Icma.az
close
up
RU
Qlobal istiləşmə və insan inkişafı sərmayəsi

Qlobal istiləşmə və insan inkişafı sərmayəsi

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünən Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, COP29 Sədrliyi, UNESCO, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, UNICEF, Asiya İnkişaf Bankı və Yaşıl İqlim Fondunun dəstəyi ilə iqlim dayanıqlılığı üçün insan inkişafı üzrə Bakı Təşəbbüsünə dair yüksək səviyyəli iclas keçirilib.

Tədbirdə insan inkişafına investisiya qoyulmasının iqlim dayanıqlılığının təmin edilməsində mühüm əhəmiyyəti vurğulanıb. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva çıxış edərək bildirib ki, ilk dəfə olaraq COP Sədrliyi çərçivəsində ev sahibi ölkənin təşəbbüsü ilə İnsan İnkişafı Günü müəyyən edilib.

COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev qeyd edib ki, qlobal iqlim probleminin ən kritik və bir-biri ilə əlaqəli olan aspektlərindən sayılan insan inkişafı təhsil, səhiyyə, sosial müdafiə, bacarıqlar və məşğulluq kimi sahələri əhatə edir. İqlim dəyişikliyinin həyatımızın hər tərəfinə – sağlamlığa, təhsilə, əmək bazarına və ən əsası gələcək nəsillər üçün mövcud olan imkanlara təsir göstərdiyini vurğulayan baş danışıqçının sözlərinə görə, qlobal istiləşmə ilə bağlı çağırışlara cavab vermək üçün insan inkişafına sərmayə qoyulmalıdır. O deyib ki, bu investisiya həyatın ən erkən mərhələlərində başlamalıdır ki, uşaqların və gənclərin təhsil, səhiyyə və bacarıqların inkişafı yolu ilə güclənməsi təmin edilsin.

Natiq iqlim dayanıqlılığı üçün insan inkişafı üzrə Bakı Təşəbbüsündən danışaraq bildirib ki, bu təşəbbüs insana yönümlü iqlim fəaliyyətinə sadiqliyimizin təbii davamıdır. Onun sözlərinə görə, təşəbbüs sektorlar üzrə qlobal əməkdaşlığı gücləndirəcək, investisiyaları səfərbər edəcək və insan inkişafının iqlim strategiyamızın əsas sütunu olmasını təmin edəcək çoxşaxəli və vahid yanaşma tələb edir. Baş danışıqçı daha sonra iqlim dayanıqlılığı üçün insan inkişafı üzrə Bakı Rəhbər Prinsiplərini elan edib. Onun sözlərinə görə, bu prinsiplər iqlim strategiyalarında insan inkişafı üzrə fəaliyyətin istiqamətləndirilməsi üçün əsas rol oynayacaq, iqlimlə bağlı fəaliyyətin əsas hərəkətvericiləri kimi bu sahələrdə inteqrasiya olunmuş yanaşmanı təşviq edəcək.

İclasda iqlim dayanıqlılığının təmin edilməsində təhsilin rolu çərçivəsində aparılan müzakirələrdə gələcək nəsillərin iqlim problemləri ilə mübarizə üçün zəruri bilik və bacarıqlarla təmin edilməsi məqsədilə “İqlim dostu” tədris proqramlarının hazırlanmasının vacibliyi qeyd edilib.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında diqqəti dayanıqlı cəmiyyətin fərdlərin ətraf mühit çağırışları qarşısında uyğunlaşması üçün lazımi bilik, bacarıq və dəstək sistemləri ilə təmin edilməsinin vacibliyinə yönəldib. Bakı Təşəbbüsünün gəncləri iqlim dəyişiklikləri ilə mübarizədə davamlı tədbirlərin fəal iştirakçıları kimi gücləndirməsini hədəfləyən nazir Azərbaycan Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı vasitəsilə ətraf mühit savadlılığı ilə bağlı biliklərin ölçülməsini təklif edib.

Birgə iclasda məktəblərdə iqlim şüurunun artırılması, müəllimlərin bu sahədə hazırlanması, iqlim dayanıqlı təhsil sistemlərinin qurulması kimi məsələlər müzakirə edilib. Bununla yanaşı, tələbələrin yaşıl iqtisadiyyat üçün zəruri bacarıqlara yiyələnməsi məqsədilə strateji yanaşmalar təqdim olunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxışında rəhbərlik etdiyi nazirliyin əsas prioritetlərindən birinin işçi qüvvəsinin bacarıqlarının əmək bazarının dəyişən tələblərinə uyğun davamlı inkişafına nail olmaqdan ibarət olduğunu vurğulayıb. Nazir moderatorun davamlılıq və işçi qüvvəsi siyasətinin rəhbəri Efrem Bayserin işçi qüvvəsinin əmək bazarının ehtiyaclarına uyğun bacarıqlara yiyələnməsi, habelə yaşıl bacarıqların inkişaf etdirilməsi sahəsində görülən işlərə dair suallarını cavablandırıb. O qeyd edib ki, 2021-2024-cü illər ərzində nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sifarişi ilə, ümumilikdə, 1600 peşə təlimi kursu təşkil edilib. Nazir növbəti illərdə bu sahədə peşə təhsili mərkəzləri, dövlət və özəl tədris müəssisələri ilə əməkdaşlıq şəbəkəsinin daha da genişləndiriləcəyini diqqətə çatdırıb.

Panel müzakirələrində, həmçinin İtaliya, Niderland, Böyük Britaniya, Braziliya və digər ölkələrdən qurum rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri fikirlərini bölüşüblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Noyabr 2024 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri