Icma.az
close
up
RU
COP29 çərçivəsində RioTrio Təşəbbüsünə həsr olunmuş tədbir keçirilib AZƏRTAC

COP29 çərçivəsində RioTrio Təşəbbüsünə həsr olunmuş tədbir keçirilib AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 21 noyabr, AZƏRTAC

COP29 Sədrliyi və Rio Konvensiyaları (UNFCCC,CBD, UNCCD) ilə əməkdaşlıq çırçivəsində Rio-Trio Təşəbbüsünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva çıxış edərək bildirib ki, Azərbaycan, Kolumbiya və Səubiyyə Ərəbistanı Krallığı hökumətlərinin yeni tərəfdaşlığı çərçivəsində həyata keçirilən “Rio Üçlüyü” təşəbbüsü çərçivəsində gələcək əməkdaşlıq davam etdiriləcək.

Əməkdaşlığın əsas məqsədi Azərbaycandan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası, Kolumbiyadan BMT-nin Bioloji müxtəliflik haqqında Konvensiyası və Səudiyyə Ərəbistanı Krallığından BMT-nin Səhralaşma ilə mübarizə haqqında Konvensiyasını təmsil edən üç yeni COP sədrliyinin səylərini koordinasiya etməklə, qlobal dayanıqlılıq təşəbbüslərini gücləndirməkdir. Hər üç ölkə beynəlxalq ictimaiyyəti əməkdaşlıq üçün uzunmüddətli platforma kimi xidmət göstərəcək bu təşəbbüsə qoşulmağa çağırırlar.

Nazir müavini qeyd edib ki, məqsəd hər üç Rio Konvensiyası üzrə əməkdaşlığı gücləndirməklə sinerji yaratmaq, səmərəliliyi artırmaq, həm insanlara, həm də planetə fayda verəcək konkret nəticələri təmin etməkdir: “Bu yanaşma onu göstərir ki, hər bir konvensiyanın məqsədi bir-biri ilə sıx əlaqəlidir və bir sahədə əldə olunan irəliləyiş digərlərində də irəliləyişin əldə olunmasına təkan verə bilər. “Rio Üçlüyü” təşəbbüsünün təməlini təşkil edən və üç ölkə tərəfindən qəbul edilmiş Birgə Bəyannamə iqlim dəyişməsi, biomüxtəlifliyin itirilməsi və səhralaşma kimi bir-biri ilə əlaqəli problemlərin həlli üçün praktiki və koordinasiyalı fəaliyyətlərin vacibliyini vurğulamaqla yanaşı, hökumətlər, çoxtərəfli qurumlar və vətəndaş cəmiyyəti arasında daha güclü tərəfdaşlığa çağırır”.

Sonra BMT-nin Ətraf Mühit Proqramının (UNEP) koordinatoru Nikals Hagelberg çıxış edərək Rio-Trio təşəbbüslərinin BMT tərəfindən dəstəkləndiyini və bu çərçivədə keçiriləcək təbirləri yardım edəcəyini bildirib. Nəzərə çatdırıb ki, yeni dövlətlərin bu təşəbbüslərə qoşulması və rel işlər görmək istəkləri planetimizi səhralaşma, biomüxtəlifliyin məhv olması kimi bəlalardan xilas edər.

Sonra Səudiyyə Ərəbistanının, Kolumbiyanın, Hondurasın, Sineqalın, Birləşmiş Ərəb Əmirliklərinin, Barbadosun, Dominikan Respublikasının nümayəndələri çıxış edərək Rio-Trio təşəbbüslərinə qoşulmaq niyyətlərini ifadə ediblər. Qeyd olunub ki, COP29-da iştirak edən dövlətlər səylərini birləşdirərək iqlim dəyşmələrinə qarşı real addımları dəstəkləməli və birgə layihələr hazırlayıb həyata keçirməlidirlər.

Tədbir müzakirələrlə davam edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri