Icma.az
close
up
RU
Azərbaycan “Qızıl qapı”nı azad etdi Türk politoloqdan sensasiya

Azərbaycan “Qızıl qapı”nı azad etdi Türk politoloqdan sensasiya

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

“ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladığı tarixi saziş Qafqaz, Mərkəzi Asiya və Çin kimi böyük iqtisadi güclərin gələcəyini dəyişdirəcək”.

Bunu Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin sabiq rəhbəri Səlçuk Karakılıç Globalinfo.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan arasında münaqişəyə son qoymaq məqsədi daşıyan bu saziş əslində irihəcmli, qlobal ticarət və siyasi şəbəkənin formalaşmasında böyük rol oynayacaq:

Azərbaycan Prezidenti birinci dərəcəli diplomatdır! O, diplomatiyanı şəxsən dizayn edir, vaxtını özü müəyyənləşdirir və real siyasəti həyata keçirir. Azərbaycan Xarici İşlər Nazirliyi, şübhəsiz, dünyanın bir sıra aparıcı diplomatlarının təmsil olunduğu bir qurumdur. Dünya siyasətini yaxşı təhlil edən bu şəxslər Azərbaycanın regional siyasətinin formalaşmasında mühüm rol oynayırlar”.

Selçuk Karakılıç

S.Karakılıç “Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə nəyi hədəfləyir” sualına cavab olaraq qeyd edib ki, dəhlizin açılması sadə bir siyasət deyil, strateji siyasi gediş və ideyadır:

Azərbaycan 100 illik tarixi haqlarını əvvəlcə müharibə yolu ilə, indi isə dahiyanə diplomatiya yolu ilə bərpa etməyə və fərqi aradan qaldırmağa çalışır. Zəngəzur dəhlizi ilk növbədə Azərbaycanın quru ərazisini və Naxçıvanı siyasi cəhətdən birləşdirəcək. Bu, Azərbaycanın siyasi mərkəzi olan Bakının regional gücə çevrilməsinə imkan verəcək.

Həmçinin oxuyun:

Zəngəzur kritik nöqtəyə çevrilir – Böyük güclərin rəqabəti qızışır

Zəngəzur dəhlizinin açılması üçün fövqəladə diplomatiya yürüdən Azərbaycan hər şeydən əvvəl Çindən Avropaya qeyri-adi ticarət yoluna liderlik etməkdədir. Bu sadəcə ticarət yolu olmamaqla Azərbaycanın regionda və Avropada imicini gücləndirəcək, iştirakçı dövlətlərlə daha asan danışıqlar aparmağa imkan verəcək.

Azərbaycan öz qazını və neftini ticarət diplomatiyası vasitəsilə ixrac edir. Danılmaz faktdır ki, bu diplomatiya Rusiya-Ukrayna müharibəsindən sonra avropalıları Azərbaycana yaxınlaşdırıb. Azərbaycan avropalılar üçün etibarlı tərəfdaşdır və bu çox mühüm nailiyyətdir”.

S.Karakılıçın sözlərinə görə, indi Zəngəzur dəhlizi ilə Azərbaycan bu etibarlı ticarət tərəfdaşlığını siyasi-strateji tərəfdaşlığa çevirir:

“Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışında deyib ki, “Bizim ailəmiz türk dünyasıdır, başqa ailəmiz yoxdur”. Prezident İlham Əliyev dövlət siyasəti kimi formalaşdırdığı bu ideyanı həyata keçirməyə çalışır. Türkiyə ilə Azərbaycan arasındakı strateji əlaqələri bütün türk dünyasına götürməyə çalışan bir güc və siyasət var. Bu siyasətin memarı Prezident İlham Əliyevdir. Zəngəzur dəhlizi Türkiyəni, Azərbaycanı və türk dünyasını birləşdirən quru ərazisi kimi qəbul edilməməlidir. Dəhlizin ən mühüm üstünlüyü onun maddi cəhətdən çox, mənəvi cəhətdən türk xalqlarına aşılayacağı inam və dinamizmdir. “Biz birlikdə güclüyük və bizi birləşdirən bir yol və ya dəhliz deyil, ruhdur”, mesajını verir”.

S.Karakılıç deyib ki, məhz burada Türkiyə Qars-İğdır-Aralık-Dilucu sürətli dəmiryolu xəttinin təməl daşını qoydu:

“İstanbuldan Bakıya fasiləsiz nəqliyyat imkanı yaradacaq bu xətt sərhədləri aşaraq Türkiyə ilə Azərbaycanı, eləcə də Türk dünyasını birləşdirəcək. Türk dünyası üçün daha qısa, problemsiz və strateji nəqliyyat marşrutu təmin edəcək bu xətt Adriatik dənizindən Çin səddinə qədər bütün Türk dünyasını əhatə etməklə yanaşı, Pekindən Londona qədər ticarət və siyasi əlaqələri gücləndirəcək. Bu marşrutun Türkiyə və Azərbaycan xalqlarına yüklədiyi dərin məna və psixoloji üstünlük heç bir maddi güclə müqayisə oluna bilməz. Zəngəzur dəhlizi Türk dünyasının qızıl qapısıdır. İki strateji tərəfdaş olan Türkiyə və Azərbaycan Zəngəzur dəhlizi ilə təkcə regionu deyil, həm də gələcəyi formalaşdırır”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Avqust 2025 06:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see191

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see155

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see150

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see150

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri