Icma.az
close
up
RU
Millət vəkili: Azərbaycan regionda və beynəlxalq informasiya məkanında açıq siyasət yürüdür

Millət vəkili: Azərbaycan regionda və beynəlxalq informasiya məkanında açıq siyasət yürüdür

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Prezidentin Forum iştirakçılarına ünvanladığı hər fikir, hər cavab - şəffaflıq, həqiqət və hüquqi əsaslarla qurulmuş bir informasiya strategiyasının nümunəsi idi"



"Azərbaycan müasir informasiya dövründə medianın, söz azadlığının və ictimai dialoqun gücünə xüsusi önəm verir. Bu yanaşmanın növbəti bariz nümunəsi kimi 2025-ci ildə keçirilən III Şuşa Qlobal Media Forumunu göstərmək olar". 


Bunu Milli Məclisin üzvü Şahin Seyidzadə "Sherg.az"a açıqlamasında deyib.


Deputat vurğulayıb ki, Forumun təşkil olunması yalnız texnoloji və informasiya məsələlərinin müzakirəsi ilə kifayətlənmədi: 

"Bu, eyni zamanda Azərbaycanın öz mövqeyini və prinsiplərini beynəlxalq aləmdə ifadə etdiyi güclü platformaya çevrildi. Tədbirin Xankəndidə – uzun illər erməni işğalı altında olan, lakin artıq Azərbaycanın tam suverenliyi altında yenidən qurulan bir şəhərdə keçirilməsi təsadüfi deyildi. Bu, ölkəmizin ərazi bütövlüyünü təmin etdikdən sonra diplomatik və siyasi iradəsini praktiki şəkildə nümayiş etdirməsinin ən təsirli formalarından biri idi. Prezident İlham Əliyev Forum çərçivəsində etdiyi çıxışlarla bir daha göstərdi ki, Azərbaycan yalnız regionda deyil, beynəlxalq informasiya məkanında da prinsipial və açıq siyasət yürüdür. Dövlət başçısının çıxışlarında yer alan fikirlər sadəcə siyasi bəyanatlar deyil, həm də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin, regionda sabitliyə və əməkdaşlığa çağırışının təcəssümüdür. Prezidentin Forum iştirakçılarına ünvanladığı hər fikir, hər cavab – şəffaflıq, həqiqət və hüquqi əsaslarla qurulmuş bir informasiya strategiyasının nümunəsi idi. O, beynəlxalq media nümayəndələrinə regionun reallıqlarını çatdırdı və Azərbaycanın sülh təşəbbüslərinin əsassız qərəzlərlə kölgələndirilməsinə qarşı prinsipial mövqe sərgilədi". 


Parlament üzvü vurğulayıb ki, Forumun əhəmiyyəti həm də Azərbaycan mətbuatının tarixi və müasir inkişaf kontekstində qiymətləndirilməlidir: 

"Milli Mətbuatın 150 illiyi ərəfəsində təşkil olunan tədbir, həm də yerli medianın keçdiyi tarixi yolun və qazandığı uğurların beynəlxalq səviyyədə tanıdılmasına xidmət etdi. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan jurnalistikası bu gün qlobal informasiya məkanında aktiv rol oynayır, informasiya savaşında öz yerini möhkəmləndirib. Bu isə sözün əsl mənasında milli medianın intellektual və texnoloji inkişaf səviyyəsinin nəticəsidir. Forum çərçivəsində toxunulan məsələlər sırasında region üçün həyati əhəmiyyət daşıyan strateji layihələr də geniş müzakirə olundu. Xüsusilə Zəngəzur dəhlizi ilə bağlı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, bu layihənin nə qədər vacib və əhatəli bir təşəbbüs olduğunu bir daha təsdiqlədi. Zəngəzur dəhlizinin reallaşması yalnız Azərbaycanın iqtisadi və logistika imkanlarını genişləndirmək üçün deyil, eyni zamanda Cənubi Qafqazın ümumi inteqrasiyası və sabitliyinin təminatı baxımından da mühüm əhəmiyyət daşıyır. Ermənistanın bu istiqamətdəki ləng və qeyri-konstruktiv mövqeyi isə sülh prosesinə zərbə vurmaqla yanaşı, onu regional və beynəlxalq layihələrdən təcrid riski ilə üz-üzə qoyur. Azərbaycan lideri Forumda bu narahatlığını açıq şəkildə ifadə edərək bildirdi ki, Ermənistan konstruktiv addımlar atmasa, regiondakı dəyişən geosiyasi balans onun ziyanına işləyə bilər. Zəngəzur dəhlizi yalnız bir nəqliyyat layihəsi deyil – bu, sülh və əməkdaşlıq üçün yeni bir yol, regional sabitliyin və qarşılıqlı iqtisadi asılılığın möhkəmləndirilməsi vasitəsidir".


Ş.Seyidzadə əlavə edib ki, III Şuşa Qlobal Media Forumunun əhəmiyyəti, eyni zamanda, Azərbaycanda informasiya təhlükəsizliyi və media sahəsində həyata keçirilən strateji islahatlarla da sıx bağlıdır: 

"Forum çərçivəsində süni intellekt texnologiyalarının medianın transformasiyasına təsiri, dezinformasiyaya qarşı mübarizə, rəqəmsal suverenlik və informasiya dayanıqlılığı kimi mühüm mövzular müzakirə olundu. Bu məsələlər təkcə Azərbaycanda deyil, dünya üzrə media sisteminin gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən əsas çağırışlardır. Azərbaycan bu çağırışlara cavab olaraq informasiya məkanında həm texnoloji, həm də hüquqi bazanı möhkəmləndirməkdədir. Prezident İlham Əliyev bu istiqamətdə atılan addımlar haqqında məlumat verərək süni intellektin idarə olunan və təhlükəsiz şəkildə tətbiqini təmin edən normativ çərçivələrin hazırlanmasının vacibliyini qeyd etdi. Media savadlılığının artırılması, cəmiyyətin dezinformasiyaya qarşı immunitetinin formalaşdırılması kimi məsələlər də Forumun prioritet mövzuları arasında yer aldı. Azərbaycanın qlobal səviyyədə artan nüfuzu və Prezident İlham Əliyevin səsləndirdiyi açıq və prinsipial mövqelər, dünya mətbuatında geniş işıqlandırıldı. Xüsusilə Prezidentin Ukrayna xalqına yönəlik “işğalla heç vaxt barışmayın, təslim olmayın” mesajı, dünya ictimaiyyətində güclü rezonans doğurdu və Azərbaycanın beynəlxalq hüququn tərəfdarı kimi qəbul edilməsini bir daha təsdiqlədi. III Şuşa Qlobal Media Forumu nəticə etibarilə Azərbaycanın yumşaq güc elementlərini – informasiya, diplomatiya və media vasitəsilə – uğurla istifadə etdiyini nümayiş etdirdi. Forumda səsləndirilən fikirlər və irəli sürülən təşəbbüslər göstərdi ki, Azərbaycan informasiya texnologiyaları əsrində təkcə istehlakçı deyil, həm də təşəbbüskar və yönəldici bir aktor rolunda çıxış edir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 İyul 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri