Icma.az
close
up
RU
Azərbaycan Radiosunun tədqiqatçıları

Azərbaycan Radiosunun tədqiqatçıları

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şəlalə MƏHYƏDDİNQIZI
Azərbaycan radiosunun "Xəbərlər" redaksiyasının redaktoru

Bir əsr əvvəl Bakı küçələrindən yayılan "Danışır Bakı" sədaları tezliklə ölkənin hər tərəfində eşidilməyə başladı. Radio xətlərinin çəkilməsi ilə "sehrli qutu" evlərimizə qədəm qoydu, insanların ən yaxın dostuna, həyatının ayrılmaz parçasına çevrildi. O, yaxın-uzaq ellərdən xəbər verir, maraqlı söhbətlər edir, mahnı oxuyur, əyləncəli proqramlar və tamaşalar səsləndirir, bir sözlə, hər kəslə öz dilində danışırdı. Cazibəsi ilə heyrət doğurur, getdikcə sevilir, dinləyiciləri ovsunlayaraq qəlbləri fəth edirdi. Musiqiçiləri, sənət adamlarını, ədəbiyyat aşiqlərini ətrafına toplayaraq xalqın ruhunu qidalandırırdı.

Radionun fəaliyyətinə ziyalılar böyük ümidlə baxırdılar. Onun milli düşüncənin formalaşmasında və insanların maariflənməsində qüdrətli vasitə olduğunu anlayırdılar.

100 il ərzində böyük inkişaf yolu keçən, milli-mənəvi dəyərlərin təbliğində, ölkəmizin tərənnümündə misilsiz xidmətləri olan Azərbaycan Radiosu sənət məbədi, söz meydanı, musiqi dünyası olmaqla bərabər, həm də peşəkar jurnalistika məktəbi olub. Bu bir əsrlik yolun arxasında gərgin yaradıcılıq axtarışları və böyük zəhmət dayanır. Nəticədə, jurnalistlərin, diktorların, redaktorların, rejissorların, musiqiçilərin və texniki heyətin əməyi ilə milli radiomuzda zəngin irs toplanıb.

Azərbaycan Radiosu haqqında müxtəlif dövrlərdə çoxsaylı kitablar, monoqrafiyalar, dissertasiyalar, elmi məqalələr və publisistik yazılar nəşr edilib. Yubiley ərəfəsində radionun ilk tədqiqatçılarını yada salmaq, alimlərimizin xidmətlərini xatırlamaq, elmi irslərindən danışmaq mənəvi borcumuzdur.

Radionun ilk illərinin nəzəriyyəsini professor Tofiq Rüstəmov qələmə alıb. Tofiq müəllim ixtisasca jurnalist olub, 10 il Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Burada tərcüməçilikdən İnformasiya proqramları redaksiyasının baş redaktoru vəzifəsinədək yüksəlib. "Ulduz" radio proqramının ilk müəllifi olub. Elə bu verilişə görə 1967-ci ildə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görülüb.

T.Rüstəmovun "Efirdə addımlar" (1968) və "Şaqi v gfire" (1969) kitabları radionun ilk onilliklərinin öyrənilməsi baxımından fundamental mənbələr hesab olunur. Müəllif bu əsərlərdə radionun tarixi mərhələlərini, proqram siyasətini, sənətkarlıq məziyyətlərini, radio jurnalistikasının peşə xüsusiyyətlərini, diktor məktəbinin formalaşmasını və efir mədəniyyətinin inkişafını faktlar əsasında təhlil edib.

Alimin "Ədəbi redaktənin əsasları" (1975), "Ədəbi redaktə nəzəriyyəsi və təcrübəsi" (1981) və "Danışır və göstərir Bakı" (1987) kitabları radio jurnalistikasının dil və üslub xüsusiyyətlərinin elmi əsaslarla öyrənilməsinə həsr edilib. Bu nəşrlərdə radio mətninin quruluşu, efir nitqinin xüsusiyyətləri, redaktə prinsipləri və jurnalist peşəkarlığının əsas meyarları sistemli şəkildə araşdırılıb. Radio dilinin ədəbi dil normalarının formalaşmasına təsiri barədə fikirlər bu gün də elmi aktuallığını qoruyur.

Onun elmi və pedaqoji fəaliyyəti radio jurnalistikasının nəzəri əsaslarının formalaşması ilə yanaşı, peşəkar kadr hazırlığında da mühüm rol oynayıb. Alim Bakı Dövlət Universitetində "Televiziya və radio jurnalistikası" kafedrasının yaradıcılarından biri kimi milli jurnalistika təhsilinin inkişafına töhfə verib. Yeri gəlmişkən, alimin qızı dosent Sevinc Məmmədova da atasının yolu ilə gedərək radionu tədqiqat obyekti seçib. O, radio haqqında monoqrafiyaların, kitabların və elmi məqalələrin müəllifidir, universitetdə elmi-pedaqoji fəaliyyətini davam etdirir.

Radionun tədqiqində professor Yalçın Əlizadənin xüsusi xidmətləri var. O, bu sahədə ilk elmi işi yazan və dissertasiya müdafiə edən tədqiqatçıdır. 1974-cü ildə müdafiə etdiyi "Azərbaycanda radio jurnalistikasının təşəkkülü və inkişafı" mövzusunda namizədlik dissertasiyası radio jurnalistikasının tarixi və nəzəri problemlərinin sistemli şəkildə araşdırıldığı ilk fundamental elmi tədqiqat əsəridir.

Onun "Radiojurnalistikanın əsasları" kitabı Azərbaycan dilində ilk dərslikdir. Kitabda ölkə radiosunun tarixi, radiojurnalistikanın janrları, radio yayımının cəmiyyət həyatındakı yeri və rolu, forma xüsusiyyətləri, xarici ölkələrə radio yayımı, dinləyici auditoriyasının maraq dairəsi və onun öyrənilməsi yolları, proqramlaşdırmada tarixilik və müasirlik meyilləri şərh olunur. Yalçın Əlizadə elmi əsərlərində radiojurnalistikanın nəzəri və praktiki məsələlərini sistemləşdirib. İlk xüsusi dərsliyin və proqramın hazırlanması da onun adı ilə bağlıdır.

Y.Əlizadə də həmkarı T.Rüstəmov kimi, əvvəlcə radioda çalışıb. 1962-ci ildə universitetin jurnalistika ixtisasını bitirən kimi radioya gəlib və burada müxtəlif vəzifələrdə işləyib. O illərdə Azərbaycan Radiosunda siyasi icmalçı kimi fəaliyyət göstərən professor Şirməmməd Hüseynov Y. Əlizadəni dekanı olduğu Jurnalistika fakültəsinə müəllim dəvət edib. Yalçın müəllim ona göstərilən etimadı doğruldaraq radiojurnalistikanın nəzəri əsaslarının hazırlanmasına töhfə verib. Şirməmməd Hüseynovun təşəbbüsü ilə yaradılan "Televiziya və radio jurnalistikası" kafedrasına əvvəlcə professor Tofiq Rüstəmov, daha sonra Yalçın Əlizadə rəhbərlik edib. Alimin radiojurnalistika üzrə peşəkar kadrların hazırlanmasında da mühüm xidmətləri var.

Azərbaycan Radiosunun inkişaf tarixini işıqlandıran alimlərdən söz düşəndə, professor Elşad Quliyevin də adı ehtiramla çəkilir. O, 1983-1990-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə rəhbərlik etdiyi dövrdə radionun proqram siyasətinin yenilənməsi, texniki imkanlarının genişləndirilməsi və beynəlxalq əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən islahatlarda iştirak edib. Bu təcrübə sonradan elmi araşdırmalarında da əksini tapıb.

Elşad Quliyevin "S telekameroy i mikrofonom" ("Telekamera və mikrofonla") kitabı Azərbaycan radio və televiziya tarixinin öyrənilməsi baxımından mühüm elmi mənbələrdəndir. Kitab Azərbaycan Radiosunun 60 illik yubileyinə və televiziyanın 30 illik fəaliyyətinin yekunlarına həsr olunub. Müəllif radionun altmış illik inkişaf yolunu təhlil edərək onu milli mədəniyyətin və ictimai fikrin formalaşmasına xidmət edən kommunikasiya sistemi kimi səciyyələndirib. Əsərdə radionun operativ informasiya yayımı, maarifləndirmə, mədəniyyətin təbliği və beynəlxalq informasiya mübadiləsindəki rolu geniş təhlil olunub. Kitabda radio əməkdaşlarının əməyinə yüksək qiymət verilir, onların bu sahəyə ömürlərini həsr etdikləri vurğulanır.

Azərbaycanda radio tədqiqatçıları arasında professor Nəsir Əhmədlinin də elmi fəaliyyəti təqdirəlayiqdir. Onun dərsliklərində, yerli və xarici elmi jurnallardakı məqalələrində radionun inkişaf tendensiyalarından və jurnalist sənətkarlığından ətraflı bəhs olunub.

Alim 2007-ci ildə müdafiə etdiyi "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyasında beynəlxalq radioyayımın təşkilati və məzmun xüsusiyyətlərini kompleks şəkildə təhlil edib. Radionun müxtəlif dillərdə yayımlanan proqramlarını, onların ideya-məzmun istiqamətlərini, auditoriya ilə kommunikasiya prinsiplərini və beynəlxalq informasiya mübadiləsindəki rolunu araşdırıb. "Səsimiz, sorağımız", "Səslər içində", "Jurnalistin nitq mədəniyyəti" və digər əsərləri radio jurnalistikasının nəzəri problemlərinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Alimin əsərlərində jurnalist sənətkarlığına və radionun danışıq dilinə xüsusi diqqət yetirilir. "Jurnalistin nitq mədəniyyəti" kitabında audionitqlə adi danışıq tərzinin fərqi izah olunur. N.Əhmədlinin fikrincə, radio jurnalistikasının ən vacib və çətin problemlərindən biri nitqdir. Radio nitqi müxtəlif yaş və hazırlıq səviyyəsində olan insanlara ünvanlandığından aydın və anlaşıqlı qurulmalıdır. Radio jurnalisti dəqiq, yığcam və səmimi danışmalı, söz seçiminə, ədəbi dil normalarına və düzgün tələffüz qaydalarına diqqət yetirməlidir. Mimika və jestlərin gördüyü işi radioda səs tonu, söz, musiqi, montaj və səs effektləri yerinə yetirir.

Professor Qulu Məhərrəmli isə radionu kompleks şəkildə tədqiq edib. Onun elmi fəaliyyəti radiojurnalistikanın tarixi, nəzəriyyəsi, dili və yaradıcılıq xüsusiyyətləri ilə yanaşı, radiodramaturgiya dilinin araşdırılmasını, tədris-metodik bazanın zənginləşdirilməsini və radionun rəqəmsal mühitdə inkişafını da əhatə edir. Multimedia, sosial media, internet jurnalistikası və süni intellektin radio ilə əlaqəsi də alimin tədqiqat istiqamətlərindəndir.

Q.Məhərrəmlinin radioya marağı tələbəlik illərindən başlayıb. Uzun illər radio və televiziya sahəsində qazandığı peşəkar təcrübə elmi araşdırmalarının empirik bazasının zənginləşməsində, radio yaradıcılığının daxili qanunauyğunluqlarının öyrənilməsində mühüm rol oynayıb. Alim radioya həm jurnalistika məktəbi, həm də incəsənət sahəsi kimi yanaşıb. 1989-cu ildə "Radiodramaturgiya dili" mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyasında radio əsərlərində dilin, sözün, səsin və dramaturji ifadə vasitələrinin xüsusiyyətlərini araşdırıb. "Radiodramaturgiya dili" (1990) monoqrafiyası bu sahənin dil xüsusiyyətlərini, bədii ifadə vasitələrini və səs estetikasını təhlil edən mühüm tədqiqat əsəridir.

"Deystvie u mikrofona" (1998), "Radio dalğalarında" (1999), "Audiovizual nitq" (2000), "Azərbaycan efiri: tarix və müasirlik" (Yalçın Əlizadə ilə birlikdə, 2006), "Radio dərsləri: tarix, nəzəriyyə, təcrübə" (2007), "Radioteatr dəvət edir" (2010), "Radio verilişlərinin dili və üslubu" (2011), "Radio jurnalistikası: təməl biliklər" (2013) və "Radio jurnalistikası" (2017, həmmüəlliflərlə) əsərləri radio jurnalistikasının müxtəlif istiqamətlərini əhatə edən qiymətli elmi mənbələrdir. Bu əsərlərdə radionun kommunikativ təbiəti, informasiya və publisistika janrları, radio reportajının xüsusiyyətləri, efir nitqi, səs dramaturgiyası, radio tamaşalarının bədii-estetik xüsusiyyətləri, auditoriya ilə kommunikasiya mexanizmləri və radio jurnalistinin peşə səriştələri sistemli şəkildə araşdırılıb.

Professor Qulu Məhərrəmli yeni media sahəsini də dərindən tədqiq edir. O, radionun televiziya, internet və rəqəmsal media ilə qarşılıqlı əlaqəsini, dəyişən media mühitində transformasiyasını araşdırır, beynəlxalq təcrübədəki yenilikləri izləyir. Yeni media və multimedia jurnalistikasının nəzəri əsasları, sosial medianın jurnalistikaya təsiri və jurnalistika təhsilinin rəqəmsal dövrün tələblərinə uyğunlaşdırılması ilə bağlı məqalələri aktuallığı ilə seçilir. BDU-da əvvəlki "Televiziya və radio jurnalistikası" kafedrasının onun təşəbbüsü ilə "Multimedia və elektron kommunikasiya" adlandırılması və yeni texnologiyaların tədrisə daxil edilməsi də Q.Məhərrəmlinin adı ilə bağlıdır. Hazırda alim həmin kafedranın müdiridir.

Alim televiziya və radio nəzəriyyəsi ilə bağlı çoxsaylı dərsliklərin və əlavə tədris vəsaitlərinin müəllifidir. Onun kitablarından və elmi irsindən həm kadr hazırlığında, həm də bu sahədə aparılan tədqiqatlarda geniş istifadə olunur. Alimin yaradıcılığı müasir medianın inkişafı üçün də aktual elmi mənbə rolunu oynayır.

Beləliklə, müasir dövrdə də Azərbaycan Radiosunun yüz illik fəaliyyəti geniş tədqiqat obyektinə çevrilib, mövzu və metodologiya baxımından araşdırmaların istiqamətləri əhəmiyyətli dərəcədə genişlənib. Tarix, jurnalistika, kommunikasiya, dilçilik, mədəniyyətşünaslıq və media nəzəriyyəsi kontekstində aparılan tədqiqatlar Azərbaycanda radio jurnalistikasının müstəqil elmi istiqamət kimi formalaşdığını göstərir. Rəqəmsal radioyayım, podkast jurnalistikası, multimedia sistemləri, süni intellektin radio istehsalına təsiri və rəqəmsal səs arxivlərinin elmi dövriyyəyə cəlb edilməsi gələcək tədqiqatların mühüm istiqamətləridir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:30
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Oktyabr 2026 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see386

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see344

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see340

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see309

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see302

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see279

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see258

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see248

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see229

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see216

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see205

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see201

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see199

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see197

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see184

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see179

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see168

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri