Icma.az
close
up
RU
“Azərbaycan Qazaxıstan əməkdaşlığı strateji əhəmiyyət daşıyır” Politoloq

“Azərbaycan Qazaxıstan əməkdaşlığı strateji əhəmiyyət daşıyır” Politoloq

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Hazırkı dövr Azərbaycan-Qazaxıstan  əməkdaşlığının xüsusi əhəmiyyət daşıdığı bir mərhələdir”. 
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib. 
O bildirib ki, burada həm iqtisadi, həm siyasi bir sıra faktorlar mövcuddur:
“İndiki mərhələdə Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə iqtisadi əməkdaşlığı gücləndirir. Burada Özbəkistanla strateji əməkdaşlıq çərçivəsində yaradılmış Ortaq İnkişaf Fondu, Qazaxıstanla baş tutan yüksək səviyyəli görüşlər, qarşılıqlı investisiyalar və infrastruktur layihələri xüsusi yer tutur. Qazaxıstanla münasibətlərdə son zamanlar daha səmimi, qarşılıqlı hörmətə əsaslanan yanaşma müşahidə olunur. Hər iki ölkə liderliyi arasında artan siyasi yaxınlıq fonunda Qazaxıstanın Azərbaycanı strateji tərəfdaş kimi görməsi diqqət çəkir. Azərbaycanın logistika imkanları limanları, nəqliyyat dəhlizləri və tranzit xətləri Qazaxıstan üçün alternativ ixrac marşrutu kimi böyük əhəmiyyət kəsb edir. Xüsusilə, Qazaxıstanın neft və qaz resurslarının Azərbaycan üzərindən Avropaya çıxarılması ehtimalı bu əməkdaşlığın iqtisadi dəyərini artırır. Eyni zamanda, Qazaxıstanın filiz və digər məhsulları da Azərbaycan vasitəsilə Qərbə daşına bilər”.
Politoloq əlavə edib ki,  Azərbaycan və Qazaxıstanın münasibətləri təkcə iqtisadi sahədə deyil, həm də regional geosiyasi balans baxımından önəmlidir:
“Qazaxıstan uzun illər Rusiya ilə sıx əlaqələrə malik olsa da, son dövrlərdə müstəqil mövqe nümayiş etdirməkdə maraqlıdır. Bu baxımdan Azərbaycan, Qazaxıstan üçün həm alternativ siyasi tərəfdaş, həm də Rusiya təsirindən nisbətən azad olan əməkdaşlıq platforması rolunu oynaya bilər. Qazaxıstan müəyyən dövrlərdə Rusiyanın təzyiqləri ilə üzləşib. Bu səbəbdən, hər iki ölkə arasında qarşılıqlı siyasi dəstəyin güclənməsi hazırkı kontekstdə strateji zərurətə çevrilib”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Sentyabr 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see375

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri