Icma.az
close
up
RU
Azərbaycan təkcə regionda deyil,... POLİTOLOQ ŞƏRH ETDİ

Azərbaycan təkcə regionda deyil,... POLİTOLOQ ŞƏRH ETDİ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycanın region daxilində və beynəlxalq miqyasda oynadığı mühüm rol, xüsusilə Qarabağ bölgəsində həyata keçirilən sürətli və keyfiyyətli bərpa-quruculuq işləri fonunda aydın şəkildə özünü göstərir. Bu proses, Prezident İlham Əliyevin verdiyi vədlərə sadiqliyini və ölkə rəhbərliyinin güclü siyasi iradəyə sahib olduğunu əyani şəkildə sübut edir. İşğaldan azad olunmuş ərazilərdə qısa müddət ərzində yeni yolların çəkilməsi, hava limanlarının inşası, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarının tətbiqi Azərbaycanın bu bölgədə strateji baxışla sistemli və məqsədyönlü fəaliyyət apardığını nümayiş etdirir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Azərbaycanın eyni vaxtda həm daxili inkişaf proseslərinə, həm də xarici siyasət prioritetlərinə bərabər diqqət ayırması dövlətin idarəçiliyindəki çeviklik və dərin strateji düşüncənin göstəricisidir. Daxildə ictimai rifahın artırılması, iqtisadiyyatın şaxələndirilməsi, müasir infrastruktur layihələrinin reallaşdırılması ilə yanaşı, xaricdə diplomatik mövqelərin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri sahəsində təşəbbüskar mövqe Azərbaycanın regional lider statusunu daha da gücləndirir: "Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın balanslı və prinsipial siyasəti təkcə regional güclər deyil, həm də beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Dünya liderlərinin, aparıcı beynəlxalq təşkilatların və nüfuzlu xarici medianın Azərbaycanın mövqeyini qəbul etməsi, ölkəmizin haqlı yerini təsdiqləməsi baxımından əhəmiyyətlidir. Bu, həm də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan və konstruktiv siyasətinə verilən bir növ dəstəkdir. Sizin də vurğuladığınız kimi, işğaldan azad olunmuş ərazilərdə infrastrukturun yenidən qurulması, sosial və iqtisadi sistemlərin dirçəldilməsi artıq öz real nəticələrini verməkdədir. Qayıdış prosesinin başlanması, məcburi köçkünlərin doğma torpaqlarına yerləşdirilməsi və bu ərazilərdə normal həyat şəraitinin bərpası dövlətin bu sahəyə nə qədər ciddi və məsuliyyətlə yanaşdığını göstərir.

Nəticə olaraq qeyd etmək olar ki, mövcud dinamika və siyasi iradənin davamlılığı fonunda Azərbaycan təkcə regionda deyil, daha geniş beynəlxalq miqyasda da nüfuzunu və təsir imkanlarını artırmağa davam edəcək. Bu isə ölkənin gələcək inkişafı üçün möhkəm zəmin formalaşdırır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 İyun 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri