Icma.az
close
up
RU
Azərbaycan qlobal düzəndə öz yerini və rolunu dəqiqləşdirir Şərh

Azərbaycan qlobal düzəndə öz yerini və rolunu dəqiqləşdirir Şərh

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Prezident İlham Əliyevin yürütdüyü xarici siyasi kurs Azərbaycanı sürətlə qlobal oyunçular sırasına daxil etməkdədir. Bunun üçün son iki həftə ərzində Prezident İlham Əliyevin üç zirvə görüşündə – Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi”nin, Azərbaycanın ev sahibliyi ilə Qəbələdə baş tutan Türk Dövlətləri Təşkilatının (TDT) və Düşənbədə keçirilən MDB dövlət başçılarının Zirvə toplantısına diqqət yetirmək kifayətdir.

Əslində, son illər dünya dövlətlərinin cəbhələşməsi fonunda ciddi dəyişikliklər baş verdiyindən və faktiki sərhədlər silindiyindən bir ölkənin bir neçə təşkilatda təmsilçiliyi adi haldır. Burada əsas məqsəd çox sayda təşkilatın üzvü olmaq deyil, həmin təşkilatlara öz resurslarını təqdim etmək və nüfuzlu söz sahibinə çevrilməkdir. Azərbaycan dövləti aparıcı beynəlxalq strukturlarla əməkdaşlığı məhz bu meyarlar üzərindən qurur və konkret uğurlara imza atır”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.

Onun sözlərinə görə, “Avropa Siyasi Birliyi”nin məqsədi ümumi maraq doğuran mövzularla bağlı dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa məkanının təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir:

“Prezident İlham Əliyevin bu xarakterli müzakirələrə dəvət edilməsi birmənalı şəkildə Azərbaycanın sözünə və təşəbbüslərinə Qərb tribunalarında verilən dəyərdən irəli gəlir. İkinci tərəfdən, “Avropa Siyasi Birliyi”nin Azərbaycan liderinin də qatıldığı zirvə görüşlərində ölkəmizin regional sülh və enerji təhlükəsizliyi ilə bağlı təşəbbüslərinə ciddi siyasi dəstək, süni şəkildə yaradılan ideoloji-təbliğati fonun dağıdılması tendensiyaları özünü açıq göstərir.

Sonuncu Kopenhagen sammitindən də ortaya çıxan nəticə budur ki, Qərb Azərbaycanın regional güc və Cənubi Qafqazda davamlı sülhün qarantı statusunu qəbul edir. Prezident İlham Əliyevin mütəmadi şəkildə “Avropa Siyasi Birliyi” formatında görüşlərə dəvət alması Azərbaycan həqiqətlərinin qlobal arenaya çatdırılmasında, eləcə də Ermənistan və onu dəstəkləyən dövlətlərin ideoloji-siyasi və hərbi şantajlarının iflasa uğramasında mühüm rol oynayır”.

Deputat Azərbaycanın Türk Dövlətləri Təşkilatı (TDT) ilə əməkdaşlıq münasibətlərinə və qurumun vahid güc rolunda çıxış etməsi istiqamətindəki fəaliyyətinə də toxunub:

“2024-cü ilin fevral ayında Prezident İlham Əliyev andiçmə mərasimində səsləndirdiyi ‘Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz türk dünyasıdır’ tezisi hazırda türk ölkələrinin birlik və əməkdaşlıq istiqamətində atdıqları prinsipial addımlarla real məzmun almağa başlayır.

Sevindirici hal isə odur ki, türk dövlətlərinin institusional qurumlar yaratmasının flaqmanı rolunda məhz Azərbaycan çıxış edir. Prezidentin Türk Dövlətləri Təşkilatının sonuncu Qəbələ zirvəsindən verdiyi mesajlar artıq dünyada türkün gücünü ifadə edəcək güclü təşkilatın formalaşma ərəfəsində olduğunu göstərir.

Qlobal düzənin ciddi şəkildə pozulması, mövcud sülh və təhlükəsizlik institutlarının yaşadığı böhran, ikili standartlar ənənəvi təşkilatların himayəsi altında beynəlxalq problemləri, müharibə və münaqişələri qəti şəkildə həll etməyin mümkün olmadığını göstərir. Üstəlik, qlobal nizamsızlıq vaxtaşırı türk dövlətlərinin də maraqlarına təhdidlər yaradır, dost və tərəfdaş ölkələrin daxili siyasətində xoşagəlməz izlər buraxır. Azərbaycanın üzləşdiyi 30 illik işğal bu tezisə ən real sübutdur.

Məhz bu kontekstdən Qəbələ sammiti zamanı Prezident İlham Əliyevin gələn il ölkəmizdə TDT üzvlərinin birgə hərbi təlimlərinin təşkili təşəbbüsü aktuallığı ilə seçilir və zamanla ayaqlaşır. Bir sözlə, yeni geosiyasi reallıqlar TDT-nin strukturlaşmasını və hərbi komponentlərlə zənginləşməsini qaçılmaz zərurətə çevirir”.

Azərbaycan Prezidentinin MDB dövlət başçıları Şurasının Düşənbə sammitində iştirakını şərh edən deputat bildirib ki, bunu ölkəmizin nüfuzu və diplomatik gücünün təsdiqi kimi dəyərləndirmək lazımdır:

“İlk növbədə, rəsmi Bakı postsovet məkanı üzrə əməkdaşlığın və iqtisadi-ticari əlaqələrin dərinləşdirilməsinə dəstək verir. Əməkdaşlığı qarşılıqlı maraq və səmimi münasibətlər əsasında həyata keçirmək üçün üzv ölkələr arasında etibarlı münasibətlər, inam və bərabərhüquqlu yanaşma vacibdir.

Düşənbədə Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevlə görüşdə verdiyi mesajlar, AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı baxışı, kompensasiya və məsul şəxslərin hüquqi cavabdehliyi barədə açıqlamaları Bakı–Moskva münasibətlərində, sözün əsl mənasında, ‘perezaqruzka’nın baş verdiyini göstərir.

Beləliklə, Azərbaycanın prinsipial mövqeyi, qlobal səviyyədə nüfuzu və siyasi gücü dünya liderlərindən sayılan Rusiyanın konstruktiv addımlar atmasının və Bakıya ‘barış əli’ uzatmasının əsas səbəbidir”.

O əlavə edib ki, Prezident İlham Əliyevin oktyabr ayında iştirak etdiyi tədbirlər Azərbaycanın beynəlxalq nüfuzu və diplomatik fəaliyyətinin sübutudur:

“Qlobal sülh və təhlükəsizlik məsələlərinə dair baxışlar, əməkdaşlıq təşəbbüsləri göstərir ki, rəsmi Bakı indiki mərhələdə ilk olaraq barışı və sülhü təşviq edir, həmçinin iqtisadi müstəvidə mövcud potensialdan tam istifadə etməyi zəruri sayır.

Beləliklə, avqustun 8-dən – Vaşinqton səfərindən başlayaraq son üç sammit də daxil olmaqla Prezidentin ortaya qoyduğu təşəbbüs və təkliflər ciddi rəğbət qazanıb. Rəsmi Bakının geniş coğrafiyanı əhatə edən əməkdaşlıq formuluna qlobal dəstək xeyli artıb.

Bütün bunları nəzərə alaraq demək olar ki, Azərbaycan qlobal düzəndəki yerini və rolunu tam dəqiqləşdirir, beynəlxalq siyasətində milli maraqlara söykənən ‘yol xəritəsi’nə istinad edir. Bu faktor isə yeni uğurlar üçün başlanğıcdır.”

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Oktyabr 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri