Icma.az
close
up
RU
Piter Teyz: Azərbaycan Prezidentinin Vaşinqton səfəri ölkə iqtisadiyyatı üçün çox böyük dəyər kəsb edir

Piter Teyz: Azərbaycan Prezidentinin Vaşinqton səfəri ölkə iqtisadiyyatı üçün çox böyük dəyər kəsb edir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Vaşinqton, 12 avqust , AZƏRTAC

Hər hansı digər ABŞ administrasiyasından fərqli olaraq, Tramp-Vens administrasiyası Azərbaycan Respublikasına qarşı açıq-aydın strateji maraq nümayiş etdirib və Azərbaycan hökuməti, ölkənin özəl sektoru ilə ticarət-kommersiya tərəfdaşlığının gücləndirilməsi üçün addım atıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə amerikalı ekspert Piter Teyz deyib.

O bildirib ki, avqustun 8-də Prezident İlham Əliyevin Ağ Evə tarixi səfəri Azərbaycan xalqı, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün üç əsas aspekti ön plana çıxarır.

“Birincisi, Azərbaycan ABŞ-la strateji tərəfdaşlıq əlaqələri qurdu və bu ölkədən Azərbaycana, onun hərbi sənayesinə texnologiya və texnikanın satışı ilə bağlı əvvəlki bütün məhdudiyyətləri, qadağaları aradan qaldıran ikitərəfli müqavilə imzalandı. İkinci məsələ Ağ Evin Azərbaycan ilə yaratdığı iqtisadi və kommersiya tərəfdaşlığı ilə bağlıdır. Prezident İlham Əliyevin Ağ Evə səfəri Bakı ilə Vaşinqton arasında ikitərəfli tərəfdaşlığı yeniləyib və möhkəmləndirib. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının iqtisadi və fiziki inteqrasiyası məsələsi Amerika diplomatiyasının əsas hissəsidir. Birləşmiş Ştatlar Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsinə quru yolu inteqrasiyasına xüsusi diqqət yetirib”,- deyə ekspert əlavə edib.

Piter Teyz vurğulayıb ki, Prezident İlham Əliyevin Vaşinqtona səfəri 1991-ci ilin avqustunda Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəni xarici siyasətinin həyata keçirilməsində və beynəlxalq siyasi müstəvidə onun milli imicinin möhkəmləndirilməsində ən mühüm məqamlardan biridir. Bu səfər hər bir Azərbaycan vətəndaşı və Azərbaycanın iqtisadiyyatı üçün çox böyük dəyər kəsb edir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see184

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri