Icma.az
close
up
RU
Nyu Yorkdan qlobal mesaj: Azərbaycan sülhün və enerji təhlükəsizliyinin yeni ünvanıdır

Nyu Yorkdan qlobal mesaj: Azərbaycan sülhün və enerji təhlükəsizliyinin yeni ünvanıdır

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident İlham Əliyevin son Amerika Birləşmiş Ştatlarına səfəri Azərbaycanın beynəlxalq siyasətdə artan nüfuzunun və qlobal gündəmdə strateji aktora çevrilməsinin növbəti göstəricisi oldu. Səfər çərçivəsində keçirilmiş çoxsaylı yüksək səviyyəli görüşlər, xüsusilə də qarşı tərəfin təşəbbüsü ilə baş tutması, Azərbaycanla əməkdaşlıq istəyinin artdığını və ölkəmizə olan marağın gücləndiyini açıq şəkildə nümayiş etdirdi. Bu görüşlər təkcə diplomatik formalılıqdan ibarət deyildi. Əksinə, hər biri Azərbaycanın regional sabitlikdə rolu, sülh təşəbbüsləri, enerji təhlükəsizliyi və qlobal tərəfdaşlıq potensialı kontekstində əhəmiyyət kəsb edirdi.

Bu ilin avqustunda Vaşinqtonda imzalanmış Azərbaycan-Ermənistan çərçivə sülh sazişi bu səfər zamanı bir çox ölkələr tərəfindən dəstəkləndi və tarixi nailiyyət kimi qiymətləndirildi. Ölkələrinin bu təşəbbüsə müsbət reaksiyası Azərbaycanın yalnız regional deyil, qlobal sülh təşəbbüskarına çevrildiyini sübut edir.ABŞ prezidenti Donald Trampın Prezident İlham Əliyev haqqında səsləndirdiyi müsbət və səmimi fikirlər, iki lider arasında formalaşmış qarşılıqlı etimadın diplomatik əlaqələrə müsbət təsir göstərdiyini göstərdi. Bu münasibət, həm də ABŞ-dakı siyasi dairələrin Azərbaycanla əməkdaşlığa qeyri-partiya yanaşması ilə yanaşmasının göstəricisidir.

Nyu-Yorkda ABŞ və Avropa ölkələrinin böyük investisiya şirkətləri ilə keçirilən görüşlər də Azərbaycanın enerji ixracatı baxımından strateji tərəfdaş statusunu möhkəmləndirir. Qaz ixracının Avropa Birliyi üçün alternativ mənbə kimi dəyərləndirilməsi, Azərbaycanın qlobal enerji bazarındakı çəkisinin artmasına şərait yaradır.

Azərbaycanın BMT ilə əməkdaşlığı tarixi köklərə və strateji yanaşmalara söykənir. 1992-ci ildən üzv olan Azərbaycan bu gün artıq BMT çərçivəsində aktiv təşəbbüskar, humanitar donor və qlobal tədbirlərə ev sahibliyi edən bir ölkə kimi tanınır.

Prezident İlham Əliyevin 2004, 2010 və 2017-ci illərdə BMT Baş Assambleyasında çıxışları, həmçinin Təhlükəsizlik Şurasında 2012-ci ildə sədrlik etməsi, Azərbaycanın qlobal təhlükəsizlik arxitekturasında aktiv rolunu göstərir.Azərbaycan həmçinin 140 ölkəyə dəstək, COP29, 2016 Qlobal Forum və pandemiya dövründə peyvənd bərabərliyi təşəbbüsləri kimi sahələrdə beynəlxalq birliyin etimadını qazanmışdır.

BMT Baş katibinin 9 avqust 2025-ci il tarixli bəyanatı da bu etimadın bariz göstəricisidir. Bu bəyanatda, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri arasında ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış saziş, regionda sabitlik baxımından mühüm mərhələ kimi qiymətləndirilib. Azərbaycanın təqdim etdiyi itkin düşmüş şəxslərlə bağlı qətnamə təşəbbüsü, ölkənin təkcə öz vətəndaşlarının deyil, beynəlxalq hüququn və humanizmin müdafiəçisi kimi çıxış etdiyini sübut edir. BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı siyasəti ilə bağlı qəbul etdiyi qətnamələrin icrasını Azərbaycanın öz gücü ilə təmin etməsi isə, beynəlxalq sistemdə ikili standartlara qarşı praktiki və hüquqi əsaslı cavab modelidir.BMT ilə uğurlu əməkdaşlığın davamı olaraq, 2026-cı ildə Bakının Dünya Şəhər Forumunun 13-cü sessiyasına ev sahibliyi edəcəyi bildirilib. Bu hadisə, Azərbaycanın dayanıqlı şəhərsalma, ətraf mühitin mühafizəsi və urbanizasiya siyasətinin beynəlxalq səviyyədə tanındığını göstərir.

Prezident İlham Əliyevin ABŞ səfəri sadəcə bir diplomatik hadisə deyil, Azərbaycanın böyük güclərlə əməkdaşlıq modelini uğurla quran, bölgədə sülhə real töhfə verən, qlobal enerji təhlükəsizliyində əsas oyunçuya çevrilən və beynəlxalq platformalarda təşəbbüskar dövlət statusunu bir daha təsdiqlədi.Azərbaycan artıq beynəlxalq sistemin periferiyasında deyil, mərkəzinə doğru irəliləyən və bu sistemin fəal dizaynerlərindən biri olan ölkədir.

Fərid Zöhrabov
Trend

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 25 Sentyabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri