Icma.az
close
up
RU
Azərbaycan regionda yaşıl enerjinin inkişafına ən çox sərmayə yatıran ölkədir

Azərbaycan regionda yaşıl enerjinin inkişafına ən çox sərmayə yatıran ölkədir

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"COP29-da iqlim maliyyəsi üzrə mühüm beynəlxalq razılaşmanın əldə olunması çox vacibdir".

Milli.Az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələr sırasındadır:

"Hesablamalara görə, Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 QVt-dır. Yaşıl enerji mənbələrinin iqtisadi potensialı isə 27 QVt -dır. O cümlədən, külək enerjisi üzrə 3 min, günəş enerjisi üzrə 23 min, bioenerji potensialı 380, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Bu baxımdan, ölkənin enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsidir".

Ekspert ətraf mühitin qorunmasının Azərbaycan üçün qlobal sabitlik, təhlükəsizlik və sülh məsələləri qədər böyük əhəmiyyət daşıdığını bildirib:

"Bu ay ölkənin COP29-a ev sahibliyi etməsi qarşıdakı illərdə qlobal enerji keçidi və enerji təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm hadisədir. Nəzərə almaq lazımdır ki, 2050-ci ilə qədər qlobal miqyasda enerji keçidinə 100-200 trilyon dollar tələb olunacaq. İnkişaf etməkdə olan ölkələr üçün isə hər il təqribən 6 trilyon dollar tələb oluna bilər".

O qeyd edib ki, belə olan təqdirdə, COP29-da iqlim maliyyəsi üzrə mühüm beynəlxalq razılaşmanın əldə olunması çox vacibdir:

"Ölkə olaraq, yaşıl enerji mənbələrinə əsaslanan yeni enerji sistemlərinin şaxələndirilməsi sahəsində addımlar atmaqla, Gürcüstan, Türkiyə, Avropa və Mərkəzi Asiya istiqamətlərində yeni Yaşıl Enerji Dəhlizlərinin və inteqrasiya edilmiş yeni enerji bazalarının formalaşmasında maraqlıyıq. "Yaşıl artım" ölkəsinə çevrilmək Azərbaycanın milli hədəflərindəndir. Bu mənada COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji siyasətinə beynəlxalq dəstəyin ifadəsidir".

Z.Vəliyev qarşıdakı dövr üçün ölkədə yaşıl enerji istehsalı ilə bağlı yeni istehsal güclərinin formalaşacağını vurğulayıb:

"Azərbaycan regionda yaşıl enerjinin inkişafına ən çox sərmayə yatıran ölkədir. Son bir neçə ildə bu sahəyə yönəldilmiş yaşıl investisiyaların həcmi 1 milyard dollardan artıqdır. Bu mənada 2030-cu ilə qədər ölkənin bərpaolunan enerji potensialını inkişaf etdirməklə, enerji portfelində bərpaolunan enerjinin iştirak payını 30 faizə çatdırması hədəflənib".

Ekspertin fikrincə, Azərbaycanın yaşıl enerjiyə keçid istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər ölkənin bu sahədə istehsal gücünü artıracaq:

"Ölkənin böyük bərpaolunan enerji potensialını nəzərə alaraq yaşıl enerji sahəsində ixtisaslaşmış "Masdar" şirkəti ilə 10 QVt-dək həcmdə müqavilələr bağlanıb. Bağlanmış müqavilələr qarşıdakı illərdə bərpaolunan enerji növlərinin istehsalını nəzərdə tutur. Sazişə görə, ilkin mərhələdə quruda sənaye təyinatlı 1 QVt gücündə külək enerjisi, 2 QVt gücündə dənizdə külək və yaşıl hidrogen istehsalı layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi planlaşdırılıb. Bu isə qarşıdakı dövrdə ölkədə yaşıl enerji üzrə yeni istehsal güclərinin formalaşması deməkdir".

Ekspertin sözlərinə görə, buradan belə nəticəyə gəlmək olar ki, COP29 çərçivəsində Azərbaycan öz yaşıl enerji potensialını və indiyədək sənaye istismarına verilmiş yaşıl enerji güclərini təqdim etmək imkanı qazanacaq:

"Bu isə qarşıdakı illərdə ölkəyə yaşıl investisiyanın cəlbinə, yaşıl iqtisadiyyatın inkişafına, eləcə də yaşıl enerji sahəsində beynəlxalq ixrac qabiliyyətinin artırılmasına təkan verəcək".

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Noyabr 2024 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri