Icma.az
close
up
RU
“AZƏRBAYCAN, QONŞULARI AZƏRBAYCANLILAR OLAN DÖVLƏTƏ ÇEVRİLİB” “Qarabağ hadisələri İrəvandan başlandığı üçün orada da bitəcəkdir!”

“AZƏRBAYCAN, QONŞULARI AZƏRBAYCANLILAR OLAN DÖVLƏTƏ ÇEVRİLİB” “Qarabağ hadisələri İrəvandan başlandığı üçün orada da bitəcəkdir!”

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Bakıda “Deportasiyaya uğrayan irsin izi ilə” adlı konfrans və “Qayıdış” Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlı kitabın (III cild) təqdimatı keçirilib. Konfransı təşkilatçıları Sosial Tədqiqatlar Mərkəzi (STM) və Qərbi Azərbaycan İcması olub.

“AzPolitika” STM sədri Zahid Orucun konfransdakı çıxışını təqdim edir:

30 ildən sonra Konstitusion bütövlüyə və Suverenliyə, yeni siyasi təqvimin 5-ci ilinə qədəm qoymuşuq. Qlobal layları tərpədən Qarabağ qələbəsi dünyanın yenidən bölüşdürülməsi və 21-ci əsrin Yeni Yalta konfransına vəsiqə qazandırıb.

İki il əvvəl elə bu vaxtlarda Münxen Təhlükəsizlik Konfransında regionumuzla bağlı zirvənin adını ”Dağları aşarkən-Cənubi Qafqazda təhlükəsizlik” qoymuşdular. Belə sərlövhə soyuq almanlar üçün çox da xarakterik deyil. Əslində bizə demək istəyirdilər ki, Avropa Birliyinin mülki müşahidə libasında sərhədlərimizə yığdığı hərbi kəşfiyyat missiyası ötən əsrin əvvəllərində Qafqaz dağlarına gələn orduların varisləridir. Məqsəd bölgədə NATO qüvvələrinin yerləşməsinə zəmin hazırlamaqdır.

Lakin Qərbdən fərqli olaraq, azərbaycanlıları Göyçə və Zəngəzur aşırımından üzü İrəvana dinc qayıdışa səsləyən Prezident İlham Əliyev göstərdi ki, bütün formasiyalarda mübarizəsi yarımçıq qalan əcdadlarımızın ideallarının təmsilçisidir.

Bəli, nəinki Rusiya - İran müharibəsi, o cümlədən, ABŞ, Almaniya, Britaniya ordularının bir əsr əvvəl regionu əldən-ələ verərək, sonda bolşeviklərə yenilməsi nəticəsində Azərbaycan qonşuları azərbaycanlılar olan bir dövlətə çevrilib. Unikal reallıqdır. İranda 35 milyon, Rusiyanın Dağıstan və Şimali Qafqaz arealında 300 min, Gürcüstanda da elə o sayda əhali ilə əhatə olunmuşuq. Biz, vahid DNK-ya malik bir millət, “soydaş” adlanırıq, qonşu dövlətin vətəndaşlarıyıq, bəzənsə bir-birimizlə əcnəbi kimi danışırıq.

Keçmişin acı mirasına qarşı çıxan, onu dəyişdirməyə qalxan Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illiyində dünyaya belə səslənmişdi, sitat: “Nəyə görə biz uzun illər, əsrlərboyu müstəmləkə kimi yaşamışıq? Nəyə görə başqa dövlətlərin tərkibində yaşamışıq? Nəyə görə dövlətçiliyimizin tarixi çox məhduddur?”. Hələ işğal illərində İrəvanla bağlı ardıcıl sərt və prinsipial siyasət keçmişə görə hesab, imperiyalar arasında bölünməyə üsyan idi. Üstündən bir il keçmədi, Vətən müharibəsi başlandı və taleyimiz dəyişdi.

Bir tarixi paralel - Osmanlının qalıqları üzərində Cümhuriyyət quran qazi Mustafa Kamal Atatürk İnönü savaşında qalib əsgərlərinə deyir ki, siz yalnız düşməni deyil, həm də millətin tərsinə gedən taleyini yendiniz. Həqiqətən parlaq kəlimələrdir. 44 günlük müqəddəs müharibəmiz təkcə Ermənistanı deyil, həm də çoxəsrlik tariximizin köçkünlük, qaçqınlıq, soyqırım və matəm zəncirini də məğlub etdi.

Azərbaycanın taleyini başqalarının həll etdiyi əsr bağlandı, yeni Qalib Yüz İl başlandı. İndi biz təkcə coğrafi deyil, həm də siyasi olaraq böyümüşük. Beynəlxalq nüfuz və çəkimiz artıb. Əgər NATO-nun dağılması gerçəkləşərsə, Türkiyə və Azərbaycan yeni geosiyasi birliyin qurucuları kimi çıxış edəcəklər. Ona görə də 6 mühüm tarixi dəyişikliyi hər kəsə namayiş etdirməliyik:

1. Son 2 əsrdə ilk dəfə ermənilərə sərhəddi böyük dövlətlər yox, məhz Azərbaycan dövləti göstərir!

2. Ölkəmiz uğrunda tarixən savaş aparanların taleyi heç zaman indiki qədər Bakıda həll olunmayıb. Üç imperiya varisi - qardaş Türkiyə, İran və Rusiya heç vaxt indiki qədər ölkəmizlə uzlaşmada olmayıblar. İtkilərə məruz qaldığımız bütün formasiya və quruluşlarda yalnız xarici amilləri, güc nisbətinin eyni olmamasını və imperiya maraqlarını faciələrimizin səbəbləri kimi göstərmək dövrü bitdi. İlham Əliyev əksini nümayiş etdirdi. Dövlət rəhbəri və mərkəzi hakimiyyət sistemi güclü olanda xarici amillər dağıdıcı təsirini itirir. Ölkəmizdə kənar qüvvələrin hökmran mövqeyi heç vaxt indiki qədər zəif olmayıb.

3. İlham Əliyevin ən böyük uğuru ermənilərin dövlətçiliyimizin məhvində rolunu sıfra endirməsidir. 1-ci Pyotrdan sonra azərbaycanlıların xanlıq, quberniya, cümhuriyyət və sovet sistemində həm siyasi, həm də dövlət quruculuğuna ən böyük zərbəni ermənilərin əli ilə vurublar. İndi tsikl dəyişib. Ermənilər Qafqazlarda heç vaxt indiki qədər Bakıdan asılı olmayıblar. Nə yaxın, nə də uzaq qonşular onları əvvəlkitək təzyiq və pozuculuq amilinə çevirə bilmirlər. İrəvanın taleyi heç vaxt indiki qədər Bakıda həll olunmayıb.

4. Qarabağ dağıdıcı amil kimi son 300 ildə bölgənin milli-siyasi və demoqrafik xəritəsini qarışdırıb. Hamı son 30 ildə işğal bölgələrindəki minalardan danışır. Halbuki, Qarabağ son 3 əsrdə özü boyda mina olub. İndi həmin təhlükə zərərsizləşdirilib. Qarabağ Azərbaycan dövlətiçiliyini möhkəmləndirən platformaya çevrilib.

5. Qarabağın xilaskarı İlham Əliyev yeni ideoloji hədəfləri -Qayıdış hərəkatını yaradıb. Əlbəttə, Ulu öndərə qədər heç bir dövlət başçısı Qərbi Azərbaycanı siyasi leksikona gətirməyib, ondan danışmayıb. Qərbi Azərbaycan idealının milli gündəliyin önünə çıxması birbaşa Qələbəmizin nəticəsidir və ölkə rəhbəri dediyi kimi, torpaqlar işğal altında olarkən məsələ indiki səviyyəyə qaldırılsaydı, vaxtından əvvəl açılan atəşə bənzəyərdi. Qarabağa ona görə qayıda bildik ki, torpaq hissi və qayıdış ruhu canlı saxlanıldı. İndi Qərbi Azərbaycan məfkurəsinin dirçəlişinə ehtiyac var. Unutmayaq ki, “Böyük Qayıdış” Ulu öndərin ikinci dəfə hakimiyyətə dönüşündən başlayır.

6. Prezident bəyan edib ki, Ermənistan Türkiyə və Azərbaycan arasında maneə olmamalıdır. Uzun illərin dərin təhlilindən sonra irəli sürülən formul hər birimzi düşündürməlidir - İrəvanı Bakı və Ankara arasında necə bağlayıcı qüvvəyə çevirək?! Sual həm də çağırışdır - elm adamlarımız üçün. Yeni milli ideyamız, nəhayət, yaranmalıdır. İrəvan azərbaycanlıların tarixi varlığını Bakıdan çox özündə daşıyır.

Sosial Tədqiqatlar Mərkəzi Prezidentin strateji çağırışlarına cavab olaraq, növbəti dəfə təkcə elmi ictimaiyyətimiz deyil, həm də dövlət və siyasət adamlarımız üçün qiymətli əsərləri təqdim edir.

Hamı qəbul edir ki, xalqın maddi-mədəni irsini qorumaq Vətəni əbədiləşdirmək deməkdir. Milləti kökündən ayırıb tarixi yaddaşı və sərvətləri gələcək nəsillərə ötürmək mümkün deyil. İrs millətin hard diskidir. Qərbi Azərbaycanda - itirilmiş torpaqlarda hər bir abidənin texniki şərtini, kimlik pasportunu və sahiblik reyestrini yaratmaqla torpağa və əcdadlarımızın mirasına haqqımızı sübut edirik. Beləliklə, elin göz, söz və daş yaddaşının vəhdəti yaranır.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, dəyərli alim Əfqan Vəliyevin müəllifliyində “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlı III cildin hazırlanması 144 maddi-mədəni irs nümunəsinə vəsiqə verilməsi deməkdir. Kitabın üz qabığında əksini tapan foto - Murov, Alagöz və Ağrı dağına sülhlə dönüş əks olunub. Göründüyü kimi, dağları aşaraq bir-birinə qovuşan xalqımızın çoxəsrlik yurd sevgisi və həsrəti bir idealda birləşir. “Dənizdən-dənizə” mifini “real Ermənistan”a çevirməyə məcbur olan ermənilərə qarşı azərbaycanlıların Üç Dağın İttifaqı idealı qarşı qoyulub!

“Qayıdış ensiklopediyası” seriyası ilə yazılan üç elmi əsərin müəllifi Əfqan Vəliyev 532 abidəni tədqiq edərək, ilk dəfə 20 kateqoriya üzrə qərbi azərbaycanlılara məxsus 21 pir, ocaq və ziyarətgah, 6 məscid, 21 məbəd, 16 qala, 5 karvansara, 4 türbə, 2 günbəz, ümumilikdə 144 dəyərli və mühüm abidə haqqında dolğun və ətraflı məlumat verib.

Ümidvarıq ki, Mədəniyyət Nazirliyi indi təqdim olunan irs nümunələrini vahid milli fonda daxil edəcəkdir.

Bir daha vurğulayaq ki, Qərbi Azərbaycanın sərvətləri bütövlükdə millətimizə məxsusdur. Ona görə də tarixi torpaqlara qayıdış təkcə bir bölgə əhalisinə aid ola bilməz - Qarabağ ümummili səfərbərlik idealı olduğu kimi, tarixi torpaqlara dinc, sülhpərvər və qanuni dönüş də xalqımızı bütövləşdirməyə, vahidliyini qorumağa xidmət edir.

Biz ölkə başçısının verdiyi mesajları düzgün oxumağı bacarmalıyıq - söhbət hərbi hücum planlarından, Qələbədən sonra ambisiyalarını ermənilərin mifik iddialarına bir tutmaqdan, düşmənin xəstəliyinə yoluxmaqdan getmir. Tarixi torpaqlara qayıdış Rusiya, İran, Gürcüstan və Ermənistana ərazi iddiaları deyil, könül və siyasi coğrafiyamızın 86.6 min kvadrat kilometrdən daha böyük olduğunu gələcək nəsillərə çatdıran, tarixi yaddaşı diri və canlı tutan sülhpərvər strateji proqramdır.

İlham Əliyevin Qərbi Azərbaycan idealı Ermənistanda dərin siyasi əsəbə, narahatlığa və xaotik reaksiyalara səbəb olur. Dəfərlərlə erməni Baş nazirin açıqlamaları deyilənlərə sübutdur. Lakin Qarabağ hadisələri İrəvandan başlandığı üçün orada da bitəcəkdir!

Qərbi Azərbaycan məsələsinin tarixi, mədəni, mənəvi kökləri ilə yanaşı, siyasi, ideoloji, geopolitik və hüquqi aspektləri var. Onu diplomatik təzyiq vasitəsi qəbul etmək yanlışdır.

İki nümunə - Krım tatarlarının 1944-cü ildə kütləvi deportasiyası 2015-2019-cu illərdə bir çox ölkələrdə tanınıb. Gürcüstanın Avropa Şurasına 1999-cu ildə qəbulundan sonra axısqalıların vətənə qayıtma və inteqrasiyanın başladılmasına dair qərar qəbul edilib.

Son iki ildə Qərbi Azərbaycana qayıdış üzrə görülən işlərin miqyasını qiymətləndirmək bir konfransın işi deyil. Yalnız onu deyə bilərik ki, aparılan siyasət bəlli səbəblərdən bütün miqyası ilə cəmiyyətə və dünyaya çıxarılmasa da dəqiq strateji hədəflərinə, vəzifə bölgüsünə və yüksək təşkilati, informativ və ideoloji sistemliliyinə, nəhayət, hesabatlılığına görə yüksək səviyyədədir və hər keçən gün daha da vüsət alır.

Bəli, Qarabağdan Zəngəzura gedən yol Qayıdış idealını və hərəkatını formalaşdırır.

Şübhə etmirik ki, Qərbi Azərbaycana qayıdışın reallaşmasındaregionun və dünyanın aparıcı dövlətiqardaşTürkiyənin, təşkilat kimi Türk Dövlətləri Təşkilatının rolu artacaqdır.

İnanırıq ki, Zəngəzur dəhlizinin açılması Qərbi Azərbaycana qayıdışı sürətləndirəcək. İndi biz əcdadlarımızın yolu ilə gedirik. ”Babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyəm", çağırışı nəvələrin qan və ruh varisliyidir!

Qayıdış milli ideologiyamıza çevrilir! Təkcə torpağa deyil, milli varlğımıza, kökümüzə, adət-ənənələrimizə və əcdadlarımıza dönüş bizi qlobal təhlükələrdən qoruyan Qızıl Kümbəzə çevrilir.

Yeni Yüz il, yeni milli ideya və strateji hədəflərimizi qurarkən bir yol göstərənimiz olmalıdır - Zəfər dövləti, qalib millət!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Mart 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see234

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see225

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see156

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see139

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see125

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see116

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see114

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see112

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see112

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see111

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see110

Ukrayna Energetika Nazirliyi Rusiyanın Azərbaycan qazını tədarük edən GTS obyektinə hücumu barədə məlumat verib

06 Avqust 2025 16:16see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri