağını qeyd edib. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun tamamlanması və icra olunması kontekstində bir yerdə bərabər şəkildə çalışacağıq”, - deyə Ermənistanın Baş naziri vurğulayıb.

Bəyanatlardan sonra Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair Birgə Bəyannaməni imzaladılar.

Bəyannamədə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflandığı bildirilib, Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinin, sülhün təmin olunması və gücləndirilməsinin vacibliyi vurğulanıb.

Bundan başqa, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət ünvanlanması, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında kommunikasiyaların açılmasının əhəmiyyəti bir daha təsdiq olunub. Bu səylərin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva etdiyi bildirilib.

Habelə Ermənistanın öz ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) üçün çərçivənin müəyyən edilməsi məqsədilə ABŞ və qarşılıqlı müəyyənləşdirilmiş üçüncü tərəflərlə əməkdaşlıq edəcəyi qeyd olunub.

Tərəflər BMT Nizamnaməsinə və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiqinin yolverilməzliyi əsasında qonşuluq münasibətlərinin qurulmasına şərtlərin yaradılmasının vacibliyini vurğulayıblar.

Bəyannamənin imzalanmasından sonra liderlər media nümayəndələrinin suallarını cavablandırıblar.

AZƏRTAC

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:252
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Avqust 2025 07:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri