Icma.az
close
up
RU
“Azərbaycan Respublikasında radio yayımın dünəni, bu günü və sabahı” mövzusunda seminar keçirilib

“Azərbaycan Respublikasında radio yayımın dünəni, bu günü və sabahı” mövzusunda seminar keçirilib

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Dekabrın 11-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) və Audiovizual Şuranın təşkilatçılığı ilə "Azərbaycan Respublikasında radio yayımın dünəni, bu günü və sabahı" mövzusunda seminar keçirilmişdir. Seminarda ötən illərdə radioyayım sahəsində görülmüş işlərə, audiovizual yayımçılara göstərilən dövlət dəstəyi sayəsində əldə olunnuş nailiyyətlərə nəzər salınmış və sahənin gələcək inkişafı ilə bağlı planlar müzakirə edilmişdir.
Newscenter.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Rəqəmsal və İnkişaf Nazirliyinin, Audiovizual Şuranın, RİNN-in tabeliyində olan "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin, Dövlət Radiotezliklər İdarəsinin, həmçinin ümumölkə radio yayımçılarının nümayəndələri iştirak etmişdir.
Çıxışlarda müstəqillik dövrünün ilk vaxtlarından hazırki dövrədək Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkədə radio yayımın sürətlə inkişaf etdiyi vurğulanmışdır. Bakı Teleqüllə Kompleksinin yarımçıq qalmış tikintisinin Ümummilli lider Heydər Əliyevin birbaşa tapşırığı ilə başa çatdırılması və 1996-cı ildə bilavasitə onun iştirakı ilə istismara verilməsi hadisəsi qürurla xatırlanmışdır. Bunun sayəsində ölkədə televiziya və radio yayımının keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi ilə yanaşı, həmin dövrün qabaqcıl texnologiyası hesab edilən FM radio yayımlarına başlanılmışdır.
FM radioyayımın ölkədə geniş tətbiqi, kanalların texniki imkanlarının inkişafı, yayım infrastrukturunun genişləndirilməsi sonrakı dövrdə AM radioyayımların dayandırılmasına imkan vermişdir. Bu texnologiya radioyayım üçün illik enerji istehlakının 14 dəfə, illik karbon emissiyasının 18,7 kilotondan 1,3 kilotona qədər azaldılması ilə ekoloji mühitə öz töhfəsini vermişdir.
Seminarda məlumat verilmişdir ki, 2016-cı ildən başlayaraq cəmiyyətin informasiya ehtiyacının ödənilməsi, əhalinin maarifləndirilməsi, ölkədə və beynəlxalq aləmdə Azərbaycan xalqının mədəni irsinin təbliği işində fəal iştirak edən özəl yayımçıların maddi-texniki bazasının gücləndirilməsi məqsədilə dövlətin maliyyə yardımı göstərməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən müvafiq sərəncamlar imzalanmışdır. Beləliklə, dövlətin bu illər ərzində 5 dəfə olmaqla ümumilikdə 15 milyon manat həcmində maliyyə yardımı sayəsində keyfiyyətli radio yayımı təmin edilmişdir.
Bu siyasətin davamı olaraq ölkə əhalisinin istifadə etdiyi radio yayımların daha geniş ərazidə və daha keyfiyyətli yayımının təmin edilməsi zərurətindən irəli gələrək ölkə Prezidenti İlham Əliyev tərəfindən 24 iyul 2023-cü il tarixində "Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında" Sərəncam imzalanmış və bu məqsədlə 13,7 milyon manat vəsait ayrılmışdır.
Sərəncamın icrası nəticəsində müxtəlif təyinatlı texniki vasitələr alınaraq 17 radio-televiziya yayım stansiyasında quraşdırılmaqla, eyni zamanda infrastrukturun dayanıqlığının artırılması və müasirləşdirilməsi həyata keçirilməklə bütün ölkə ərazisində, o cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda ümumölkə radio yayımçılarının proqramlarının yayımının əhaliyə əlçatanlığı təmin edilmişdir.
Sözügedən Sərəncamda ümumölkə radio yayımçılarına əlavə dəstək kimi 3 illik istismar xərcinin dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulmuşdur ki, bu da radio yayımçılara əlavə dəstək tədbiri olaraq həmin müddət ərzində kommersiya fəaliyyətlərini genişləndirmək imkanı verir.
Son 5 ildə radio proqramlarda müxtəlifliyin daha yüksək səviyyədə təmin olunması, həmçinin milli radiotezliklərdən səmərəli istifadənin təşkili məqsədilə Audiovizual Şura tərəfindən müsabiqələr təşkil edilmiş və nəticədə ümumölkə statuslu yerüstü radio kanalların sayı 11-dən 17-dək artmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 oktyabr 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı" radioyayım sahəsində rəqəmsal keçid üçün mühüm sənəddir. Sözügedən Tədbirlər Planının icrası nəticəsində Bakı şəhəri və Abşeron yarımadası ərazisində hələ 2019-cu ildən başlanılmış "DAB+" standartlı rəqəmsal radionun ölkənin bütün ərazisinə genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə cari ilin sonunadək Bakı Teleqüllə Kompleksindən aparılan "DAB+" standartlı radioyayım avadanlıqlarının yeniləri ilə əvəz edilməsi və Ağsu rayonunda yerləşən "Gülüstan" radio-televiziya yayım stansiyasından "DAB+" yayımın təşkili planlaşdırılır.
Azərbaycan Respublikasında bu sahədə həyata keçirilən ardıcıl dövlət siyasəti əhalinin informasiya təminatının müasir tələblərə uyğun şəkildə təşkilini, həmçinin ölkənin milli təhlükəsizliyinin gücləndirilməsini təmin edir.
Seminarda iştirak edən özəl radio yayımçıları müzakirələrdə fəal iştirak etmiş, dövlət tərəfindən göstərilən dəstəyə, yaradılan əlverişli fəaliyyət şəraitinə görə dövlət orqanlarına, xüsusən də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Yayımçılar arasında özəl kanalların çoxluq təşkil etdiyi bu sahədə dövlət-özəl tərəfdaşlığının yeni-yeni uğurlarla davamlı inkişafa səbəb olacağına əminlik ifadə edilmişdir.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Dekabr 2024 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see245

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see238

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see236

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see233

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see177

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see173

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see148

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see147

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see136

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see130

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see125

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see122

Premyer Liqa: “Araz Naxçıvan” “Kəpəz”i məğlub etdi

09 Dekabr 2025 19:20see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri