Icma.az
close
up
RU
4 ildir eyni ssenari: Azərbaycan Avroviziyada niyə uduzur?

4 ildir eyni ssenari: Azərbaycan Avroviziyada niyə uduzur?

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bildiyimiz kimi, "Avroviziya 2026" beynəlxalq mahnı müsabiqəsi bu il Vyanada keçirilir. Azərbaycanı bu yarışmada JIVA təmsil edib. Təmsilçimiz müsabiqənin 14 may tarixində keçirilən ikinci yarımfinalında "Just Go" mahnısı ilə ikinci nömrə altında səhnəyə çıxıb. Lakin ifa avropalı tamaşaçılar tərəfindən gözlənilən maraqla qarşılanmayıb və nəticədə ölkəmiz final mərhələsinə vəsiqə qazana bilməyərək yarışı dayandırıb. Beləliklə, Azərbaycan Avroviziya yarışmasında artıq 4-cü ildir ki, finala çıxa bilmir.

Xatırladaq ki, builki təmsilçimizin kimliyi hələ yarışmadan öncə də ictimaiyyətin diqqət mərkəzində idi. Bir çoxları JIVA-nı yeni sima hesab etsə də, əslində o, Azərbaycan musiqisevərlərinə çox yaxşı tanış olan bir isimdir. Müğənni karyerasına Cəmilə Həşimova kimi başlayıb. Lakin beynəlxalq səhnəyə çıxmaq üçün sənətçi adını dəyişərək JIVA təxəllüsünü götürüb.

Bəs bunun səbəbi nədir? Maraqlıdır, builki çıxışımız qənaətbəxş idi? Əlavə olaraq, təmsilçimizin yarışma üçün adını dəyişməsilə bağlı məsələni necə qiymətləndirmək olar?

Redaktor.az-a danışan şou-biznes jurnalisti Elvin Elxan bildirdi ki, Azərbaycan artıq 4 ildir ardıcıl olaraq Avroviziya finalına vəsiqə qazana bilmir bə bunun səbəbləri isə kifayət qədər çoxdur:

"Başa düşmək olar ki, illərdir bu müsabiqə artıq yalnız musiqi yarışması yox, müəyyən qədər siyasi çalarları olan böyük bir şouya çevrilib. Amma bununla yanaşı, bizdə də iştirak bəzən sadəcə “iştirak xatirinə iştirak” təsiri bağışlayır. Builki təmsilçimiz JIVA isə çox güclü vokala sahib artistdir. Səhnədə özgüvəni yerində, səs potensialı yüksək səviyyədə, jest və mimikası da kifayət qədər peşəkar görünürdü. Amma əsas problem təqdimatda hiss olundu. Xoreoqrafiya çox sadə və ruhsuz təsir bağışladı, səhnə quruluşu isə beynəlxalq standartlarla müqayisədə geridə qalırdı".

Müsahibimizin sözlərinə görə, digər ölkələr artıq süni intellekt texnologiyalarından, innovativ vizual həllərdən, müasir aranjeman və səhnə effektlərindən istifadə edərək tamaşaçıya tam bir şou təqdim edir:

"Bizim çıxış isə daha standart ballada formatında qaldı. Sanki 2000-ci illərin əvvəlini xatırlatdı. Mahnıya pis demək olmaz. Layihə müəyyən şou-biznes çərçivəsində uğurlu görünə bilər. Amma Avroviziya artıq lokal deyil, beynəlxalq arenadır və burada ən son musiqi trendləri, PR strategiyaları, səhnə şouları və kreativ yanaşmalar yarışır. Təəssüf ki, biz bu məsələlərdə bir qədər geridə qalırıq. İllərdir eyni mövzuları müzakirə edirik. Mahnı, xoreoqrafiya, səhnə şousu, PR, strategiya və ümumi yanaşma haqqında statuslar yazılır, tənqidlər edilir, açıqlamalar verilir. Amma nəticədə ciddi dəyişiklik hiss olunmur".

E.Elxan qeyd etdi ki, artıq neçə ildir yarımfinaldan keçməməyə sanki alışmışıq və bu vəziyyətlə barışmışıq:

"Yenə də ümid etməkdən başqa çarə qalmır. Ümid edək ki, gələn illərdə Azərbaycan bu yarışmaya daha müasir, daha iddialı və beynəlxalq səviyyədə düşünülmüş bir konseptlə qayıdar. Ad məsələsinin müzakirəsi isə bir qədər mənasızdır. Hər bir artistin öz ləqəbi var və bu, onun şəxsi seçimidir".

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 May 2026 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri