Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Azərbaycan regionda sülhü bərpa etmək üçün siyasət yürüdür

Azərbaycan regionda sülhü bərpa etmək üçün siyasət yürüdür

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə mesajlarından biri də Ermənistanda əsrlər boyu hökm sürən faşizm ideologiyasının ifşası və ona son qoymaq tələbi oldu. Azərbaycan sülh prosesini hüquqi cəhətdən gələcək üçün sığortalamağa görə irəli sürdüyü şərtlərə sadiqliyini saxlayır və konkret təkliflər irəli sürərkən qətiyyətli mövqeyini arqumentlərlə əsaslandırır. Ermənistanın konstitusiyasındakı ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması, Minsk qrupunun ləğvi başlıca sülh şərtlərimizdəndir. Bizim mövqeyimiz olduqca aydın, beynəlxalq hüququn prinsiplərinə uyğundur. Özünü demokrat hesab edən erməni baş naziri Nikol Paşinyan isə yenə də ampluasına sadiq qalaraq söz oyunu ilə məşğuldur. Ritorik çıxışların ustası kimi tanınan Paşinyan hər zaman dolaşıq, ziddiyyətli, anlaşılmaz ifadələri ilə kütləni ələ almağa cəhd edir. Təbii ki, o, bu cür çıxışları ilə erməni cəmiyyətini ofsunlaya bilər, amma xarici siyasətdə, diplomatiyada belə söz oyunları keçmir. Sülh hər şeydən öncə bütün inkişaf prosesindən geri qalan, daxili siyasi təlatümlərdən əziyyət çəkən, qonşuları ilə münasibətləri rəvan olmayan Ermənistana lazımdır”. Bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.

Onun sözlərinə görə, Ermənistanın qonşuları ilə, xüsusilə də, Azərbaycan və Türkiyə ilə münasibətlərini nizama salmaqdan başqa çıxış yolu qalmayıb: “Ermənistanı dəstəkləyən ölkələrdəki siyasi hakimiyyətlər dərin böhran içərisindədir. ABŞ-ın 51-ci ştatı olmaq təhlükəsi qarşısında qalan Kanadanın özünün müstəqilliyi sual altındadır. ABŞ prezidenti Co Bayden seçkilərdə uduzdu, Makronun nüfuzu həm ölkədə, həm də beynəlxalq aləmdə Fransanın özünü iflasa yuvarladır, Bəşər Əsədin taleyi hər kəsə bəllidir. Ermənistanın regiondakı əsas dəstəkçisi İran indi heç özünü müdafiə etmək gücündə deyil. Ermənistanın əsas havadarı olan Qərbin Ukrayna və Gürcüstandakı mövqeyindın də dərs çıxarmaq vaxtıdır. Türkiyə və Azərbaycan isə günü-gündən güclənir, beynəlxalq siyasətdə vahid güc kimi çıxış edirlər. İki qardaş dövlət birlikdə qarşıya qoyulan bütün məqsəd və hədəflərə çatmaq gücündədir. Bizim gücümüz təkcə iqtisadi və hərbi potensialımızda deyil, həm də fəaliyyətlərimizin, tələblərimizin beynəlxalq hüququn norma və prinsiplərinə uyğunluğudur. Azərbaycan ədalətin, sabitliyin, inkişafın tərəfdarıdır. Biz bunu həm 2020-ci ilə qədər Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimizdə, həm 44-günlük Vətən müharibəsində, həm də 2023-cü ildə həyata keçirdiyimiz anti-terror əməliyyatlarında sübut etmişik. Müharibədən sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş tikinti-quruculuq işləri, abadlıq da rəsmi Bakının niyyətindən xəbər verir. Azərbaycanın atdığı addımlar beynəlxalq hüquqa uyğun olduğu üçün dünya Cənubi Qafqazda yaratdığımız yeni reallıqları qəbul etdi. Dünyanın ən inkişaf etmiş dövlətlərindəki ermənipərəst hakim komandalar belə, Cənubi Qafqazdakı prosesləri dəyişdirə bilmədilər. ABŞ, Fransa kimi ölkələr səhv etdiklərini artıq anlayırlar. Odur ki, ayrı-ayrı kanallar vasitəsilə Bakıya “əməkdaşlıq”, “dialoq” təklifi edirlər. Biz ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Bayden administrasiyasının Azərbaycana qarşı ədalətsiz siyasətini aradan qaldıracağına, ikili standartlara son qoyacağına ümid edirik. Prezident cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib ki, cənab Tramp tamamilə yeni gündəliklə hakimiyyətə gəlir və onun birinci dönəmində Amerika-Azərbaycan əlaqələrində hər hansı bir problem yaşanmayıb. Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvi ondan ibarət idi ki, o, Amerika-Azərbaycan münasibətlərini Amerika-Ermənistan münasibətlərinin qurbanına çevirdi. Bayden administrasiyası dünyada Amerikaya olan inamı böyük dərəcədə sarsıtdı. Donald Tramp isə bizim cəmiyyətimizin bölüşdüyü dəyərləri təbliğ edir. O, ailə dəyərlərinə, mənəviyyat məsələlərinə xüsusi diqqət yetirir. Biz ümid edirik ki, cənab Trampın hakimiyyəti dönəmində Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq mümkün olacaq. Hətta bu əlaqələri strateji səviyyəyə qaldırmaq mümkündür. Göründüyü kimi, Ermənistanın bel bağladığı qüvvələr bir-bir tarixin arxivinə gömülürlər və bu dəyişikliklər qonşumuzu bərk narahat edir. Çünki onlar məhz xaricdəki havadarlarına arxalanaraq revanşist siyasətlərini həyata keçirməyə çalışırlar. 600 il öncə irəli sürülən faşizm ideologiyası çoxdan çürüyüb, yeni dövrün yeni diqtələri haqda düşünmək, ya yaşamaq, ya da məhv etmək seçimi qarşısındadır Paşinyan”.
M.Vəliyeva onu da qeyd etdi ki, Ermənistanda siyasi ideologiyanın faşizm üzərində qurulduğunu sübut edən kifayət qədər faktlar mövcuddur. İkinci dünya müharibəsi dövründə III Reyxlə əməkdaşlıq etmiş, türk qanı tökməkdən həzz alan, tsexakronizmin banisi Qaregin Njdeyə pərəstiş ideologiyası aradan qalxmayınca, xəstə düşüncələr sağalmayınca yeni düzəndə köhnə baxışla irəliləmək erməni xalqını məhvə sürükləyəcək. Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın Qarabağda törətdikləri cinayətlər, Levon Ter Petrosyanın 31 il əvvəl bir qrup hərbçinin işrirakı ilə keçirilən toplantıda etdiyi çıxış da faşist ideologiyasına xidmət etdiklərini bir daha sübut etdi. Ter-Petrosyan çıxışında erməni xalqının 600 illik problemi həll etdiyini, Ermənistan və Qarabağı digər millətlərdən təmizlədiklərini, 170 min azərbaycanlının Ermənistandan qovduqlarını, Azərbaycanda yaşayan soydaşlarının problemlərinin həll etdiklərini, Azərbaycan ərazilərini zəbt etdiklərini, “Miatsum” hərəkatının mahiyyətini, Qarabağın isə zəbt edildikdən sonra boş danışıqlarla illərlə uzadılmasını acıq-aydın bəyan etdi. O, silahlıları Ağdam şəhərini işğal etmələri münasibəti ilə təbrik edir, babalarının arzularını reallaşdırdıqları üçün qürür duyur. Göründüyü kimi, Ermənistanda siyasi hakimiyyətdə olan bütün qüvvələr bir qayda olaraq faşizm ideologiyasına xidmət ediblər, “yeni ərazi” tamahında olublar. Ağır məğlubiyyətə uğrayandan sonra Paşinyan erməni cəmiyyətini aldatmaq üçün “mən bilmirdim ki, öncəki prezidentlərin dövründə danışıqlar Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində aparılıb” ifadəsini işlədib. Gülməlidir. Bir ölkə üçün taleyüklü məsələ üzrə aparılan danışıqların mahiyyətini bilməyən, özünü siyasətçi hesab edən biri necə hakimiyyətə iddia edə bilər? “Qarabağ Ermənistandır, nöqtə” deyən adam bu gün “Azərbaycanın ərazi bütövlüyünü tanıyıram” söyləməklə demokrat olurmu? Təbii ki, Azərbaycan Ermənistanda əsl demokratik qüvvələrin hakimiyyətdə olmasının tərəfdarıdır. Təəssüflər olsun ki, hələ İrəvanda belə qüvvələr yoxdur. Paşinyan gələcəkdə özünə heykəl qoydurmaq istəyirsə, güc toplayaraq özü-özünü aşa bilsin, Njdenin heykəlini sökdürüb xalqı xəstə ideologiyadan xilas etsin. 600 il hökm sürən bu ideologiya özünü doğrultmur, əvvəlki prezidentlərindən fərqli mövqe qoya bilsin. Unutmasın ki, müasir dövr faşizm ideologiyasını çoxdan çözüb. Cənab Prezidentin də çıxışı bu cəhətdən qəti və aydın idi: “... faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur...Bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq.
Ümid edirəm ki, sülh müqaviləsi ilə bağlı bizim bütün şərtlərimiz də qəbul ediləcək. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi – bunlarsız sülh müqaviləsi mümkün deyil. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik. Yəni, mən yenə də Ermənistan tərəfinə məsləhət görərdim ki, hər şeyi yaxşı ölçüb-biçsin,...”
Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq Azərbaycan öz ordusunu, öz iqtisadiyyatını daim gücləndirir, milli maraqlarına uyğun qonşuları ilə xoş münasibəti qoruyub saxlayaraq regionda sülhü bərpa etmək üçün siyasət yürüdür. Bunun üçün Ermənistan dialoqa keçməlidir, əks təqdirdə biz monoloqa keçməyə məcbur olacağıq!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:298
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Yanvar 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see336

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see328

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see325

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see315

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see276

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see265

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see262

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see258

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see253

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see250

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see228

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see227

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see219

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see213

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see210

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see208

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see195

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see193

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see185

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri