Icma.az
close
up
RU
Azərbaycan qadınlarının dünya elminə töhvəsi

Azərbaycan qadınlarının dünya elminə töhvəsi

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tarixin bütün dövrlərində Azərbaycan qadını mərdliyi, vətənpərvərliyi, millətinə, torpağına olan məhəbbəti ilə nəsillərə örnək olmuşdur.  Ağıllı, cəsur sələflərimiz iradəsi, cəsarəti, adil davranışı, mərdliyi və qeyrəti ilə tarixin ayrı-ayrı dövrlərinə işıq salmış, yüz illərdən bəri formalaşmış milli dəyərlərimizin mədəniyyət və mənəviyyatımızın ən etibarlı ötürücüsü sayılmışlar. Tarixi keçmişin unudulmaz səhifələrində yenilməz iradəyə malik görkəmli qadın şəxsiyyətlərimiz, dərin zəkaları və tükənməz  potensialları ilə özlərindən sonra gələn nəsillərə məktəb olmuşlar.  

Tomris xatun, Sara xatun, Möminə xatun, Tutibikə xatun, Xurşidbanu Natəvan, Ağabəyim ağa kimi xanımlarımız həm milli oyanış, maarifləndirmə, publisistika sahəsində tarixi rol oynamış, həm də ədəbiyyatın, təhsilin, musiqinin şeiriyyatın inkişafına özlərinin incə ruhları ilə təsir göstərmişlər. Ən önəmlisi isə bu incə duyğulu xanımlar  diplomatiyada,  tarixin kəskin dönəmlərində, tarixi hadisələrin gedişatında önəmli təsir edən qərarları, ədalətli yanaşmaları ilə öz sözlərini demişlər. Azərbaycan qadınları dünya tarixində iti zəkaları, qətiyyətləri ilə bərabər  zərif duyğuları və  sınmaz ədalət hissləri ilə də tarixə həmişə müsbət yöndə istiqamət vermişlər. Bu xarakterləri ilə də hər zaman ən ağıllı, diplomatik, mütəfəkkir qadın obrazları ilə yaddaşlarda qalmışlar.

Dünya elminin inkişafında  uzaq keçmişlə, yaxın keçmişi əlaqələndirəndə Azərbaycan xanımının elmdə göstərdiyi yüksək nailiyyətləri  son əsrlərdə öz sözünü demiş alim xanımlarımızda daha bariz şəkildə görə bilirik.

Dünyada olduğu kimi XIX əsrin sonları və XX əsrin əvvəlləri Azərbaycan cəmiyyəti, xüsusən Azərbaycan xanımları üçün yeni bir dönəmin başlanğıcı sayıla bilər. 

Bu xanımlardan əməkdar elm xadimi, professor, ilk oftalmoloq qadın Sona  Vəlixan, ilk qadın redaktor, publisist, naşir Azərbaycanın ilk qadın həkimi və ilk qadın məcmuəsi  “İşıq” qəzetinin banisi Xədicə Əlibəyova, maarifçi, publisist  Şəfiqə Əfəndizadə, motor yanacaqları və neft məhsulları sahəsində texniki elmlər üzrə professor və mühüm ixtiralar müəllifi Fatma Əsgərova, biologiya elmləri doktoru  Validə Tutayuq, akademik, həkim-oftalmoloq, dünya səviyyəsində ilk tədqiqatçı alim Zərifə Əliyeva,  Azərbaycanın ilk qadın riyaziyyatçı professoru  Tamilla Nəsirova və  akademik, şərqşünas alim Aida İmanquliyeva Azərbaycan elmini dünyaya tanıdan ziyalı  xanımlarımızdır. 

Müasir dövrümüzün tanınmış ziyalı xanımlarından  akademiklər- biologiya elmləri doktoru,  AMEA - nın vitse - prezidenti  İradə Hüseynova,  filologiya elmləri doktoru Gövhər Baxşəliyeva və tarix elmləri doktoru Nərgiz Axundova kimi ziyalı xanımların adlarını çəkmək olar.  

Ulu Öndər Heydər Əliyevin demiş olduğu: "Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi və millətinə, torpağına olan hədsiz məhəbbət və gözəlliyi ilə tanınmışdır" —fikirlərinin bu çəkdiyimiz misallar timsalında özünü necə doğrultduğunun bir daha şahidi oluruq. 

Belə bir məqamda  bizim ölkəmizin çətin dövrlərində, müharibə dövrlərində, xüsusən də Vətən müharibəsində xanımlarımızın özlərini necə göstərməkləri Azərbaycan əsgər və zabitlərinə dayaq olduqlarını dilə gətirmək istərdim. Mənə elə gəlir ki, bu gün  biz əsgər və zabitlərimizlə çiyin -çiyinə dayanmış Azərbaycan  xanımlarından danışarkən  istər alim, istər sadə Azərbaycan qadınının tariximizə,  bu günümüzə verdiyi töhvələri xatırlamamaq doğru olmazdı.

daAzərbaycanda elm sahəsində fəaliyyət göstərmiş və Vətən uğrunda canlarını fəda edən şərəfli qadınlarımız var, onlara ən parlaq nümunələr milli qəhrəman, jurnalist Salatın Əsgərova, "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş Birinci Qarabağ müharibəsi şəhidi, kəşfiyyatçı Qaratel Hacımuradova və Milli Qəhrəman, I Qarabağ müharibəsinin şəhidi Gültəkin Əsgərova kimi qəhrəmanlardır. Onlar elm və təhsil sahəsində çalışan xanımların cəsarətini, Vətənə olan bağlılığını simvolizə etmişlər.  Vətənin keşiyində durmağı bacaran, döyüşdən qorxmayan, lazım gələrsə, silaha sarılan Azərbaycan qadınlarının  hər birinin həyat yolu igidlik, qəhrəmanlıq, şücaət məktəbidir. 

Tarixin müəyyən dövrlərində ona yön vermiş Azərbaycanın mütəfəkkir, alim qadınları ilə bərabər humanist duyğulu, savadlı, ədalət duyğularını özündə əks etdirən tarixi şəxsiyyətləri, qərəmanları tərbiyə edib böyüdən, Azərbaycan anası da hər zaman xüsusi önəmə malikdir. 

Bu gün Azərbaycan qadını tarixin ən qüdrətli dövrünü yaşayan, qalib ölkənin qadınları kimi Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayırlar.

Bu yolda mücadilə aparan, qadınlar arasında şəhid anaları, xanmları da xüsusi yer tutur. Şəhid anaları, xanımları, bacı və qızları cəmiyyətimizin mənəvi sütunudur. Onlar bu gün də cəmiyyət həyatında fəal iştirak edir, gənclərə vətənpərvərlik, qürur və məsuliyyət hissini aşılayırlar. Bu yerdə şəhid xanımlarından Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor  Könül Qabil qızı  Hüseynovanın adını çəkmək olar. Könül xanım Vətən müharibəsi şəhidi pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşıdır.  O, klassik musiqi janrlarında əsərlər və vətənsevərlik ruhunda mahnılar bəstələyib. Könül xanım eyni zamanda Azərbaycan musiqi mədəniyyətinə dair elmi əsərlərin müəllifidir.  “Tərəqqi” medalı ilə təltif olunmuş şəhid xanımıdır. Başqa bir şəhid xanımımız Aprel döyüşləri şəhidi, “Murov qartalı” adı ilə tanınan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadənin adını çəkmək olar. Bu gün Sevinc xanım bir hüquqşünas kimi, həm də  “Zəfər” şəhid ailələrinə dəstək İctimai Birliyinin sədri vəzifəsində çalışır. 

Vətən müharibəsi şəhidlərinin xatirəsini yaşadan AMEA-nın  Mərkəzi Elmi Kitabxanasının Qarbağ müharibəsi qəhrəmanları fondu olaraq qəhrəman oğullarımızın analarına, bacılarına, xanımlarına minnətdarlıq hissimizi bəyan edərdik. Onların hər biri fədakrlığına, dözümlərinə, yaşadıqları ağır itkinin qarşısında mərd - mərdanə möhkəm durub, özlərini daima iradəli göstərdiklərinə görə alqışa layiqdirlər. Bir şəhid bacısı kimi anamın timsalında şəhid, qazi, qalib əsgərlərin analarına demək istəyirəm ki, onların dünyəvi baxışları  sayəsində bu cür vətənpərvər oğullar yetişiblər. Onların hər birinin arxasında mərd, dözümlü, qürurlu Azərbaycan anası, Azərbaycan qadını dayanır.

Röksanə Səfərzadə
AMEA MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Fevral 2026 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri