Azərbaycan Respublikası Prezidentinin 2015 ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN ödəniş” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azertag saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 125 (Cild I); 2024, № 8, maddə 937) ilə təsdiq edilmiş “ASAN ödəniş” informasiya sistemi haqqında Əsasnamə”nin 7.1.6-cı yarımbəndinə “nömrəsini” sözündən sonra “, habelə icra sənədləri üzrə ödənilməli olan vəsaitlər, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və müvafiq icra işinin qeydiyyat nömrəsi barədə məlumatları” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2025-ci il
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 22 May 2025 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















