Icma.az
close
up
RU
Azərbaycan Qlobal Sosial Sammitdə İnsan İnkişafı və İqlimə davamlılıq üzrə Dialoqa rəhbərlik edir

Azərbaycan Qlobal Sosial Sammitdə İnsan İnkişafı və İqlimə davamlılıq üzrə Dialoqa rəhbərlik edir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 12 noyabr, AZƏRTAC

Qətərin paytaxtı Dohada keçirilən Sosial İnkişaf üzrə İkinci Dünya Sammiti çərçivəsində COP29 Sədrliyi qismində çıxış edən Azərbaycan BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) ilə birlikdə “İqlimədavamlı inklüziv sosial inkişaf üçün insan inkişafının prinsipləri” mövzusunda həll variantlarına həsr olunmuş sessiya təşkil edib.

AZƏRTAC COP29-un saytına istinadla xəbər verir ki, sözügedən sessiyaya UNESCAP-ın Sosial İnkişaf şöbəsinin direktoru Dr. Şrinivas Tata moderatorluq edib. Tədbirdə nazirlər, yüksək vəzifəli rəsmilər və beynəlxalq tərəfdaşların iştirakı ilə təhsil, səhiyyə, ləyaqətli əmək və sosial müdafiə sahələrinin inklüziv inkişafı təşviq etmək üçün ölkələr tərəfindən iqlimədavamlılıq strategiyalarına necə inteqrasiya olunacağı xüsusunda fikir mübadiləsi aparılıb.

Sessiyanın açılışında Azərbaycan Respublikasının baş nazir müavini Samir Şərifov 2024-cü ildə COP29 zamanı təqdim olunan İqlimədavamlılıq üçün Bakı İnsan İnkişafı Prinsiplərini vurğulayaraq bu prinsiplərin milli iqlim və sosial inklüzivlik siyasətlərinə insan inkişafı yanaşmasının inteqrasiyası üçün praktiki çərçivə yaratdığını qeyd edib. O, həmçinin bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) tarixində ilk dəfə olaraq, 18 noyabr 2024-cü il tarixində Bakıda İnsan İnkişafı Günü keçirilib və həmin gün Birləşmiş Krallıq (COP26), Misir (COP27), Birləşmiş Ərəb Əmirlikləri (COP28), Azərbaycan (COP29), Braziliya (COP30) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən İqlim və Səhiyyə üzrə Bakı Davamlılıq Koalisiyası təsis edilib.

Bundan irəli gələrək, BMT baş katibinin müavini və UNESCAP-ın icraçı katibi Armida Salsiah Alisjahbana qeyd edib ki, iqlim strategiyalarına insan inkişafı prizmasından yanaşmaq hamı, xüsusən də qadınlar, gənclər, miqrantlar və qeyri-rəsmi sektorlarda çalışan insanlar üçün bərabərliyi, sosial müdafiəni və davamlılığı təmin edir.

Azərbaycan, Braziliya, Filippin və Qırğızıstan nazirləri, eləcə də İndoneziya, Tailand və Monqolustandan yüksək səviyyəli nümayəndələr sosial müdafiə, dayanıqlı urbanizasiya, gender yönümlü siyasət, eləcə də təhsil və səhiyyə investisiyalarının iqlimədavamlılıq planlarına inteqrasiyası üzrə milli təcrübələrini bölüşüblər. Bu təcrübələr inklüziv siyasətlərin icmaların gücləndirilməsi, dolanışığın qorunması və “yaşıl” iqtisadiyyata keçid prosesində heç kimin kənarda qalmaması baxımından necə mühüm rol oynadığını nümayiş etdirib.

Qlobal və regional tərəfdaşlar, o cümlədən Beynəlxalq Əmək Təşkilatı (BƏT), UN-Habitat, BMT-nin Təbii Fəlakət Risklərinin Azaldılması İdarəsi (UNDRR), BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE), ÜST, Asiya İnkişaf Bankı (AİB), Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) və Birləşmiş Şəhərlər və Yerli İdarələr Təşkilatı (UCLG) Bakı Prinsiplərinin təşviqinə sadiq olduqlarını təsdiqləyərək, bu prinsiplərin insan yönümlü fəaliyyətə çevrilməsi üçün ölkələri bundan sonra da dəstəkləyəcəklərini bildirib.

Sessiya inklüziv, iqlimədavamlı sosial inkişaf və dayanıqlı urbanizasiya istiqamətində sektorlararası siyasət uyğunluğunun, regional əməkdaşlığın və resurs səfərbərliyinin vacibliyini bir daha ön plana çıxardı. Sessiyanın sonunda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi və COP29 Fəaliyyət Gündəliyi Komandasının həmsədri Elmar Məmmədov bunları qeyd edib: “Həll variantlarına həsr olunmuş sessiya bir daha nümayiş etdirdi ki, Bakı İqlimədavamlı İnsan İnkişafı Təşəbbüsünün, o cümlədən Bakı Prinsiplərinin hazırlanmasında iki əsas amil olan inklüzivlik və kreativ yanaşma güclü potensiala malikdir və bu qlobal təşəbbüsün həyata keçirilməsinə müxtəlif səviyyələrdə - qlobal səviyyədə Sosial İnkişaf üzrə İkinci Dünya Sammiti, regional səviyyədə 2026-cı ilin aprelində Bakıda keçiriləcək BMT-nin Asiya və Sakit Okean üzrə 82-ci sessiyası (bu Sammitdən sonrakı ilk regional sessiya), yerli səviyyədə isə 2026-cı ilin mayında Bakıda keçiriləcək və mənzil təminatı, eləcə də insan inkişafı məsələlərinin müzakirə olunacağı 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təkan verəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 01:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri