Icma.az
close
up
RU
“Azərbaycan qadınlarının fəth edə bilməyəcəyi zirvə yoxdur” ŞƏRH

“Azərbaycan qadınlarının fəth edə bilməyəcəyi zirvə yoxdur” ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Azərbaycan qadını hər zaman müqəddəs ana adını uca tutub, müdrikliyi, işgüzarlığı, və ictimai-siyasi, mədəni həyatda fəallığı ilə seçilib. Tarixin bütün dönəmlərində Azərbaycan qadını Vətənimizin müdafiəsində kişilərlə çiyin-çiyinə iştirak edib, dövlət quruculuğunda çalışıblar. “Kitabi-Dədə Qorqud” dastanında Azərbaycan qadınlarının savaş meydanında göstərdiyi şücaət, Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi dövrünün öncül qadınlarının qəhrəmanlıqları bütün dünyada məşhurdur. Şərqdə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçmək və seçilmək hüququnun verilməsi də böyük tarixi hadisədir. Sovet Azərbaycanı və müstəqillik dönəmlərində qadınlarımız ictimai-siyasi və mədəni həyatda fəal rol oynayıblar”. Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, maariflənməklə yanaşı, milli dəyərlərə də sadiq qalan qadınlarımız ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı və daşıyıcılarıdır. Azərbaycan Konstitusiyası qadın və kişilərə eyni hüquq və azadlıqları verir.1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etdi. Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasıdır. 1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. Həmin ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir.Ulu Öndər Heydər Əliyev bütün fəaliyyəti boyunca ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi. Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında inkişaf edən ölkəmizdə gender siyasətinin əsas prinsiplərinə əməl olunur. Qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar qəbul olundu. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nümunəvi obrazını yarada bilmişdir. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir”.

Millət vəkili bildirdi ki, Azərbaycan qadınları ordu quruculuğunda da yaxından iştirak edirlər: “Azərbaycan Ordusunun bütün qoşun növlərində yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Zərif cinsin nümayəndələri təkcə ailə adlı qalanın qorumurlar, onlar həm də hərbi libas geyinib Vətənin müdafiəsinə qalxırlar. 1941-45-ci illərdə Azərbaycan qadınları kişilərlə bərabər silaha sarılmışdılar. Birinci və İkinci Qarabağ müharibələrində Azərbaycan qadınlarının qəhrəmanlığı ölçüyəgəlməz oldu. Qadınlarımızın sarsılmaz dəstəyi, analarımızın övladlarına verdiyi vətənpərvərlik tərbiyəsi sayəsində Ordumuz 44 günlük Vətən Müharibəsində parlaq qələbə qazandılar. Qəhrəman oğullarını, hətta iki övladını vətənə qurban verən anaların, ər, qardaş tabutu altına girən həyat yoldaşı, bacıların timsalında biz Vətən müharibəsində əsl fədakar Azərbaycan qadınını görə bildik. Qadınlarımızın ölkənin tərəqqisində danılmaz payı var. Bu gün Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısıdır. Onlar elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa nail olublar. Azərbaycan elminin inkişafında qadınların aktivliyi hər keçən il daha da artır. 2023-cü ilin göstəricilərinə əsasən ölkəmizdə elmi işçilərin 59,2 faizi qadınlardır. Ötən il də doktorantura pilləsində qəbul olunanların 50%‑dən çoxunu qadınlar təşkil edib. Eyni zamanda dünyada və ölkəmizdə texnologiya sahəsində qadınların iştirak payı 30%-dir.

Azərbaycanın dövlət və qeyri-dövlət ali məktəblərində 2023-2024-cü tədris ilinin əvvəlinə təhsil alan qadınların sayı 118 min 290 nəfər olub. Bu göstərici 2010-cu ildə 65 min 112, 2015-ci ildə 78 min 662, 2021-ci ildə 97 min 163 olub. 2022-ci ildə isə 111 min 583 qadın ali təhsil ala bilib. Azərbaycan qadını ölkənin bütün sahələrində olduğu kimi Milli Məclisdə də uğurla təmsil olunur. V çağırış Milli Məclisə 21, VI çağırış Milli Məclisə 22, VII çağırış Milli Məclisə 26 qadın deputat seçilmişdir. Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan dövlətini xarici ölkələrdə, beynəlxalq tədbirlərdə layiqincə təmsil edir”.

Millət vəkili sonda onu da bildirdi ki, Azərbaycan qadınları bütün sahələrdə zirvələri fəth etmək gücündədir: “Ölkəmizdə qadınların inkişafı üçün heç bir ciddi maneə, stereotip mövcud deyildir. Qadınlarımız təkcə 8 mart Beynəlxalq Qadınlar Günündə deyil, bütün ilboyu hər cür diqqətə layiqdirlər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Mart 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri