Icma.az
close
up
RU
Azərbaycan regionda güclənir, İran isə bundan narahatdır Politoloq

Azərbaycan regionda güclənir, İran isə bundan narahatdır Politoloq

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"İranın müəyyən dairələri Azərbaycana qarşı yenidən hücuma, təbliğat və anti-Azərbaycan kampaniyasına keçə bilər. Məncə, bu, Azərbaycan-İran münasibətlərinə mənfi təsir göstərəcək. Belə ki, Azərbaycanda keçirilən bəzi görüşlərə onlar etiraz edirlər".
Bunu Demokrat.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib.
O, bildirib ki, xüsusən bu günlərdə Yəhuda Ravinin konfransının keçirilməsi İranda qıcıq yaratdı və bununla əlaqədar Azərbaycana qarşı təbliğat kampaniyası başladı:
"Eyni zamanda onlar Azərbaycanda digər məsələlərə də etirazlarını bildirirlər. Onlar anlamırlar ki, Azərbaycan müstəqil dövlətdir və öz siyasətini aparır. Azərbaycan dünya siyasi sistemində layiqli yer tutub. 
Azərbaycana qarşı təbliğat aparanlar elə düşünürlər ki, ölkəmiz onların bir əyalətidir, amma belə deyil. Azərbaycan müstəqil ölkədir və heç bir başqa ölkənin asılı qüvvəsi deyil".
Politoloqun sözlərinə görə, ona görə də Azərbaycan İranın, Rusiyanın və digər ölkələrin təsirinə asılı vəziyyətdə deyil, öz müstəqil siyasətini yürüdür və milli maraqlarına, dövlət maraqlarına uyğun qərarlar qəbul edir:
"Sabah Azərbaycanda İsrail–Suriya danışıqları başlayacaq. Bu isə göstərir ki, Azərbaycan dünya siyasi sistemində özünə layiqli yer tutub və sabit, etibarlı tərəfdaşdır. Həm Suriya, həm də İsrail Azərbaycana hörmət edir və etibar edirlər, məhz buna görə həmin görüşlər burada keçirilir".
Ekspert bildirib ki, bəzi dairələrdə bu hadisələr qıcıqla qarşılanır, amma bu düzgün deyil:
"İranda hazırda islahatçı qüvvələr var və onlar Azərbaycanın doğru qərarlarını dəstəkləyirlər. Məsələn, Zəngəzur dəhlizi ilə bağlı bəzi islahatçı səslər bildirdilər ki, bu İran üçün ciddi problem yaratmır, sərhədləri bağlamır və Türkiyə ilə əlaqələrə maneə deyil. 
Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyətə malikdir və İranın milli maraqlarına zərər vermir. İranda islahatçı qüvvələrin rolu artarsa, İran gələcəkdə daha çox inkişaf edə bilər".
Onun sözlərinə görə, qara qüvvətlərlə digər ölkələrə hücum etmək və təhlükə yaratmaqla İranda inkişaf mümkün deyil:
"Hazırda İran ağır vəziyyətdədir, əhalinin durumu çətindir. Neft və qaz satışı sanksiyalar səbəbindən məhdudlaşıb. Yeni texnologiyalar verilmir və bunun nəticəsində İran qaz ehtiyatlarını tam çıxara bilmir. Bu siyasətin əsas zərərçəkəni İranda yaşayan əhalidir.
Eyni vaxtda ölkə rəhbərliyinin yaxınlarının varlanması məsələləri də narahatlıq doğur. Məsələn, Ayətullah Xaməneinin yaxınlarının Londonda böyük məbləğdə pul saxlaması haqda iddialar var. Bu cür hallar xalq arasında ədalətsizlik hissini artırır".
Ekspert hesab edir ki, İran xalqı gələcəyini düşünəcək və islahatçıların arxasınca gedərək İranı daha sivil, normal və dünya ilə əlaqəli bir dövlətə çevirə bilər.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Sentyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see253

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see243

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see234

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see212

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see182

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see157

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see156

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see148

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see144

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see142

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see139

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see138

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see138

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see135

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri