Icma.az
close
up
RU
“Azərbaycan riskləri minimuma endirməyə çalışır” “Qarşıda çətin bir dövr var...”

“Azərbaycan riskləri minimuma endirməyə çalışır” “Qarşıda çətin bir dövr var...”

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

"İranın Naxçıvan Muxtar Respublikasına endirdiyi zərbə, bundan sonra Prezident İlham Əliyevin reaksiyası və baş verən hadisələr Azərbaycan cəmiyyətində ciddi gərginlik yaradıb".

"AzPolitika" xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda Avropadakı pro-İran qrupları və İrana bağlı informasiya resursları Azərbaycana qarşı geniş informasiya kampaniyası aparırlar. Politoloq qeyd edir ki, bu kampaniya çərçivəsində “Azərbaycanda İsrail hərbi bazaları”, “casus şəbəkələri”, “diversiyalar” kimi köhnə və dəfələrlə səsləndirilmiş tezislər yenidən gündəmə gətirilir.

Əliyevin çıxışında İrana verilən mesajlar

Politoloq hesab edir ki, yaranmış vəziyyəti düzgün anlamaq üçün Prezident İlham Əliyevin çıxışını diqqətlə dinləmək lazımdır. Onun sözlərinə görə, dövlət başçısının mövqeyində bir neçə mühüm məqam var:

-Azərbaycanda İranla bağlı jestlər – İran səfirliyinə baş çəkməsi, iranlı diplomatların təxliyəsinə yardım göstərilməsi;

-Azərbaycanın ərazisinin və hava məkanının İrana qarşı istifadə olunmasının yolverilməzliyi barədə açıq bəyanat;

-Azərbaycanın müharibəyə cəlb olunmaq niyyətində olmadığını açıq şəkildə bildirməsi;

-eyni zamanda sərt ton və mümkün təxribatların qarşısını almaq üçün preventiv addımların elan edilməsi.

F.Məmmədov qeyd edir ki, İlham Əliyev İranda qərar qəbul edən dairələrin başa düşdüyü dildə danışıb.

İran rəhbərliyində fikir ayrılıqları

Politoloqun fikrincə, maraqlı məqamlardan biri də İran rəhbərliyində son günlər müşahidə olunan fikir ayrılıqlarıdır. O xatırladır ki, bir həftə ərzində İran ABŞ və İsrailin zərbələrinə cavab olaraq Fars körfəzi ölkələrinə hücumlar həyata keçirirdi və həmin dövrdə İran rəhbərliyində ciddi fikir ayrılığı görünmürdü.

Lakin Prezident İlham Əliyevin sərt bəyanatından sonra İranda qonşu ölkələrə zərbələr mövzusunda müxtəlif mövqelər ortaya çıxmağa başlayıb.

Bakıdakı təhlükəsizlik tədbirləri

Fərhad Məmmədov qeyd edib ki, Bakıda İran daxilindəki proseslər və müxtəlif qrupların Azərbaycana münasibəti yaxşı izlənilir. Politoloq xatırladıb ki, Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin Bakıda planlaşdırılan terror aktları barədə məlumatı əslində ötən ilin payızına aiddir.

O zaman rəsmi açıqlamalarda “xarici dövlət” ifadəsi işlədilmişdi, indi isə bu məsələdə İslam İnqilabı Keşikçiləri Korpusunun adı çəkilir. Onun sözlərinə görə, Naxçıvana zərbədən sonra Azərbaycan rəhbərliyinin əsas məqsədi belə hücumların təkrarlanmasının qarşısını almaqdır. Bu səbəbdən:

-diplomatik missiyanın bağlanması,

-sərhəddə tranzitin dayandırılması, (artıq bərpa olunub- red.)

-ordunun yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi kimi addımlar atılıb.

“Bu addımlar riskləri azaltmağa hesablanıb”

Fərhad Məmmədov vurğulayır ki, Azərbaycan əslində eskalasiya artdıqca tədricən atılmalı olan addımları əvvəlcədən həyata keçirib. Bu isə Bakının mövqeyinin ciddiliyini göstərir və Tehrana açıq siqnaldır ki, gərginliyin davam etdirilməsi məqsədəuyğun deyil.

Politoloqun fikrincə, Azərbaycanın atdığı addımlar yeni zərbəni yaxınlaşdırmır, əksinə belə bir ssenari baş verərsə, onun nəticələrini minimuma endirməyə hesablanıb.

“Əgər İranda hansısa qruplar Azərbaycana qarşı yeni zərbələr planlaşdırırsa, Bakının addımları onları dayandırmayacaq. Bu qrupları yalnız İran daxilindəki qarşıdurmalar dayandıra bilər. Azərbaycanın addımları isə həmin daxili qruplara ünvanlanan açıq mesajdır”, – deyə o bildirib.

Politoloq əlavə edib ki, hazırkı vəziyyət son dərəcə mürəkkəbdir və böyük ölçüdə İran daxilindəki proseslərdən asılıdır. Onun sözlərinə görə, İran rəhbərliyindəki qeyri-müəyyənlik region ölkələri üçün risk yaradır.

“Qarşıda çətin bir dövr var və Azərbaycan bu mərhələni regiondakı mövqelərini qoruyaraq keçməlidir”, – deyə Fərhad Məmmədov vurğulayıb.

Rasim Əliyev

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Mart 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri