Icma.az
close
up
RU
Azərbaycan qərarlarını özü verir, kənar təsirlərin rolu yoxdur ŞƏRH

Azərbaycan qərarlarını özü verir, kənar təsirlərin rolu yoxdur ŞƏRH

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Doğu Perinçək konfransın ləğvini özünə uğur kimi təqdim etməklə populizm edir”


 “Azərbaycanın İsraillə münasibətləri sayəsində bir çox münaqişələr önlənib”



Bakıda keçirilməsi planlaşdırılan 33-cü Avropa Ravvinlər Konfransı (Conference of European Rabbis – CER) ləğv edilib. Bu qərar ictimaiyyətdə müxtəlif suallar doğurub, çünki tədbirin təşəbbüskarı və təşkilatçısı Azərbaycan deyildi, eyni zamanda ləğv qərarını da Azərbaycan verməyib. İsrail tərəfi  tədbiri ləğv edib.

Azərbaycan uzun illərdir dini tolerantlıq və multikulturalizm modeli ilə tanınır. Məscid, kilsə və sinaqoqu yanaşı fəaliyyət göstərən, sivilizasiyalararası dialoqu təşviq edən bir ölkə üçün belə dini toplantıların təşkili adi haldır. Buna baxmayaraq, bu dəfə tədbirin ətrafında siyasi çalarlar yaranıb.


Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçək iddia edib ki, konfrans onun Prezident İlham Əliyevə ünvanladığı məktubdan sonra ləğv olunub və bunu “Türk və İslam dünyasının qələbəsi” kimi təqdim edib: “Bu, Türk və İslam dünyasının qələbəsidir. Bizim Azərbaycan Prezidentinə ünvanladığımız məktub və xəbərdarlıq nəticəsində bu yanlış addım atılmadı. Bakıda belə bir konfransın keçirilməməsi böyük bir diplomatik uğurdur”.

Lakin bu iddianı nə rəsmi Bakı, nə də beynəlxalq tərəflər təsdiqləyib. Azərbaycan ictimaiyyətində isə hesab olunur ki, Perinçəkin açıqlaması Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq məqsədi daşıyan Rusiya yönümlü ritorikanın tərkib hissəsidir.


Milli Cəbhə Partiyası sədrinin müavini, ilahiyyatçı Tural İrfan Sherg.az-a açıqlamasında bildirib ki, Avropa Ravvinlər Konfransının 3-6 noyabr tarixlərində keçirilməsinin planlaşdırıldığı qeyd olunurdu və konfransda dini azadlıqlar, Avropada antisemitizm və "İbrahim Sazişləri" kimi məsələlərin müzakirə edilməsinin gözlənildiyi haqda məlumatlar vardı: 


"Bakıda keçirilməli olan qurultaya İsrail, ABŞ və Avropa ölkələrindən olmaqla 600-ə yaxın ravvin, dini liderlər, siyasi və ictimai xadimlərin qatılmasının planlaşdırıldığı da məlumatlar arasında idi. Lakin bu tədbir ləğv edildi. Səbəb kimi isə İsrailin də yerli mətbuatına əsasən təhlükəsizlik məsələsi olub. Azərbaycan tolerant ölkədir və xüsusən də yəhudi və xristianlara münasibətdə digər müsəlman ölkələrindən fərqlənir. Ola bilsin buna görə sözü gedən yığıncağın Bakıda keçirilməsi nəzərdə tutulmuşdu. Lakin indiki zamanda, xüsusən İsrail - Həmas probleminin hələ həllini tapmadığı ərəfədə belə bir konfransa müsəlman ölkəsinin ev sahibliyi etməsi də etirazlar və narazılıqlar yarada bilərdi. Habelə Türkiyə və İranın, ərəb ölkələrinin münasibəti mənfi olardı. Bu cür narazılıqlar zəminində şübhəsiz ki, təhlükə ehtimalı da artır. Adətən belə konfranslar həmrəylik, tolerantlıq, mədəni dəyərlər kontekstində keçirilir və ictimaiyyətə mənəvi töhfə bəxş edir. Lakin sözü gedən proseslərə rəğmən mövcud narahatlıqlar nəticənin arzuolunan olmayacağı ehtimalını qüvvətləndirmiş ola bilər. Fəqət Türkiyədəki Vətən partiyasının sədri Doğu Perinçəkin Azərbaycan hökumətinə xəbərdarlığından sonra konfransın ləğv edilməsi fikri ilə razı deyiləm. Adı çəkilən partiya və onun sədri Türkiyədə aparıcı nüfuza sahib deyil. Hansısa bir məktub ünvanlamış ola bilər, Azərbaycan dövlətinin mövqeyi də təvafüqən onun arzuladığına müvafiq ola bilər, lakin onun etirazı ilə bu məsələnin meydan gəlməsi inandırıcı deyil".


T.İrfan qeyd edib ki, Azərbaycan dövləti öz qərarlarını özü qəbul edir və kənar təsirlərin bu qərarlarda rolu ola bilməz: 

"Vətən partiyası sədrinin özünün və partiyasının tərəf müqabili kimi Azərbaycan Respublikasını seçməsi, bir qədər də diplomatik etikadan kənar çıxış edərək guya tədbiri ləğv etdirdiyini, hətta bunu "Türk və İslam dünyasının qələbəsi" elan etməsini populizm hesab edirəm. Ola bilsin partiyasını diqqətə gətirmək, özünü reklam etmək üçün belə bir fürsətdən istifadə etməyi nəzərdə tutub.

Məlum konfransın ləğvi, onun bir daha Bakıda keçirilməyi anlamına gəlməz. Mümkündür ki, təhlükəsizlik və digər siyasi məsələlər həll edildikdən sonra keçirilsin. Digər tərəfdən isə belə bir tədbirin Bakıda keçirilməsinin İslam və Türk dünyasının əleyhinə olması fikri qeyri-müəyyəndir. Bu, konfransdır, bəlkə orada elə mütərəqqi, elə humanitar, ümumbəşəri insani dəyərlərə xidmət edən bəyanatlar verilib, qərarlar qəbul edilə bilər ki, elə öncə İslam və Türk dünyasının xeyrinə olar. Yəni, danışıqlar, konfranslar, müzakirələr, fikir mübadiləsi qorxulu deyil. Qorxulu olan uzaqlaşmaq və uzaqlaşdırmaqdır. Bəziləri Azərbaycanın İsraillə müəyyən münasibətlərini qınayır və hətta şantaj edirlər. Bu, tamamilə yanlış və qərəzlidir. Əksinə Azərbaycanın İsraillə yaxın əlaqələri sayəsində bir çox müharibənin, münaqişənin qarşısı alınıb. Çünki Azərbaycan vasitəçi olub. Düşmənçilik, aqressiya, təcrid, baykot çox zaman həll yolu deyil. Əgər Azərbaycan yəhudi konfransına ev sahibliyi etməyə razılıq verirsə, bu o demək deyil ki, biz İslam dünyası əleyhinə təşəbbüsə qoşuluruq. Azərbaycan İslam aləminin bir parçasıdır və dini, mənəvi, mədəni dəyərləri, tolerantlıq ənənəsi ilə də dünyaya nümunədir. Lakin bu konfransın keçirilməsi və ya ləğvini bu qədər şişirtmək, onu qələbə yaxud məğlubiyyət elan etmək gülüncdür".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Oktyabr 2025 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see464

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see214

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see206

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see202

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see199

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see155

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see144

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see139

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see139

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see138

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri