Icma.az
close
up
RU
Azərbaycan “RioTrio” təşəbbüsünü fəal dəstəkləyir

Azərbaycan “RioTrio” təşəbbüsünü fəal dəstəkləyir

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT-nin səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransı çərçivəsində Ər-Riyadda keçirilən “Dövlət-özəl sektor əməkdaşlığı üçün “Rio-Trio” təşəbbüsü” mövzusunda sessiyanın açılışında ölkəmizin “Rio-Trio” təşəbbüsünün məqsədlərini konkret nəticələrə çevirməyə sadiq olduğunu bildirib.

Muxtar Babayev bildirib ki, Rio konvensiyaları çərçivəsindəki bütün səylər bu gün zamanın çağırışları ilə səsləşir. İqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, torpaqların deqradasiyası və səhralaşma kimi problemlər bir-biri ilə dərindən əlaqəlidir və koordinasiya olunan həll yolları tələb edir. Bütün bunların gerçəkləşdirilməsinə strategiyaların əlaqələndirilməsi və sinerji yaratmaq məsuliyyəti də mühüm təsir göstərir.

Nazirin sözlərinə görə, inteqrasiya olunmuş platformalar, məsələn, “Rio-Trio” təşəbbüsü fərdi səylərin təsirini gücləndirəcək həll yollarını tapmağa olan sadiqlik nümayiş etdirir. Azərbaycan iqlim dəyişikliyi, su çatışmazlığı və biomüxtəlifliyin itirilməsi kimi qarşılıqlı çağırışlarla mübarizədə təbiət əsaslı həll yollarının gücünü qəbul edir. Azərbaycanın Xəzər dənizində böyük əhəmiyyətə malik ekosistemləri qorumaq üçün ilk dəniz mühafizə olunan ərazini yaratması da qeyd edilən fikrin bariz ifadəsidir.

M.Babayev qeyd edib ki, Azərbaycanın COP29-a sədrliyi inteqrasiyanın fəaliyyət gündəminin əsas elementi olmasını hədəfləyir: “Biz müxtəlif forumlar və sektorlara əlaqələr qurmaq üzərində çalışırıq, çünki iqlim fəaliyyətləri çoxsektorlu bir vəzifədir. Bizim yanaşmamızın əsas nümunəsi COP29-un su məsələlərinə dair təşəbbüsü ilə bağlıdır. Su torpaq deqradasiyası və səhralaşma problemlərinin həllində əsas elementdir. İqlim dəyişikliyinin təsirləri artdıqca su çatışmazlığı ilə mübarizə zərurətə çevrilir”.

Azərbaycanın Ekologiya və təbii sərvətlər naziri bildirib ki, Xəzər dənizinin səviyyəsinin azalması su resurslarının davamlı idarə olunmasının zəruriliyini bir daha göstərir. COP29 çərçivəsində əsas nailiyyətlərdən biri, təxminən, 50 ölkə və qeyri-dövlət aktorları tərəfindən dəstəklənən Bakı Su Resursları üzrə İqlim Fəaliyyətləri Bəyannaməsinin qəbul olunmasıdır. Bu Bəyannamə su hövzələrində iqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizədə inteqrasiya olunmuş yanaşmaların tətbiqini və su ilə bağlı tədbirləri milli iqlim strategiyalarına daxil etməyi qarşıya önəmli vəzifə kimi qoyur.

M.Babayev çıxışının sonunda deyib: – Su iqlim, biomüxtəliflik və səhralaşma problemləri arasında əlaqələndirici halqadır. Bu, Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının məqsədləri ilə sıx uyğunluq təşkil edir. “Rio-Trio” təşəbbüsü də bu prinsipi dəstəkləyir və bilik mübadiləsi üçün harmonik platformaların yaradılması zəruriliyini diqqətə çatdırır.

Biomüxtəliflik üzrə milli strategiyaların indeksləri və xəritələri kimi göstəriciləri birləşdirməklə, səyləri sadələşdirməklə, hesabatlılığı artırmaqla iqlim siyasətində müsbət nəticələr əldə etmək olar. Cəmiyyət bu məqsədin gerçəkləşdirilməsində fəal rol oynamalıdır.

Konvensiyalar arasında sinerjini gücləndirərək, davamlı torpaq istifadəsi təcrübələri təşviq edilməli, təbiət əsaslı həllər vasitəsilə suyun istifadəsinin səmərəliliyi artırılmalı, torpaqların bərpası səyləri genişləndirilməli və davamlı ekosistemlər üçün regional və beynəlxalq əməkdaşlığa töhfə verilməlidir. Bu kontekstdə Azərbaycan “Rio-Trio” təşəbbüsünü planet naminə gerçəkləşdirmək yolunda qətiyyətli addımlar atır.

Qeyd edək ki, “Rio-Trio” təşəbbüsü Azərbaycan, Kolumbiya və Səudiyyə Ərəbistanı hökumətləri arasında novator əməkdaşlıqdır. Bu əməkdaşlıq Azərbaycan Respublikasının BMT-nin İqlim Dəyişikliyi Konvensiyası, Kolumbiyanın Bioloji Müxtəliflik Konvensiyası və Səudiyyə Ərəbistanının Səhralaşmaya Qarşı Mübarizə Konvensiyası çərçivəsindəki sədrliyinin işini əlaqələndirməklə dayanıqlı inkişaf üzrə qlobal səylərin təşviqinə yönəlib.

Üç ölkə sədrliklərinin imkanlarından yararlanaraq təxirəsalınmaz və əlaqələndirilmiş tədbirləri təşviq etmək üçün eyni məqsədin reallaşdırılmasını diqqətdə saxlayır və beynəlxalq ictimaiyyəti bu təşəbbüsə həm gələcək Tərəflər Konfranslarında, həm də onlardan kənarda uzunmüddətli əməkdaşlıq platforması kimi qoşulmağa səsləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Dekabr 2024 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri