Icma.az
close
up
RU
“Azərbaycanda radioyayımın dünəni, bu günü və sabahı” mövzusunda seminar keçirilib AZƏRTAC

“Azərbaycanda radioyayımın dünəni, bu günü və sabahı” mövzusunda seminar keçirilib AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 11 dekabr, AZƏRTAC

Dekabrın 11-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Audiovizual Şuranın təşkilatçılığı ilə “Azərbaycanda radioyayımın dünəni, bu günü və sabahı” mövzusunda seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, seminarda ötən illərdə radioyayım sahəsində görülmüş işlərə, teleradio yayımçılarına göstərilən dövlət dəstəyi sayəsində əldə olunmuş nailiyyətlərə nəzər salınıb və sahənin gələcək inkişafı ilə bağlı planlar müzakirə edilib.

Çıxışlarda müstəqillik dövrünün ilk vaxtlarından hazırkı dövrədək Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkədə radioyayımın sürətlə inkişaf etdiyi vurğulanıb.

Bakı Teleqüllə Kompleksinin yarımçıq qalmış tikintisinin Ulu Öndərin birbaşa tapşırığı ilə başa çatdırılması və 1996-cı ildə bilavasitə onun iştirakı ilə istismara verilməsi qürurla xatırlanıb.

Bunun sayəsində ölkədə televiziya və radioyayımın keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi ilə yanaşı, həmin dövrün qabaqcıl texnologiyası hesab edilən FM radio yayımlarına başlanıldığı bildirilib.

FM radioyayımın ölkədə geniş tətbiqi, kanalların texniki imkanlarının inkişafı, yayım infrastrukturunun genişləndirilməsi sonrakı dövrdə AM radio yayımların dayandırılmasına imkan verib. Bu texnologiya radioyayım üçün illik enerji istehlakının 14 dəfə, illik karbon emissiyasının 18,7 kilotondan 1,3 kilotona qədər azaldılması ilə ekoloji mühitə öz töhfəsini verib.

Seminarda məlumat verilib ki, 2016-cı ildən başlayaraq cəmiyyətin informasiya ehtiyacının ödənilməsi, əhalinin maarifləndirilməsi, ölkədə və beynəlxalq aləmdə Azərbaycan xalqının mədəni irsinin təbliği işində fəal iştirak edən özəl teleradio yayımçılarının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə dövlətin maliyyə yardımı göstərməsi ilə əlaqədar Azərbaycan Prezidenti tərəfindən müvafiq sərəncamlar imzalanıb.

Beləliklə, dövlətin bu illər ərzində 5 dəfə olmaqla ümumilikdə 15 milyon manat həcmində maliyyə yardımı sayəsində keyfiyyətli radioyayım təmin edilib.

Bu siyasətin davamı olaraq ölkə əhalisinin istifadə etdiyi radio yayımların daha geniş ərazidə və daha keyfiyyətli yayımının təmin edilməsi zərurətindən irəli gələrək ölkə Prezidenti İlham Əliyev tərəfindən 2023-cü il iyulun 24-də “Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında” Sərəncam imzalanıb və bu məqsədlə 13,7 milyon manat vəsait ayrılıb.

Sərəncamın icrası nəticəsində müxtəlif təyinatlı texniki vasitələr alınaraq 17 Radio-Televiziya Yayım Stansiyasında quraşdırılmaqla, eyni zamanda, infrastrukturun dayanıqlılığının artırılması və müasirləşdirilməsi həyata keçirilməklə bütün ölkə ərazisində, o cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda ümumölkə radio yayımçılarının proqramlarının yayımının əhaliyə əlçatanlığı təmin edilib.

Sözügedən Sərəncamda ümumölkə radio yayımçılarına əlavə dəstək kimi 3 illik istismar xərcinin dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulub ki, bu da radioyayımçılara əlavə dəstək tədbiri olaraq həmin müddət ərzində kommersiya fəaliyyətlərini genişləndirmək imkanı verir.

Bildirilib ki, son 5 ildə radio proqramlarında müxtəlifliyin daha yüksək səviyyədə təmin olunması, həmçinin milli radiotezliklərdən səmərəli istifadənin təşkili məqsədilə Audiovizual Şura tərəfindən müsabiqələr təşkil edilib və nəticədə ümumölkə statuslu yerüstü radio kanalların sayı 11-dən 17-dək artıb.

Qeyd olunub ki, Azərbaycanda bu sahədə həyata keçirilən ardıcıl dövlət siyasəti əhalinin informasiya təminatının müasir tələblərə uyğun şəkildə təşkilini, həmçinin ölkənin milli təhlükəsizliyinin gücləndirilməsini təmin edir.

Seminarda yayımçılar arasında özəl kanalların çoxluq təşkil etdiyi bu sahədə dövlət-özəl tərəfdaşlığının davamlı inkişafa səbəb olacağına əminlik bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Dekabr 2024 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see315

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see264

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see236

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see198

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see145

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see140

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see134

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see132

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see127

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see126

Flavinyo küsgündü: “Neftçi” ilə danışmışdıq ki...

24 Oktyabr 2025 11:12see125

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see125

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see125

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see123

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see122

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see122

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see122

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see121

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see120

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri