Icma.az
close
up
RU
Azərbaycan Prezidentinin Əbu Dabiyə səfəri dünya mediasında...

Azərbaycan Prezidentinin Əbu Dabiyə səfəri dünya mediasında...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri və bu səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə keçirdiyi görüş, həmçinin “Zayed İnsan Qardaşlığı Mükafatı”nın dövlətimizin başçısına təqdimolunma mərasimi dünyanın bir sıra ölkələrinin aparıcı media qurumlarının diqqət mərkəzində olub. Yayımlanan xəbərlərdə dövlətimizin başçısının Ermənistanın Baş naziri ilə görüşü zamanı Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesində müsbət impulsun qorunmasının vacibliyinə dair səsləndirilən fikirlər yer alıb.

Misir, Küveyt, Səudiyyə Ərəbistanı, Mərakeş və Livan mətbuatında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Əbu-Dabidə keçirdiyi görüş keçmişdə mövcud olan gərginliyin tamamilə aradan qaldırılması və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində davam edən səylərin göstəricisi kimi qiymətləndirilib. Misirin “Youm7”, Səudiyyə Ərəbistanının “SA24”, Küveytin “Q8-Press” və Livanın “Athabat” nəşrlərinin məlumatına görə, görüşdə ikitərəfli ticarətin başlaması, eləcə də Azərbaycandan Ermənistana neft məhsullarının ixracı müsbət addım kimi qiymətləndirilib. Bildirilir ki, bu proseslər artıq tərəflər arasında sülhün praktik faydalarının hiss olunmasına imkan yaradır.

Mərakeşdə fəaliyyət göstərən “A5r5br” və ərəbdilli “Mvlana” portalı isə görüşün Cənubi Qafqazda regional sabitliyin möhkəmləndirilməsi və uzun illər davam edən gərginliyin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin tərkib hissəsi olduğunu qeyd edib. Ərəb mediası vurğulayır ki, Əbu-Dabidə baş tutan təmaslar Azərbaycan-Ermənistan dialoqunun davam etdirilməsinə və etimad quruculuğu tədbirlərinin genişləndirilməsinə xidmət edir. Həmçinin bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə 2026-cı il “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində iştirak ediblər. Mükafat bu il hər iki liderə təqdim olunub.

İspaniyanın “Aciprensa” xəbər portalı isə yazır ki, mükafatın təqdimolunma mərasimi Azərbaycanla Ermənistan arasında dialoqun davam etdirilməsinə və sülh səylərinin tanınmasına stimul verib.

İsveçrənin “Swissinfo” və Paraqvayın “ABC” saytı xəbər verir ki, tərəflər ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsini, enerji ixracı və Azərbaycan ərazisindən tranzit imkanlarının artırılmasını müsbət addım kimi qiymətləndiriblər. Liderlər, həmçinin TRIPP dəhlizi və digər nəqliyyat layihələrinin reallaşdırılmasının normallaşma prosesini dəstəklədiyini vurğulayıblar. “Commonspace” isə görüşü ikitərəfli iqtisadi əməkdaşlıq və regional inteqrasiyanın gücləndirilməsi baxımından önəmli addım hesab edib. Həmin saytda dərc olunan xəbərdə vurğulanır ki, Əbu-Dabidə baş tutan təmaslar gələcəkdə sülhün və sabitliyin möhkəmləndirilməsinə, iqtisadi əlaqələrin daha sistemli şəkildə qurulmasına və regionda uzunmüddətli əməkdaşlıq mədəniyyətinin inkişafına yönəlmiş perspektivlərin müəyyənləşdirilməsinə xidmət edir.

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri və Ermənistanın Baş naziri ilə keçirdiyi görüş Türkiyənin aparıcı media qurumlarında da geniş işıqlandırılıb. Türkiyənin rəsmi Anadolu agentliyinin materialında “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində dövlət və hökumət başçıları Rəcəb Tayyib Ərdoğan, Kasım-Jomart Tokayev, Şavkat Mirziyoyev, Sadır Japarov, Kral II Abdulla, Şahbaz Şərifin Azərbaycan Prezidentinin müdrik və düşünülmüş rəhbərliyi sayəsində regionda sülhün və təhlükəsizliyin bərqərar olması barədə fikirləri yer alıb. Agentlik vurğulayıb ki, Prezident İlham Əliyev mərasimdəki çıxışında Azərbaycan ilə Ermənistan arasında sülhün təkcə iki ölkə üçün deyil, bütün geniş region üçün əhəmiyyətini vurğulayıb. Materialda diqqətə çatdırılıb: “Zayed İnsan Qardaşlığı Mükafatı”na görə təşəkkürünü bildirən Azərbaycan Prezidenti qeyd edib ki, Vaşinqtonda imzalanan Birgə Bəyannamədən ötən altı ay Azərbaycan-Ermənistan münasibətlərinin inkişafı baxımından çox mühüm olub. Yazıda Prezident İlham Əliyevin aşağıdakı sözləri sitat gətirilib: “Biz təkcə Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmadıq, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına da başladıq. Yəni bu altı ay ərzində biz əməkdaşlığa başlamışıq. Hazırda ticarət əlaqələrimizi genişləndiririk. Bu səhər ermənistanlı həmkarımla görüşdüm və gələcək addımlarımızı müzakirə etdik”.

Türkiyənin “Hürriyet” qəzetinin dərc etdiyi “Əbu-Dabidə kritik təmas: Əliyev Paşinyan ilə görüşdü” sərlövhəli məqalədə bildirilib ki, tərəflər hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd ediblər. Onlar ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnun olduqlarını bildiriblər. Bakı və İrəvan ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılığa gəliblər.

Qardaş ölkənin “İhlas” xəbər agentliyinin və “Haber Global” telekanalının saytında, həmçinin “Akşam”, “Yeni Akit”, “Birgün” qəzetlərində, “Haber365”, “Haberlerim”, “Son dakikam”, “Haber sitesi” və geniş auditoriyaya malik digər portallarda Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması, həmçinin onun Ermənistanın Baş naziri ilə keçirdiyi görüş barədə materiallar dərc olunub.

Rusiyanın bir sıra nəşrləri də Prezident İlham Əliyevin BƏƏ səfəri və Ermənistanın Baş naziri ilə keçirilən görüş barədə xəbərlər yayımlayıb. “Tass.ru”, “Trtrussian.com”, “kommersant.ru”, “kp.ru”, “ng.ru”, “rbc.ru”, “interfax.ru”, “lenta.ru”, “news.ru” xəbər portallarında dərc edilən xəbərlərdə ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən bəhs edilib. Xəbərlərdə, həmçinin tərəflərin ikitərəfli ticarəti və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağa davam etmək barədə razılığa gəldikləri vurğulanır.

Özbəkistanın “zamin.uz” saytının dərc etdiyi xəbərdə də Əbu-Dabidə keçirilən görüşdə Azərbaycan Prezidentinin Ermənistanın Baş naziri ilə iki ölkə arasında münasibətlərin yumşaldılması və sabitləşdirilməsi istiqamətində atılan son addımları müzakirə etdiyi vurğulanıb. Yazıda, həmçinin qeyd edilib: “Danışıqlar şou deyil, uzun bir marafondur. Amma əgər ticarət işləyirsə, tranzit gedirsə, insanlar gəlib-getməyə başlayırsa, deməli, yol doğrudur. İndi isə sadəcə sürəti itirməmək lazımdır”.

Pakistanın “Pakistan in the World” nəşri və Qazaxıstanın “İnform.kz” portallarında da Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim edilməsi barədə xəbərlər dərc olunub.

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:471
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Fevral 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri