Icma.az
close
up
RU
Azərbaycan quzusu monqol quzusuna UDUZUR

Azərbaycan quzusu monqol quzusuna UDUZUR

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıdakı bir çox restoran və şadlıq evlərində keçirilən toy mərasimlərində Monqolustandan gətirilən qoyun ətindən istifadəyə edilir.

Həmin ətlər yerli istehsalla müqayisədə restoranlara xeyli ucuz başa gəlir. İstehlakçılara yerli məhsul kimi təqdim olunan bu ətlərdən toy mərasimləri ilə yanaşı adi günlərdə də restoranlar müştərilər üçün yemək hazırlanmasında bu ətlərdən istifadə edirlər.

Mövzu ilə əlaqədar Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Monqolustandan gətirələn ətlər nəzarət altındadı və normal ətlərdir.

“Azərbaycanda son 8 ayda ət defisitinin qarşısını almaq üçün bu istiqamətdə idxal başlayıb. Lakin birmənalı şəkildə bu ətlər donmuş ətlər olur. Yenə də deyirəm ki, bu ətlər normaldır və Qida Təhlükəsizliyi Agentliyinin nəzarətindədir. Eyni zamanda, yerli ətlərdən xeyli ucuzdur”.

Qida eksperti Elsevər Fərzəliyev saytımıza açıqlamasında bildirib ki, Monqolustandan gətirilən ətdə insan  sağlamlığına zərərli olan hər hansı təhlükə yoxdur:

"Uyğunsuzluq region fərqinə görə yarana bilər ki, bu da xəstəlik yox, həzm çətinliyi kimi hallar ola bilər. Mədə ətrafında ferment - canlı orqanizmlərdə gedən kimyəvi reaksiyaları sürətləndirən bioloji katalizatordurun yaranmaması halları ola bilər. O ki qaldı heyvanın öz xəstəliyinə, əgər mal-qara xəstəliyə yoluxubsa, bu yerli heyvanda da ola bilər, xaricdən gətiriləndə. Xəstəlik istənilən emal prosesindən sonra yenə yaşayacaq və insanlara keçəcək”.

Ekspert Monqolustandan gətirilən ətlərin qiymətlərindən bəhs edərək qeyd edib ki, iqtisadi səmərə zəncirvaridir:

"İstehlakçıya qədər hamıya sərf edir. Çünki yerli bazardakı ətlə müqayisədə daha ucuzdur”.

Ekspert qeyd edib ki, hal-hazırda bazarda yerli ətin azalması davam edir:

“40 il əvvəl kənd evlərində bir qapıdan 100-120 baş heyvan çıxırdısa, indi qapılarda 5-6 baş mal-qara görürük”.

Qida üzrə ekspert Fərid Səfərov Modern.az – a açıqlamasında bildirib ki, Monqolustandan gətirilən ətlərin ziyanlı olub-olmaması birbaşa ölkə adına görə yox, istehsal, kəsim, daşınma və saxlanma şəraitinə görə qiymətləndirilir:

“Yəni ətin özü avtomatik ziyanlı deyil, amma bəzi risk faktorları var. Monqolustan geniş çöl və yarı-köçəri heyvandarlıq sistemi ilə tanınır. Heyvanlar əsasən təbii otla qidalanır, bu müsbət haldır. Amma arazitar xəstəliklər (xüsusilə lent qurdları və digər helmintlər) riski mövcud ola bilər”.

Ekspert qeyd edib ki, baytarlıq nəzarət sistemi idxal edən ölkənin standartlarına uyğun yoxlanmalıdır. Əgər idxal zamanı ciddi laboratoriya nəzarət yoxdursa, risk artır:

“Monqolustandan gətirilən ət uzun məsafə qət edir və adətən dondurulmuş olur.

Soyuq zəncir pozularsa bakterial artım baş verə bilər. Bir neçə dəfə dondurulub-əridilmə keyfiyyəti aşağı sala və qida təhlükəsizliyini poza bilər. Uzunmüddətli saxlanma zamanı lipid oksidləşməsi (yağın keyfiyyətinin pozulması) baş verə bilər”.

Fərid Səfərov əlavə edib ki, yaşlı heyvan əti daha sərt və həzmi çətin ola bilər.

Sənaye üsulu ilə emal olunmuş (kolbasa, konserv və s.) formada gəlirsə, artıq duz və qoruyucu maddə riski yaranır:

“Əgər idxal qaydaları düzgün tətbiq olunursa və ət baytarlıq sertifikatlıdırsa, gigiyenik şəraitdə kəsilibsə, soyuq zəncir qorunubsa zaman xüsusi bir “ölkəyə məxsus ziyan”dan danışmaq doğru deyil. Rəsmi nəzarətdən keçmiş məhsul təhlükəli sayılmır. Əsas məsələ mənbə yox, nəzarət və saxlanma standartlarıdır”, - deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Fevral 2026 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri