Icma.az
close
up
RU
COP29 çərçivəsində RioTrio Təşəbbüsünə həsr olunmuş tədbir keçirilib VİDEO AZƏRTAC

COP29 çərçivəsində RioTrio Təşəbbüsünə həsr olunmuş tədbir keçirilib VİDEO AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 21 noyabr, AZƏRTAC

COP29 Sədrliyi və Rio Konvensiyaları (UNFCCC,CBD, UNCCD) ilə əməkdaşlıq çərçivəsində Rio-Trio Təşəbbüsünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva çıxış edərək bildirib ki, Azərbaycan, Kolumbiya və Səudiyyə Ərəbistanı Krallığı hökumətlərinin yeni tərəfdaşlığı çərçivəsində həyata keçirilən “Rio Üçlüyü” təşəbbüsü çərçivəsində gələcək əməkdaşlıq davam etdiriləcək.

Əməkdaşlığın əsas məqsədi Azərbaycandan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası, Kolumbiyadan BMT-nin Bioloji müxtəliflik haqqında Konvensiyası və Səudiyyə Ərəbistanı Krallığından BMT-nin Səhralaşma ilə mübarizə haqqında Konvensiyasını təmsil edən üç yeni COP Sədrliyinin səylərini koordinasiya etməklə, qlobal dayanıqlılıq təşəbbüslərini gücləndirməkdir. Hər üç ölkə beynəlxalq ictimaiyyəti əməkdaşlıq üçün uzunmüddətli platforma kimi xidmət göstərəcək bu təşəbbüsə qoşulmağa çağırırlar.

Nazir müavini qeyd edib ki, məqsəd hər üç Rio Konvensiyası üzrə əməkdaşlığı gücləndirməklə sinerji yaratmaq, səmərəliliyi artırmaq, həm insanlara, həm də planetə fayda verəcək konkret nəticələri təmin etməkdir: “Bu yanaşma onu göstərir ki, hər bir konvensiyanın məqsədi bir-biri ilə sıx əlaqəlidir və bir sahədə əldə olunan irəliləyiş digərlərində də irəliləyişin əldə olunmasına təkan verə bilər. “Rio Üçlüyü” təşəbbüsünün təməlini təşkil edən və üç ölkə tərəfindən qəbul edilmiş Birgə Bəyannamə iqlim dəyişməsi, biomüxtəlifliyin itirilməsi və səhralaşma kimi bir-biri ilə əlaqəli problemlərin həlli üçün praktiki və koordinasiyalı fəaliyyətlərin vacibliyini vurğulamaqla yanaşı, hökumətlər, çoxtərəfli qurumlar və vətəndaş cəmiyyəti arasında daha güclü tərəfdaşlığa çağırır”.

Sonra BMT-nin Ətraf Mühit Proqramının (UNEP) koordinatoru Nikals Hagelberg çıxış edərək Rio-Trio təşəbbüslərinin BMT tərəfindən dəstəkləndiyini və bu çərçivədə keçiriləcək təbirləri yardım edəcəyini bildirib. Nəzərə çatdırıb ki, yeni dövlətlərin bu təşəbbüslərə qoşulması və real işlər görmək istəkləri planetimizi səhralaşma, biomüxtəlifliyin məhv olması kimi bəlalardan xilas edər.

Sonra Səudiyyə Ərəbistanının, Kolumbiyanın, Hondurasın, Seneqalın, Birləşmiş Ərəb Əmirliklərinin, Barbadosun, Dominikan Respublikasının nümayəndələri çıxış edərək Rio-Trio təşəbbüslərinə qoşulmaq niyyətlərini ifadə ediblər. Qeyd olunub ki, COP29-da iştirak edən dövlətlər səylərini birləşdirərək iqlim dəyişmələrinə qarşı real addımları dəstəkləməli və birgə layihələr hazırlayıb həyata keçirməlidirlər.

Tədbir müzakirələrlə davam edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see234

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see230

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see228

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see205

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see191

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see187

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see177

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see171

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see170

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see163

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see162

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see161

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see152

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see152

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see151

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see150

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see140

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see135

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri